"LONDON TAKSİSİ"NİN SÜRÜCÜSÜ SOYULDU
Tarix: 22-02-2013, 11:43 |
Çap et
PULU APARANI POLİS YAXALAYIBBakıda “London taksisi"nin sürücüsü qarət olunub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində taksi xidmətilə məşğul olan Şəmşir Bayadovun idarə etdiyi “London taxi” markalı avtomaşından 180 manat pul oğurlanıb. Polisin keçirdiyi axtarış-əməliyyazı zamanı pulu götürərək soyğunçuluq edən Bakı şəhər sakini Rabil Quliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.