Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                 

ARİF HACILI BİRGƏ AKSİYA TƏRƏFDARIDIR
Tarix: 8-04-2013, 11:25 | Çap et
ARİF HACILI BİRGƏ AKSİYA TƏRƏFDARIDIR
"BİRGƏ AKSİYALARIN TƏSİRİ ÇOX OLA BİLƏR"

Son iki ildə ard-arda etiraz aksiyaları keçirən İctimai Palatada kütləvi aksiyalar məsələsi hələlik müzakirə səviyyəsindədir. Görəsən, həm demokratik seçki, həm də digər prioritet məsələlərlə bağlı aksiyalara nə zamana start veriləcək? Bununla bağlı suallarımızı cavablandıran Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri ölkədə insanların fundamental haqlarından olan sərbəst toplaşma azadlığı hüququnun pozulmasıdır:
- Seçki ilində bu məsələ daha da aktuallaşır. Ona görə də yəqin ki, sərbəst toplaşma hüququnun təmin olunması istiqamətində hərəkat yaxın müddətdə başlamalıdır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Hesab edirəm ki, kütləvi etiraz aksiyalarına start verilməsi ilə bağlı aprel ayının sonuna qədər müvafiq qərarlar qəbul ediləcək.
- Bir müddət öncə təmsilçisi olduğunuz İctimai Palatada kütləvi aksiyaların keçirilməsi ilə bağlı fərqli mövqelər var idi. Hazırda da aksiyaların keçirilməsinə müxalif mövqedə olanlar varmı?
- Mənə elə gəlir ki, seçkilərə altı ay qalmış bir müddətdə, siyasi həbslərin əksəriyyətinin motivi məhz sərbəst toplaşmaq azadlığı hüququ olduğu bir məqamda, aksiyaların keçirilməsinin tez olduğunu bildirmək bir qədər çətin olacaq. Bu mənada, hesab edirəm ki, fərqli fikirlər olsa da, əksəriyyət kütləvi aksiyaların aktual olması mövqeyini ifadə edəcək.
- Bütün müxalifət qüvvələrinin birgə kütləvi aksiyalar təşkil etməsi necə, mümkündürmü?
- Hakimiyyət tərəfindən müxalifətin resurslarının məhdudlaşdırıldığı indiki məqamda ümummüxalifət aksiyalarının keçirilməsi məsələsinin aktuallığı daha da artır. Bu baxımdan, ümummüxalifət aksiyalarının keçirilməsinə müsbət yanaşıram. Mənə elə gəlir ki, birgə aksiyaların təsiri də əhəmiyyətli ola bilər.
- Məlumdur ki, müxalifət qüvvələri arasında fikir ayrılıqları var və hər hansı müstəvidə bir arada olmaq problemdir. Sizcə, mövqe fərqlilikləri birgə aksiyalara mane olmaz ki?
- Azərbaycanın milli demokratik qüvvələri, həm ideoloji, həm siyasi dünya görüşünə görə bizə yaxın olan siyasi qüvvələrlə bu tipli məsələlərdə əməkdaşlığımız mümkündür. Kütləvi etiraz aksiyalarının motivi və tələbi bəllidir. Sərbəst toplaşmaq azadlığının təmini, ölkədə demokratik prinsiplərin bərəqrar olması, siyasi məhbusların azadlığa buraxılması və bu kimi tələblər irəli sürən milli demokratik qüvvələrlə birgə müvarizə aparmaqda hər hansı problem yoxdur.
- Arif bəy, prezident seçkiləri yaxınlaşdıqca, namizədin müəyyənləşməsi daha da aktuallaşır. Ancaq hələ də müxalif düşərgə qəti mövqeyə gələ bilməyib. РЊecə düşünürsünüz, qarşıdakı dövrdə bununla bağlı hər hansı problem yaranmayacaq?
- Bu istiqamətdə müzakirələr gedir. Düşünürəm ki, seçki yaxınlaşdıqca, xüsusilə, seçki kampaniyası dövründə müxalifətin real namizədinin kim olduğu daha aydın şəkildə görünəcək. Ancaq müxalifətin vahid namizədi olmaya da bilər. Əgər müxalifət partiyaları vahid namizəd müəyyənləşdirə bilməyəcəksə, Azərbaycanın protest elektoratı müxalifətin vahid namizədini 2003-cü ildə olduğu kimi, 2013-cü ildə də müəyyən edə biləcək.
- Yəqin ki, Siz 2003-ü xatırlatmaqla, bu namizədin İsa Qəmbər olacağını düşünürsünüz?
- Mən tam əminliklə deyirəm ki, 2013-cü il prezident seçkilərində protest elektoratın namizədi İsa Qəmbər olacaq. Bunu təkcə Müsavat Partiyasının rəhbər şəxsi kimi yox, həm də seçki mütəxəssisi kimi deyirəm.
- Axı, 2003-lə 2013 arasında xeyli müddət var və kifayət qədər dəyişikliklər baş verib...
- Təbii ki, bu müddət ərzində çox dəyişikliklər baş verib. Həmin dövr ərzində avtoritar rejim daha sərt mövqelərə keçib, müxalifətin müəyyən resursları məhdudlaşdırılıb, demokratik institutlara təzyiqlər daha da artırılıb. Ancaq Azərbaycan cəmiyyətində hakimiyyətə qarşı olan insanların sayı daha da çoxalıb. Bununla yanaşı, Azərbaycan hakimiyyəti həm ölkə daxilində, həm ölkə xaricində özünün dayaqlarını itirib. Müxalifətin xalqdan səs almaq imkanları bir qədər də artıb. Şəxsən mən düşünürəm ki, ən azı 2013-cü il prezident seçkilərində Azərbaycan cəmiyyətinin daha geniş təbəqələrini öz ətrafında toplamaq imkanı olan siyasi lider İsa Qəmbərdir.
- İctimai Palatanın seçkiyə vahid namizədlə getmə məsələsi hələ də açıq qalır. 5-6 ay ərzində bu məsələdə ortaq məxrəcə gələ biləcəksiniz?
- Mən bu məsələlərə nikbin yanaşıram. Hesab edirəm ki, seçkilər yaxınlaşdıqca, daha real namizədin kim olduğu aydın şəkildə göründükcə, bu suallara cavab vermək və vahid namizədin müəyyənləşməsi ilə bağlı qərarların qəbulu asan olacaq. Düşünürəm ki, 2013-cü il prezident seçkilərində İctimai Palatanın vahid namizədinin olması mümkündür.
- Siz İsa Qəmbərin protest elektoratın əsas namizədi olacağını dediyiniz kimi, AXCP funksionerləri də eyni fikirləri Əli Kərimli barəsində söyləyirlər. Bu ziddiyyətli münasibətlər fonunda vahid güc mərkəzinə çevrilmək necə mümkün ola bilər?
- Bunlara normal yanaşmaq lazımdır. Əgər fərqli fikirlər olmasaydı, çoxpartiyalı sistem də mövcud olmazdı. Yalnız avtoritar rejimlərdə fərqli fikirlər olmur, yaxud fərqli fikirlərin ortalığa çıxmasına imkan verilmir. Ancaq İctimai Palata da, Müsavat Partiyası da, AXCP də demokratik qüvvə olduğu üçün burada müxtəlif fikirlərin olması təbiidir. Hesab edirəm ki, fərqli fikirlər olsa da, həlledici rolu cəmiyyətin əksəriyyətinin fikri oynayacaq.
- Bu günlərdə YAP-çı deputat Siyavuş РЊovruzov açıqlama verərək bildirib ki, Müsavat Partiyasının daxilində İsa Qəmbərin namizəd olması birmənalı qarşılanmır və bu qərar ümumi partiyanın yox, sadəcə, Divanın qərarıdır...
- Bu, Siyavuş РЊovruzovun növbəti yanlışlıqlarından biridir. İsa Qəmbərin prezidentliyə namizədliyi Müsavat Partiyası Məclisinin toplantısında yekdilliklə irəli sürülüb. Düşünürəm ki, hətta qurultay keçirilsə və ya bütövlükdə partiya sturukturlarında bu məsələ ilə əlaqədar referendum olsa, İsa Qəmbərin prezidentliyə namizədliyinin tərəfdarlarının sayı 90 faizdən çox olar.
- Bəs, yerdə qalan 10 faiz niyə tərəddüd edir?
- Heç bir tərəddüd yoxdur. Sadəcə olaraq, seçkilərin saxtalaşdırılacağından narahat olaraq seçkidə iştirak edib-etməmək məsələsində fərqli mövqedə olanlar var. Ona görə də qəti şəkildə deyə bilərəm ki, Müsavat Partiyasında İsa Qəmbərdən başqa prezidentliyə namizəd yoxdur. РЊə belə bir iddialı adam var, nə də başqa bir adamın namizədliyini irəli sürən. Bu mənada, Siyavuş РЊovruzov tamamilə yanlış mövqedədir.
- Neçə müddətdir eks-spiker Rəsul Quliyevlə gərgin mübahisələriniz davam edir. Bu qarşılıqlı ittihamların kökündə nə dayanır?
- Mənə elə gəlir ki, sualı düzgün ünvanlamamısınız. Bu sualı Rəsul Quliyevə vermək lazımdır. Çünki o, son aylar ərzində, xüsusilə də İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürüldükdən sonra dəfələrlə Müsavat Partiyasının və İsa Qəmbərin ünvanına heç indiki yaşına uyğun olmayan fikirlər səsləndirib, bir çox yanlışlıqlara yol vermişdi. РЊəhayət, biz ötən həftə ona cavab vermək məcburiyyətində qaldıq. Əslində, bizim Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan siyasi partiyalarla, siyasətçilərlə hər hansı problemimiz yoxdur. Düzü, Rəsul Quliyevin bu cür davranışı şəxsən məni maraqlandırmır. Hesab edirəm ki, 2005-ci il parlament seçkilərində onun yol verdiyi ağır səhvlərdən sonra Azərbaycan cəmiyyəti və demokratik qüvvələri çox böyük zərbə aldı. Onun səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar. Düşünürəm ki, 2005-ci il parlament seçkilərində Rəsul Quliyevin addımları nəticə etibarı ilə müxalifətə böyük zərbə vurdu. Ona görə də, bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur.
- ALP sədri Əvəz Temirxan isə mətbuata açıqlamasında deyib ki, 2003-cü ildəki seçkidə Rəsul Quliyevə görə İsa Qəmbərin hesabına müəyyən xal yazılıb...
- Əgər Əvəz Temirxan müəyyən xallar yazılmışdı desəydi, mən onun fikri ilə razılaşardım. Həqiqətən də Rəsul Quliyevin seçkilərə 10 gün qalmış İsa Qəmbəri müdafiə etməsi Azərbaycan cəmiyyətinə müxalifətin birliyi barədə bir mesaj idi. Sözsüz ki, bu mesajın müsbət təsirləri oldu. Sadəcə olaraq, Əvəz Temirxan bildirib ki, guya həmin dövrdə İsa Qəmbərin aldığı səslərin çoxu Rəsul Quliyevin hesabınadır. Eyni zamanda, bildirir ki, Lalə Şövkət o zaman seçkilərdə ikinci, ya üçüncü yerdə olub.
İndi onlar müttəfiqdirlər. Ona görə də onlara tövsiyyə edirəm ki, əgər hesab edirlərsə, 2003-cü ildə müxalifətin ən çox səs alan namizədi məhz Rəsul Quliyevin hesabına səs alıb, ondan sonrakı yeri tutan namizəd də yüksək nəticə qazanıb, onda budəfəki seçkilərdə birgə iştirak edib dediklərini təsdiqləyə bilərlər.
- Sizcə, onların belə bir imkanı varmı?
- Mən tövsiyyə edirəm, birləşsinlər, seçkiyə getsinlər və sübuta yetirsinlər ki, onların böyük səs almaq imkanları var. Onu deyə bilərəm ki, bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevlə müttəfiq olmaq niyyətimiz yoxdur.
- Arif bəy, hakimiyyət nümayəndələri qarşıdakı dövrdə müxalifət partiyaları və QHT-lərlə dialoqa başlayacaqlarını bildirirlər. Necə düşünürsünüz, bu dəfə səmimi dialoq baş tuta bilərmi?
- Hakimiyyətin səmimi dialoqa gedəcəyinə müsbət fikir bildirmək qeyri-mümkündür. Çünki hakimiyyət bir neçə aydan bir dialoqa hazır olduğunu, istənilən məsələləri müxalifətlə müzakirə etməkdən çəkinmədiyini bildirsə də, bu bəyanatlar yalnız bəyanat olaraq qalıb. Əksinə, dialoq əvəzinə müxalifətin üzərinə hücumlar olub, bir qisim siyasi məhbusları başqaları əvəz edib və s. Ona görə də hakimiyyətin müxalifətlə, yaxud cəmiyyətlə dialoqa hazır olduğunu deməsi imitasiyadan başqa bir şey deyil. Bu səbəbdən də budəfəki dialoqdan müsbət nəsə gözləməyə dəyməz.
\ "Reytinq" qəzeti \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Bu gün, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Bu gün, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Bu gün, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Bu gün, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Bu gün, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Bu gün, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Bu gün, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Bu gün, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Bu gün, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Bu gün, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Bu gün, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Bu gün, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Bu gün, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Bu gün, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Bu gün, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru