Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                 

QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI 5 İLDƏ NƏYƏ NAİL OLUB?
Tarix: 15-04-2013, 11:25 | Çap et
QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI 5 İLDƏ NƏYƏ NAİL OLUB?
QHT Əməkdaşlıq Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətinə həsr edilən
Təhlil- Açıqlaması

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması dövlət müstəqilliyimizlə ilə eyni vaxta düşür. Ötən 22 il ərzində bu sektor böyük bir yol keçərək, inkişaf edib.
Bu gün Azərbaycan QHT-lərinin keçdiyi yolu 4 (dörd) mərhələyə bölmək olar:
Birinci mərhələ 1990-ci ildən 1999-cu ilər; ikinci mərhələ 1999-cu il – 2008-ci illər; üçüncü mərhələ 2008-ci il – 2012-ci ilin əvvəli. 4-cü mərhələ isə ötən ilin mart ayından - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilərdən sonra yeni Şuranın seçilməsi ilə başlayıb.

Azərbaycan QHT-lərinin keçdiyi yol – 1-ci mərhələ
1990-ci ildən 1999-cu ilə qədər dövrü əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyəti institutları hələ tam olaraq QHT kimi formalaşmamışdı. Onlar yarı siyasi, yarı ictimai fəaliyyət göstərirdi. Əsasən, dövlət tərəfindən tanınan və dövlət tərəfindən maliyyələşdirilən birliklərdən başqa (Yazıçılar Birliyi, Rəssamlar Birliyi və s.) digər ictimai qurumlar nə cəmiyyət, nə də hökumət tərəfindən birmənalı qəbul olunurdu. Adlarında qeyri-hökumət təşkilatı sözü olan ictimai qurumları həm əhali, həm də hakimiyyətin bir çox qurumları dövlətin əleyhinə işləyən qruplar kimi baxırdılar.
Bu dövrdə, çox az sayda təşkilatlar qrant layihələrini yaza və həyata keçirə bilirdilər. Amma artıq bir çox uğurlu layihələrin həyata keçirilməsi və vətəndaş cəmiyyəti təmsilçilərinin yeni ictimai liderlərin öndərliyi ilə təmərküzləşməsi prosesi başlamışdı. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdı. Onlarla tələbə, gənclər, qadın təşkilatları və siyasi partiyaların ətrafında təmərküzləşən digər təşkilatlar ayaq üstə dayanmağı bacarmışdılar. Lakin bu sahədə dağınıqlıq hökm sürürdü.

Azərbaycan QHT-lərinin keçdiyi yol – 2-ci mərhələ
Məhz belə bir dövrdə - 1999-cu ilin iyun ayında Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradılması baş tutdu. Eyni anda, vətəndaş cəmiyyətinin iki tərəfə bölünməsi də başladı. Müxalifətyönlü QHT-lər Foruma qoşulmaqdan imtina edərək, Azərbaycan QHT-lərinin Konqresini yaratdılar. Amma, Konqresin ömrü çox qısa oldu və dağıldı. Orada təmsil olunan təşkilatlar da Milli QHT Forumuna transfer etdilər. Elə bu zamandan da vətəndaş cəmiyyətinin həyatında keyfiyyətcə ikinci inkişaf dövrü başladı. Bu gün sıralarında 620 QHT-ni birləşdirən Forum 2008-ci ilə kimi QHT sektorunun qeyri-rəsmi yönəldicisinə çevrilmiş və QHT-lərin inkişafı üçün BMT-nin İnkişaf Proqramı ilə bilik və bacarıqların artırılması üçün xeyli iş görə bilmişdi.
Lakin bu işlərin uğurla həyata keçirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin demokratik cəmiyyət quruculuğundakı prinsipial mövqeyi olmadan mümkün ola bilməzdi. Hakimiyyətin ilk aylarındaca, 2003-cü ilin sonunda qəbul edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun qəbulu ilə prosesə yeni stimul verildi. Nəticədə ictimai mühitdə QHT-lərin yaranması, bu sahədə fəaliyyət göstərilməsinə maraq daha da artmağa başladı. Yeni və demokratik cəmiyyət quruculuğu sahəsində olan bu inkişaf hökumət-QHT əməkdaşlığının yeni mərhələsin start verdi. Bu da hökumət strukturlarının QHT-lərlə açıq müzakirələr aparmasına, müxtəlif proqramlarda onların rəyinin öyrənilməsinə, QHT-lərdən fərqli təkliflərin qəbuluna şərait yaratdı.
Bu uğurlu layihənin həyata keçirilməsində və uğurun davam etməsində, özünü güclü təşkilatçı və menecer kimi təsdiq edən, 2008-ci ilə kimi Milli QHT Forumunun prezidenti olan, bu gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin xidmətləri böyükdür və danılmazdır.

Azərbaycan QHT-lərinin keçdiyi yol – 3-cü mərhələ
QHT-lərin inkişafında ən güclü mərhələ isə 2008-ci il – 2012-ci ilin əvvələrinə təsadüf edir. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ölkəmizdə QHT inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyən etdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Cənab Prezidentin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. QHT nümayəndələri arasında keçirilmiş demokratik, şəffaf seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildi və bununla da Şura fəaliyyətə başladı.QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI 5 İLDƏ NƏYƏ NAİL OLUB?

Bu dövr QHT-lərin həyatında yeni bir səhifə açdı. QHT-lərin fəaliyyəti və mövcudluğu ictimaiyyət tərəfindən qəbul edildi. Ictimai sektorun mövcudluğu və lazımlılığı ictimai rəydə özünə yer aldı. Dövlət QHT-ləri maliyyələşdirməyə başladı. Maraqlı faktdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ən az tənqid olunan dövlət qurumları arasındadır. Hətta, müxalifət nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlar da adı çəkilən Şuranın şəffaflığını və bütün vətəndaş cəmiyyəti təmsilçilərinə bərabər yanaşdığını qeyd edirlər. Bu faktın özü uğurun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi altında 11 (on bir) nəfərlik Şuranın bu dövr ərzində apardığı dövlət siyasəti özünü doğruldur. Çünki dövlətin ayırdığı vəsaitin bölüşdürülməsində tərəfsizlik və siyasi baxışlara görə ayrı-seçkiliyin aparılmaması dövlətin və iqtidarın adına da müsbət notlarla yazılıb, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçüncü mərhələyə böldüyümüz dövr ərzində vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi uğurlara imza atmışdır və bunu da QHT-lər yüksək qiymətləndirirlər. Əks halda, QHT-lərin fəaliyyəti üçün ciddi baryerlər yarana bilərdi. Bu uğurlar hansılardır?

3-cü mərhələ və Şuranın uğurları
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 15 yanvar 2010-cu il tarixli iclasında QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi məsələsinə baxılıb və bu istiqamətdə bir sıra çətinliklərin olduğu qeyd ediildikdən sonra, bu sahədə dönüş yaranıb. Maliyyə hesabatınln verilməsi tarixləri QHT-lərin xeyrinə uzadılaraq elektron formada veirlməsi təsbit edilib. Sevindirici haldır ki, bu günə kimi bir QHT belə maliyyə sanksiyasına məruz qalmayıb. Bu faktın özü QHT-lərə göstərilən ən yüksək qayğılardan biridir.
Rəsmi statistikaya görə 2010-cu ilə qədər 2612 QHT rəsmi qeydiyyatdan keçmişdisə, bu gün onların sayı, 2013-cü ilin fevral ayına olan rəsmi statistikasına görə artıq 3800-ü ötüb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti nəticəsində bu təşkilaltlar təsnifatlaşdırılıb, onlar haqqında elektron və çap formada baza yaradılıb, 900-ə yaxın QHT ölü nöqtədən qaldırılaraq fəallaşdırılıb və onların bir qismi aparıcı QHT-lərə çevrilib. QHT-lərin təşkilati və maliyyə bacarıqları artırılaraq standartlara uyğunlaşdırılıb və bunun nəticəsində onlar digər qurumlardan da maliyyə vəsaiti cəlb etməyə nail olublar. Çünki, QHT-lərin əksəriyyətinin maliyyə hesabatlılığı yox dərəcəsində idi və buna görə də onlar qrant almaqda çox çətinlik çəkirdirlər.
Milli Məclisin 2011-ci il 11 fevral iclasında “Auditor xidməti haqqında” qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təsdiqlənən zaman Şura sədri Azay Quliyevin dirəniş göstərməsi QHT-lərin audit xidmətindən azad olunmasına gətirib çıxardı. Əks halda, QHT-lər məcburi auditdən yayınmaya görə 500 manatdan 2500 manatadək cərimə oluna bilərdilər. QHT-lərin isə audit olunmaq üçün vəsait tapması də mümkün deyildi. Demək ki, bu qanun onların boynundan “domokl qılıncı” kimi asılacaqdı. Həmin iclasda deputat Azay Quliyev QHT-lərin məcburi auditdən keçirilməsinə qarşı çıxaraq demişdi: “QHT-lərin məcburi auditdən keçirilməsi dövlətin hazırkı siyasətinə qarşıdır. Mən təklif edirəm ki, qanun layihəsi qəbul edilsin. Amma Nazirlər Kabinetinə müraciət olunsun ki, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarılsın. QHT-lər bu gün məcburi auditə hazır deyil”. Nəticədə, Nazirlər Kabineti QHT-ləri məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarıldı.
QHT-lərə Dövlət Dəstəyi Şurası “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik edilməsi məsələsini qaldıraraq və Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiqlənməsi ilə bağlı maddənin dəyişdirilməsi üçün təkliflər verərək onun yüngülləşdirilməsinə nail olub.
2009-cu il iyunun 9-da Azərbaycan Respublikasının Milli Məclisi “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edib və cənab Prezident bu qanunu imzalayaraq icraya yönəldib. Belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bərabər, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və onun ayrı-ayrı təsisatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsinə xidmət edəcəkdir. Bu qanunun hazırlanmasında və qəbul edilməsində Şuranın verdiyi töhvə kifayət qədərdir.
Şura tərəfindən ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat sənədi hazırlanıb. Azərbaycanda vətəndaş cəmiyyətinin son iyirmi illik inkişaf təcrübəsinin nəzəri və praktiki aspektlərinin təhlili hesabatın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edib. 2010-cu il iyunun 25-də Milli Hesabatın ictimaiyyətə təqdimat tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin - “İctimai iştirakçılıq haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial Sifariş haqqında” qanun layihələri və Korporativ Sosial Məsuliyyət Xartiyasının ictimai müzakirəsini davam etdirib və demək olar ki, yekunlaşdırıb.

Azərbaycan QHT-lərinin keçdiyi yol – 4-cü mərhələ
Bu mərhələ isə keçən ilin mart ayından - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilərdən sonra yeni Şuranın seçilməsi ilə başlayıb.QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI 5 İLDƏ NƏYƏ NAİL OLUB?

Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və mədəni inkişafına ictimai dəstəyi daha da gücləndirmək, ölkədə vətəndaş cəmiyyətinin inkişafına layiqli töhfələr vermək məqsədilə QHT-lərin inkişafı üzrə ayrıca fəaliyyət proqramının hazırlanmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT ekspertlərindən ibarət işçi qrupu yaratmaqla vacib bir addım atdı.
2013-cü ilin aprel ayında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi yerli və beynəlxalq təşkilatların, o cümlədən dövlət idarələrinin iştirakı ilə ictimai müzakirəyə çıxarıldı və elə aprel ayında da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tərəfindən Azərbaycan Milli Məclisinə təqdim edildi. Sevindirici haldır ki, qanun artıq MM-də birinci oxunuşda qəbul edilib.
Digər vacib amillərdən biri Şuranın vasitəsilə Azərbaycan QHT-lərinin dünyaya açılmasıdır. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçirilib.
Təsis yığıncağında 11 ölkənin - Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri iştirak ediblər. Müzakirələrdən sonra qeyd və təkliflər nəzərə alınmaqla Nizamnamə qəbul olunub və Forum təsis edilib. Səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Forumun sədri seçilib. Forumun fəaliyyətinin planlaşdırılması üçün növbəti toplantının 2013-cü ilin may ayında Ankara şəhərində keçirilməsi qərara alınıb. Forum iştirakçıları toplantının yekunu olaraq Bakı Bəyannaməsinu qəbul ediblər.
2013-cü ilin aprelində Bakıda Rusiya-Azərbaycan-Türkiyə QHT-lərinin üçtərəfli formatda Forumu keçirilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən toplantıda növbəti Forumların Moskva və Ankarada keçirilməsi razılaşdırılıb. Bu Forumun yaranması üç ölkənin QHT-ləri arasında əlaqələri güclənməsinə təkan verəcək.
2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum”un imzalanması isə iki ölkə QHT-ləri arasında əməkdaşlığın yeni müstəvisini yaradıb.

QHT-lər üçün yaradılan vacib resurslar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-ləri üçün vacib bir donora çevrilib və xarici donorlardan asılılğı müəyyən qədər azaltmağa nail olub. Qeyd etmək yerinə düşər ki, Şura tərəfindən 2009-cu ildə QHT-lərə maliyyə yardımı 2.067.952 AZN, 2010-cu ildə 2.102.000,0 AZN, 2011-ci ildə 2.045.416 AZN və 2012-ci ildə isə 2.031.000,0 AZN təşkil edib. Artıq 2013-cü ilin də birinci yarısının qalibləri elan edilib və onlara 2 054 000,0 AZN vəsait ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının aylıq “Vətəndaş cəmiyyəti” jurnalı və “QHTXEBER.AZ” saytı vətəndaş cəmiyyəti instututlarının fəaliyyətinin işıqlandırılmasında müstəsna rol oynayır və vətəndaş cəmiyyətinin səsini müxtəlif instansiyalara çatdırır.
2010-cu ilin fevral ayından ölkə QHT-lərinin rekvizitləri və fəaliyyət istiqamətləri haqqında ictimaiyyətə geniş məlumatların verilməsi məqsədilə “Azərbaycan QHT-ləri” sorğu-məlumat kitabı Şura tərəfindən çap olunub və o artıq bütün QHT-lərin stolüstü kitabına çevrilib.
Şura QHT təmsilçilərinin QHT-lərin ictimaiyyətlə əlaqələrinin təşkili, mətbuatla əlaqələrinin qurulması, layihə təklifinin hazırlanması və layihənin idarə olunması, Milli Mühasibat Uçotu Standartlarının tətbiqinə dair məsləhət və maarifləndirmə, QHT-lərin idarə edilməsinin əsasları və s. mövzularda bilik və bacarıqlarının artırılması üçün bütün Azərbaycan ərazisində onlarla təlimlər təşkil edib və sözsüz ki, bu təlimlərin onların professionallığının artırılmasında ciddi əhəmiyyəti olub.
Yuxarıda adı çəkilən bu işlərin görülməsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi altında Şuranın böyük əmək, əzm və yüksək bacarığı sayəsində əldə edilib.

Perspektivlər

QHT Əməkdaşlıq Alyansı əminliyini bildirmək istəyir ki, yeni inkişaf mərhələsində həm yarımçıq qalmış işlərin tamamalanması, həm də hələ də həllini gözləyən bir sıra məsələlərin həlli üçün daha çox səylərin göstərilməsi ilə müşaiyət olunacaq.
Alyans ümid edir ki, Şura hazırkı inkişaf mərhələsində aşağıda qeyd edilən məsələlərin həllində səylərini daha da gücləndirəcək. Hesab edirik ki, Şuranın dövlət büdcəsindən onlara ayrılan vəsaitin QHT-lərin maliyyə ehtiyaclarının ən azından 40 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün dövlət qarşısında təkliflərlə çıxış etməsi, "Sosial sığorta haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı işlərini davam etdirərək QHT-lərin 22 faiz sosial sığorta ödəməkdən azad olunması, Azərbaycanda QHT Evinin tikilməsi üçün dövlətin sərmayə yatırmasına səy göstərməsi, nazirliklərin tərkibində İctimai Komitələrin yaradılması məsələsini diqqətdə saxlaması və daha geniş vətəndaş cəmiyyəti üzvlərinin həmin komitələrdə təmsilçiliyini təmin etməsi, sosial sahibkarlıq ideyasının inkişaf etdirilməsi və özəl sektorun vətəndaş cəmiyyətinin inkişafına cəlb olunması və QHT-lərin qeydiyyat probleminin həllinə dəstək verməsi yaxşı olardı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru