ABŞ SƏFİRİ SAAKAŞVİLİNİN DEDİKLƏRİNİ ŞƏRH ETMƏDİ
Tarix: 7-03-2013, 09:05 | Çap et
"FAYDALI OLMAZ"Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mövcud ictimai-siyasi durum, vəziyyətdən çıxış yolları, seçkiqabağı mühit, hökumətlə vətəndaş cəmiyyətlərinin dialoqunun vacibliyi, son həbslər, prezident Saakaşvilinin Rusiya ilə bağlı bəyanatı, Amerika şirkətlərinin Azərbaycanda marağı, neft-qaz siyasəti və “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsi də daxil olmaqla müxtəlif problemlərə toxunub.
Sual: “Biz İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökumətini vətəndaşlarla konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”. Bu Sizin son bəyanatınızdır. Azərbaycan hökumətinin və hüquq sisteminin son hadisələrə münasibəti adekvatdırmı?
Cavab: Hesab edirəm ki, indi bu barədə nə isə demək çox tezdir. Mən həmişə demişəm və bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın sabitliyinin və inkişafının ən yaxşı təminatı davamlı iqtisadi və siyasi islahatlardan keçir.
Prezident Əliyevin vəzifəli şəxslərin vəzifələrindən sui istifadə etməsi, eyni zamanda korrupsiya halları ilə bağlı bütün rayonlarda baş verənlər haqqında son bəyanatı bizi sevindirir. Ümidvarıq ki, bu vətəndaşların qanuni şikayətlərinin dinlənilməsi və həll edilməsi üçün şərait yaradacaq. Eyni zamanda vətəndaşların hökumətin onların gündəlik həyatına müdaxiləsi olmadan azad şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şəraitə gətirib çıxarılmasına da imkan yaradacaq.
Bu vətəndaşlara şəffaf şəkildə vahid pəncərə qaydasında bir quruma müraciət edərək müxtəlif xidmətlərdən istifadə etməyə və müxtəlif sənədləri almağa imkan verəcək. Mən Bakıda “Asan Xidmət” qurumuna baş çəkdim, fərəhləndim və xoş təəssüratlar yaratdı.
Bilriəm ki, hökumətin qarşıdan gələn aylarda və illərdə “Asan Xidməti” Bakının digər ərazilərinə və ölkənin digər yerlərinə genişləndirmək və orada yaratmaq planları var. Ümidvarıq ki, bu baş verəcək.
Sual: Siz “Asan Xidmət”i ilə bağlı müsbət məqamları qeyd etdiniz. Digər məqamlara da toxunaq. Prezidentin bəyanatından sonra PeAL Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbs edilib. Hər iki şəxsin həbsi də daxil olmaqla son həbslərə münasibətiniz necədir? O cümlədən, Quba, Binə, İsmayıllı hadisələri ilə bağlı həbslərə münasibətiniz necədir?
Cavab: Bəli, əvvəlcədən qeyd etdiyimiz kimi biz bu hadisələri yaxından izləyirik və bunlar bizi çox narahat edir. Biz hökuməti müvafiq qanuni proseslərə, prosedurlara, eyni zamanda şəffaf və açıq məhkəmə prosesini təmin etməyə çağırırıq. Biz bu məsələ ilə bağlı nə baş verəcəyini izləyirik. Eyni zamanda biz hökuməti rayonlarda vətəndaşlarla, sakinlərlə açıq dialoq qurmağa, açıq dialoqa girməyə, onların qanuni şikayətlərini dinləməyə və həll etməyə çağırırıq. Bundan öncəki sualınıza cavabda dediyim kimi biz bu istiqamətdə müəyyən işlərə başlandığını görmüşük və baxıb görəcəyik ki, bu nə qədər və hansı miqyasda davam edəcək. Biz eyni zamanda bütün vətəndaşların sərbəst toplaşmaq, söz və ifadə azadlığına lazımi hörmətlə yanaşılmasını, təmin edilməsini arzulayırıq və buna çağırırıq.
Sual: Çağırışlardan danışdınız. Amerikanın dövlət rəsmiləri, o cümlədən səfirlər illərdir ki, Azərbaycan hökumətinə çağırışlar edir. Məsələn, Amerikanın dövlət katibi Azərbaycana iki səfəri zamanı hökuməti vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb. Eyni zamanda Siz də daxil olmaqla Amerikanın Azərbaycandakı çoxsaylı səfirləri bu çağırışları edib. Bununla yanaşı, ötən il hökumət vətəndaş cəmiyyətləri ilə bir görüş keçirdi. Amma, nəticələri olmadı. Qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyi sərtləşdirdilər və ictimai narazılığa səbəb oldu. Münasibətiniz necədir? Faydalı nəticələr nə vaxt əldə edilə bilər?
Cavab: Ümidvaram ki, bu istiqamətdə müsbət nəticələri tezliklə görə biləcəyik. Sizin də qeyd etdiyiniz kimi ötən il belə bir görüş baş tutub və vəd verilmişdi ki, gələcəkdə növbəti görüş olacaq. Ümidvarıq ki, bu görüş baş verəcək. QHT-lərlə bağlı qanuna son düzəlişlər və ya qanunu nəzərdən keçiririk, rəsmilərlə görüşdə bunu bir neçə dəfə müzakirə etmişik. Biz vətəndaşların qanuni şikayətlərinin həll edilməsi üçün hökumətlə vətəndaş cəmiyyəti və vətəndaşlar arasında dialoqun vacibliyinə və dialoqa çağırışımızı davam etdirəcəyik.
Sual: Azərbaycanda seçkiqabağı mühiti necə qiymətləndirirsiniz? Son günlər prezidentliyə namizədliyini elan edəcəyi ilə bağlı bəyanat yaymış Müsavat Partiyasının başqanı İsa Qəmbərin regiona səfərinin qarşısını aldılar. Onun partiya üzvləri ilə görüşünə imkan verilmədi. Necə qiymətləndirirsiniz? Eyni zamanda, insanların toplaşmaq azadlığı, mətbuat azadlığı, mətbuata çıxışı sahəsində irəliləyişlər qeydə alınmır. Bunlara münasibətiniz necədir?
Cavab: İlk öncə bizim dəfələrlə vurğuladığımız bir fikri bir daha bəyan etmək istəyirəm ki, ABŞ Azərbaycanda azad və ədalətli seçkilər keçirilməsini görmək istəyir. Azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün sadəcə seçki günü hansısa hadisələrin baş verməsi kifayət deyil. Hesab edirik ki, sərbəst toplaşmaq azadlığı üçün şəraitin yaradılması, vətəndaşların mətbuata çıxışının təmin olunması, seçkilərlə bağlı ədalətli prosesin təmin olunması çox mühümdür. Bu məsələlərlə bağlı hökumətlə dialoqumuzu davam etdirəcəyik.
Sərbəst toplaşmaq azadlığı üçün şəraitin yaradılması, vətəndaşların mətbuata çıxışının təmin olunması, seçkilərlə bağlı ədalətli prosesin təmin olunması çox mühümdür.
Çox ümid edirik ki, seçkilərdən sonra biz seçkilərin doğrudan da azad və ədalətli olduğunu deyə biləcəyik.
Sual: Yeni Azərbaycan Partiyası bəyan edib ki, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəklər. Sizin münasibətiniz necədir? İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi demokratik prinsiplərə uyğundurmu?
Cavab: Bizim əsas diqqət yetirdiyimiz, əsas əhəmiyyət verdiyimiz seçkilərin azad və ədalətli olması, azad və ədalətli şəraitdə keçirilməsidir. Namizədlərin kim olmasından asılı olmayaraq, söhbət İlham Əliyevin namizədliyindən gedirsə hakim partiyanın onun namizədliyini irəli sürüb-sürməməsi bu partiyanın özündən asılıdır.
Amma əsas məqam ondan ibarətdir ki, sonda hansı namizədin, kimin ölkənin prezidenti olacağını Azərbaycan xalqı müəyyən edəcək. Növbəti prezidentin kim olacağını Azərbaycan xalqı müəyyən edəcək.
Sual: Hətta üçüncü dəfə olsa da?
Cavab: Mən bu məsələ ilə bağlı hər hansı fikir bildirməyəcəm. Bu Azərbaycan xalqının öz işidir. Əsas məsələ budur ki, seçkilər azad və ədalətli olsun.
Sual: Beynəlxalq təşkilatlar, o cümlədən yerli təşkilatlar, siyasi partiyalar seçki qanunvericiliyinin dəyişdirilməsini, seçki komissiyalarının paritet əsasda qurulmasını istəyir. O cümlədən ABŞ-da artıq neçə seçkidir ki, bunu bəyan edir. Amma, bir irəliləyiş yoxdur. Münasibətiniz necədir?
Cavab: Bir daha bəyan edirəm ki, “Seçki Məcəlləsi”nə hansı dəyişikliklər edilməsi barədə qərarı Azərbaycan hökuməti və Azərbaycan xalqı verməlidir. ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinə kömək etməyə hazırdır.
Amma, sonda Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti birgə işləyərək, əməkdaşlıq edərək zəruri hesab etdikləri dəyişiklikləri həyata keçirməlidirlər. Bizim istədiyimiz çox sadədir, azad və ədalətli seçki prosesi.
Sual: Quba, Binə, İsmayıllı hadisələri, vəziyyət getdikcə gərginləşməkdədir. Vəziyyətdən çıxışı nədə görürsünüz? Təbii ki, deyəcəksiniz, - azad seçki, demokratiyanın bərqərar olması. Amma, neçə illərdir ki, nə azad seçki, nə də demokratik seçki bərqərar olmur.
Cavab: Biz hesab edirik ki, yaranmış gərginliyin aradan qaldırılması üçün hökumət vətəndaşlarla açıq dialoqa girməlidir və onların qanuni şikayətlərini dinləyib həll etməlidir. Əvvəldə qeyd etdiyim kimi, artıq bu istiqamətdə addımlar atılmağa başlayıb. Biz inanırıq ki, addımlar davam etdiriləcək ki, vətəndaşların qanuni şikayətləri dinlənilib həll edilsin. Çünki sabitliyi təmin etməyin yeganə yolu bundan keçir.
Sual: Təbii ki, sabitliyin müəyyən edilməsi daxili münasibətlər sistemindən keçir. Amma, burada bir sual yaranır. Prezident Saakaşvili bu günlərdə bəyan etdi ki, Rusiya Azərbaycanda hakimiyyət çevrilişi hazırlayır və bununla bağlı işlər görür. Əgər Rusiya Azərbaycandakı siyasi proseslərə, daxili münasibətlər sisteminə müdaxilə edərsə Amerika nə edəcək?
Cavab: Mən düşünürəm ki, hazırda bu sualla bağlı hər hansı bir şərh, cavab verə bilərəm. Amma, sualınızdan belə anladım ki, prezident Saakaşvili və prezident Əliyev arasındakı müzakirələr və sonradan prezident Saakaşvilinin verdiyi bəyanatı nəzərdə tutursunuz. Bu bəyanat Azərbaycan, Gürcüstan və Rusiya ilə bağlıdır. Düşünürəm ki, bu məsələ ilə bağlı mənim bəyanat verməyim məqsədəuyğun və faydalı olmazdı.
Sual: Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə münasibətiniz necədir? Xarici işlər nazirlərinin son Paris görüşündə də müsbət məqamların olmadığı üzə çıxdı. Münaqişənin həlli üçün, irəliləyiş əldə edilməsi üçün hansı addımlar atılmalıdır? Bu sahədə ABŞ-ın mövqeyi necədir?
Cavab: Artıq altı aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Səfir kimi Azərbaycana gəlməmişdən əvvəl enerji məsələləri ilə məşğul olmuşam. Ona görə ötən altı ay ərzində Dağlıq Qarabağla bağlı xeyli məlumatlar əldə etmişəm. Qarabağ münaqişəsi ilə bağlı məsələlərdən öyrəndiyim məqamlardan biri də budur ki, siyasi mövqeyindən, yaşından və digər meyarlardan asılı olmayaraq Dağlıq Qarabağ bütün azərbaycanlılar üçün necə ağır və çətin bir məsələdir. Mən eyni zamanda məsələnin necə məyusedici və necə çətin olduğunu da anlayıram. Məsələ sadə olsa idi çoxdan həll olunmuş olardı və həlli 20 ilə qədər vaxt aparmazdı. Biz Minsk qrupu prosesini dəstəkləməkdə davam edəcəyik. Azərbaycan hökumətinin rəhbərliyi, eyni zamanda Minsk qrupunda olan həmsədrimizlə birgə münaqişənin nizamlanması üçün yaradıcı yollar axtarmaqda davam edəcəyik.
Münaqişənin nə vaxt nizamlanacağını, həll olunacağını demək çətindir. Amma, münaqişə mümkün qədər tez həll edilməlidir. Güclü şəkildə inanıram ki, münaqişənin həll olunması, nizamlanması həm Ermənistanın, həm də Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir. Çünki bu hər iki ölkənin potensialını tam gerçəkləşdirməyə imkan verəcək. Ümidvaram ki, bu məsələ tezliklə həll oluna biləcək.
Sual: Amma həm Azərbaycanda, həm də Ermənistanda Minsk qrupuna inam o qədər yüksək deyil. Münaqişənin nizamlanması ilə bağlı 20 ildə müxtəlif praktikalar olub. Məsələn, üçlük formatı olub, Rusiyanın təşəbbüsü ilə ondan çox görüş keçirilib, heç bir nəticəsi olmayıb. Ekspertlərin qiymətinə görə, ən mühüm məqam dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə iki prezidentin görüşündən sonra baş verib, Ki-Vest görüşünədək və sonra bu davam edib. Yəni münaqişədə irəliləyiş əldə edilməsi üçün iki prezidentin birbaşa danışıqlarının bərpasına necə baxırsınız. Amerika yenidən təşəbbüslə çıxış edə bilərmi?
Cavab: Yaxşı sualdır, amma təəssüf ki, mən buna yaxşı cavab verə bilməyəcəm. Bu 20 il ərzində baş verən prosesi siz qeyd etdiniz. Siz Madlen Olbraytın təşəbbüsünə, Minsk prosesinə toxundunuz. Bunlar hamısı baş verib. Bilirəm ki, Minsk qrupu prosesi ilə bağlı çoxlu məyusluqlar mövcuddur. Amma nəhayətdə mən belə bir sual irəli sürürəm ki, vacib olan danışıqların formatıdırmı? Əsl vacib olan məqam tərəflərin son nizamlanmaya razılığa gəlməsi üçün siyasi iradənin olmasıdır. İstənilən mühitdə, şəraitdə çox çətin məsələlərə konstruktiv münasibət göstərilməsidir.
Sual: Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı humanitar fəlakətin nə qədər dərin olduğunu üzə çıxardı. Əsərdə ermənilərin əziyyətləri qeyd olunduğu üçün Ermənistanda sevinclə qarşılandı, Azərbaycanda isə parlament də daxil olmaqla tənqid edildi, hətta prezident onun bəzi mükafatlarını əlindən aldı. Oğlu və həyat yoldaşı işdən çıxarıldı. İlk öncə romana münasibətiniz, sonra isə yazıçıya qarşı aparılan tənqid kampaniyasını necə qiymətləndirirsiniz?
Cavab: İlk öncə deyim ki, romanı oxumamışam. Amma bu romanın Azərbaycanda nə üçün ziddiyyətlər doğurduğu mənə məlumdur. Amerikalılar olaraq biz ifadə, söz azadlığına güclü şəkildə inanırıq və müəllifin bu əsəri yazmaq hüququ var. Yəni yazmaq hüququ var. Eyni zamanda hesab edirəm ki, kitabı tənqid edənlərin də ifadə, söz azadlığına hüququ var və kitabı tənqid etmək hüququ var. Hesab edirik ki, zorakılıqlarla, cəzalandırma ilə, hər hansı intiqam alma ilə bağlı təhdidlər qəbul edilməzdir.
Sual: Azərbaycan İranla həmsərhəddir. İranda prezident seçkiləri öncəsi duruma münasibətiniz necədir? Ötən prezident seçkiləri İran üçün heç də asan keçmədi. Bu ilki seçkilər İranda ictimai-siyasi duruma hansı təsirlər göstərə bilər?
Cavab: Mən Azərbaycana təyin olunmuş səfirəm.
Sual: Amma İranda səfiriniz yoxdur?
Cavab: Azərbaycana təyin olunmuş səfir olmağımı nəzərə alaraq mənim İrandakı daxili məsələlərlə bağlı hər hansı şərh, fikir söyləməyim məqsədəuyğun olmazdı.
Sual: Elə isə Azərbaycan-İran münasibətlərinin indiki səviyyəsi Amerikanı qane edirmi?
Cavab: Əlbəttə, biz Azərbaycanın İrana qarşı beynəlxalq sanksiyalara verdiyi dəstəkdən çox razıyıq və məmnunuq. Biz, eyni zamanda başa düşür və qəbul edirik ki, Azərbaycanla İran arasında uzunmüddətli tarixi və mədəni əlaqələr mövcuddur. Azərbaycanın necə bir coğrafi məkanda yerləşdiyini və İranla həmsərhəd olduğunu bilirik. Azərbaycan qonşuları ilə öz maraqlarına uyğun olan, xidmət edən və özünün müvafiq hesab etdiyi əlaqələr qurmalıdır. Bir daha qeyd edirəm ki, biz Azərbaycanın beynəlxalq sanksiyalara verdiyi dəstəkdən razıyıq, məmnunuq.
Sual: Qoşunların Əfqanıstandan çıxarılmasında Azərbaycan nə kimi rol oynaya bilər? Hərbiçilərin və yüklərin Əfqanıstandan çıxarılması ilə bağlı Azərbaycanın tranzit ölkəsi olması barədə təklifləri qəbul edilibmi?
Cavab: Biz Azərbaycanın Əfqanıstanla bağlı göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan Əfqanıstanla bağlı əla, çox yaxşı tərəfdaşdır. Biz Əfqanıstandan qeyri-hərbi yüklərin və qoşunların çıxarılmasında və daşınmasında Azərbaycanın önəmli rol oynayacağını gözləyirik. Eyni zamanda Əfqanıstana daşınmalı olan yüklərin də daşınmasında da mühüm rolunu davam etdirəcəyini gözləyirik. 2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələri Əfqanıstandan çıxarıldıqdan sonra Azərbaycanın o ölkəyə dəstəyini davam etdirəcəyi barədə üzərinə götürdüyü öhdəlikləri də çox yüksək qiymətləndiririk.
Sual: Rusiya mətbuatı Əfqanıstandan çıxarılacaq Amerika qoşunlarının, hərbi texnikanın və digər vasitələrin bir hissəsinin Azərbaycanda qalacağını yazır? Münasibətiniz?
Cavab: Əfqanıstandan çıxarılan hərbi qüvvələrin Azərbaycanda qalacağı ilə bağlı məlumatlar tamamilə yanlışdır. ABŞ-ın Azərbaycanda hər hansı bir şəkildə hərbi mövcudluğu olmayacaq. Belə bir plan yoxdur.
Sual: Bu il Cənub dəhlizi ilə bağlı son qərar qəbul ediləcək. Amerika Nabucco layihəsini, yoxsa Transadriatik layihəsini dəstəkləyir?
Cavab: Çox şadam ki, mənim barəsində xeyli yaxşı bildiyim mövzuya gəlib çıxmışıq. Yəni, söhbət Transadriatik və Nabucco və ya indi Qərb adlandırılan layihələrdən gedir. Söhbət ümumi daşıma həcmi 16 milyard kubmetr olan kəmərlərdən gedir ki, bu qaz əsasən Şahdəniz yatağından hasil ediləcək. Qazın 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya nəql edilməsi nəzərdə tutulur. Davamlı olaraq bəyan etmişik ki, Amerika bu kəmərlərə neytral yanaşır.
Hansı kəmərin seçilməsindən asılı olmayaraq biz həmin kəmərin gələcəkdə Azərbaycanda 2020-ci ildə hasil olunacaq əlavə qaz həcmini daşıya bilmək üçün genişləndirilə bilən olmasının tərəfdarıyıq
Hansı kəmərin seçilməsindən asılı olmayaraq biz həmin kəmərin gələcəkdə Azərbaycanda 2020-ci ildə hasil olunacaq əlavə qaz həcmini daşıya bilmək üçün genişləndirilə bilən olmasının tərəfdarıyıq. Eyni zamanda hesab edirik ki, əgər üstünlük və seçim Transadriatik kəmərinə verilərsə daşınacaq qazın bir hissəsi Şərqi Balkanlara yönəldilməlidir. Ötən illər ərzində Cənub dəhlizi ilə bağlı irəliləyiş əldə olunub. Biz Azərbaycan qazının Türkiyə ərazisi ilə keçməklə Avropaya nəql olunmasına çox nikbin baxırıq.
Sual: İlk bəyanatlarınızdan biri Amerika şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda az təmsil olunması ilə bağlı olub. Amerika şirkətlərinin iştirakı artacaqmı? Hansı şirkətlər yaxın zamanlarda Azərbaycana gəlmək fikrindədir və hansı layihələrdə iştirak etmək istəyirlər?
Cavab: İlk öncə qeyd edim ki, ABŞ şirkətləri Azəri-Çıraq-Günəşli yataqlarından hasilatla məşğul olur və bu yataqdan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunur. Baxmayaraq ki, hər hansı Amerika şirkəti Şahdəniz yatağında fəaliyyətlərə cəlb olunmayıb, Chevron, ExxonMobil, Conoco kimi şirkətlər Azərbaycandakı mümkün layihələrdə, mümkün fəaliyyətlərdə imkanlarından istifadə etmək istəyirlər.
Eyni zamanda hesab edirik ki, Azərbaycan iqtisadiyyatının yalnız enerjidən asılı olmaması üçün şaxələndirilmə çox vacibdir. Azərbaycanda informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, inşaat və digər sahələrdə işləməkdə maraqlı olan şirkətlərimiz var. Belə şirkətlərdən biri ilə bu gün görüşəcəm. Amma, hesab edirəm ki, bu şirkətin adını açıqlamağım məqsədəuyğun olmaz.
Müstəqil qəzetlərin, - “Azadlıq” da onların bir nümunəsidir, öz fəaliyyətini davam etdirməsi çox önəmlidir, çox vacibdir.
Sual: Azərbaycanın ilk müstəqil mediası olan “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsi yenidən gündəliyə gəlib. Qəzetin bağlanmaq təhlükəsinin aradan qaldırılması üçün nə etmək olar? Münasibətiniz?
Cavab: Müstəqil qəzetlərin, - “Azadlıq” da onların bir nümunəsidir, öz fəaliyyətini davam etdirməsi çox önəmlidir, çox vacibdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
|