BAKIDA DAHA BİR AİLƏ DRAMI
Tarix: 25-02-2013, 09:47 |
Çap et
QARDAŞ QARDAŞIN QANINA SUSADIFevralın 24-də saat 01 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Rəsulzadə qəsəbəsi, R.Qənbərov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Maqsudov Vasif Vahid oğlu şəxsi münasibətlər zəminində qardaşını qətlə yetirib. 28 yaşlı oğlan yaşadığı evdə onunla eyni ünvanda qalan qardaşı, 1983-cü il təvəllüdlü Asif Maqsudovu qarın nahiyəsindən bıçaqlayıb. İkincinin həyatını xilas etmək mümkün olmayıb.
V.Maqsudov polis tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.