İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

GORANBOY RAYONU ÜSYANA SÜRÜKLƏNİR
Tarix: 21-02-2013, 10:00 | Çap et
GORANBOY RAYONU ÜSYANA SÜRÜKLƏNİR
İCRA BAŞÇISININ ÖZBAŞINALIĞI SON HƏDDƏ

Son illərin müşahidələrinə görə, rayonlara rəhbər təyin olunan yeni icra başçıları adətən özlərini yuxarılara göstərmək üçün birinci iş günündən bu üsula əl atırlar: rayon mərkəzindən keçən asfalt yolları təzələmək, yolların kənarına daş hasarlar çəkmək, park salmaq.., bir sözlə, gözdən pərdə asmaq üçün kosmetik abadlıq-təmir işləri aparırlar... Halbuki, o rayonun illərdir üst-üstə yığılıb qalan elə köklü problemləri var ki, onların uzun müddətdir həll olunmaması sonda sosial partlayış təhlükəsinə gətirib çıxarır. Necə ki, bunu Qubada, İsmayıllıda gördük...

Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Prezident İlham Əliyevin son toplantıda icra başçılarının ünvanına ciddi iradlar bildirməsi bəzi məmurların bölgələrdə “padşahlıq” etdiyini bir daha təsdiqlədi.

Bir daha təsdiqləndi ki, ölkə başçısının etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər.
Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır.

Azərbaycan mediasında mütəmadi olaraq İcra hakimiyyətlərinin başçıları ilə bağlı ittiham dolu materiallar yayımlanır. Modern.az saytı bundan sonra adı qalmaqallarda hallanan icra başçılarının hər biri haqqında materiallar dərc edəcək. Belə məmurlardan biri də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir.


Nizaməddin Quliyev Goranboya icra başçısı təyin edilən gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın gündəmində olub, sislsilə yazılar dərc edilib.

Yeri gəlmişkən, bəzi bölgələrdən fərqli olaraq Nizaməddin Quliyev yerli kadrdır, əslən elə goranboyludur. Amma deyilənə görə, Goranboy camaatı icra başçısının fəaliyyətindən söz düşəndə “heç yarımadıq” söyləyirlər. Yəni əslən bu rayondan olmasına baxmayaraq, cənab Quliyevdən razılıq edən goranboylular çox deyil.
Nizaməddin Məhəmməd oğlu Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqdisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
Prezidentinin 24 sentyabr 2009-cu il tarixli sərəncamı ilə o, Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu vəzifəyə təyin edilənədək Kapital Bankın Goranboy rayon filialının müdiri vəzifəsndə çalışıb. Eyni zamanda YAP Goranboy rayon təşkilatının sədri olub. İcra başçısı təyin olunduqdan sonra YAP-ın yerli təşkilatına sədrliyi öz həmkəndlisi, hazırda icra başçısının müavini olan Elçin İsmayılova həvalə edib.

İcra başçısı bir müddət əvvəl mediaya açıqlamasında demişdi ki, rayonda əhalini narazı salacaq heç bir hərəkətə yol verməyib.

“Mənim fəaliyyətim ölkəmizin çiçəklənməsinə, güclənməsinə yönəlik fəaliyyətidir. Biz burada ölkə rəhbərinin etimadını doğrultmaq üçün çalışırıq”-deyə N.Quliyev bildirmişdi.

Amma həm Goranboy sakinlərinin söylədikləri, həm də tez-tez mətbuatda yayımlanan məlumatlar icra başçısının fəaliyyəti barədə birmənalı danışmağa imkan vermir.

Hələ bir müddət əvvəl Nizaməddin Quliyevin istintaqa çağırılaraq dindirildiyi barədə xəbərlər yayılanda əksər goranboylular buna təəccüblənməmişdilər. Xəbərin yayılmasına səbəb isə icra başçısının adının Goranboy Rayon Mərkəzi Xəstəxanasının intihar etmiş sabiq baş həkimi Faiq Abdullayevin ölümündə günahkar kimi hallanması idi. İcra başçısının istintaqa da bu səbəbdən cəlb edildiyi bildirilirdi. Elə mərhumun ailə üzvləri də bu ölümdə N.Quliyevi günahkar bilərək onu hüzr mərasiminə buraxmamışdı. Mərhum F.Abdullayevin həyat yoldaşı Gülnarə Aslanova müsahibələrində bildirib ki, hadisədən sonra N.Quliyev onların üstünə bir neçə adam göndərərək, ondan əl çəkmələri üçün təzyiqlər göstərib.

Daha sonra Nizaməddin Quliyev bir müddət əvvəl Goronboy rayonu ərazisindən keçən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus bir kilometrlik boru xəttinin kəsilərək oğurlanmasında günahlandırılırdı. Oğurluq hadisəsinin isə rayon İcra Hakimiyyətinin rəhbərliyi və yerli Polis şöbəsi tərəfindən həyata keçirildiyinə dair xəbərlər yayılıb. Bu fikirlər “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin işçilərinin mətbuata ünvanladıqları müraciətdə əksini tapıb. Sonradan Goranboy polisində araşdırmalar zamanı məlum olub ki, borunu oğurlayıb kəsdirən İlham Cümşüd oğlu Mehtiyev bu oğurluğu özbaşına həyata keçirməyib. Mətbuatın yazdığına görə, bu işi görən dəstəyə İcra Hakimiyyətində çalışan məmurlar havadarlıq ediblər. Nəticədə su kəmərini kəsib oğurlayan dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb etmək əvəzinə müəyyən razlaşmalar müqabilində onları sərbəst buraxıblar. Hətta bu məsələnin ört-basdır edilməsində də icra başçısının maraqlı şəxs olduğu vurğulanır.

N.Quliyevin adı rayonda zavod və bir sıra strateji əhəmiyyətli dövlət müəssələrini talan etməklə onların bir hissəsini özünün müasir tipli şəxsi fermalarına çevirməkdə də hallanır. Onun dövlətə məxsus 200 hektar torpaqda hər il taxıl əkdirdiyi və burdan gələn gəlirin öz cibinə getdiyi də bildirilir.

İcra başçısı haqqında mətbuatda yayılan məlumatlardan birində qeyd edilir ki, onun qoyun sürülərinin otarılması üçün rayon sakinlərinin əkin sahələrinə əl qoyulub. Hətta buna görə, icra başçısının işlərini görən adamları ilə kəndlilər arasında toqquşmanın da baş verdiyi vurğulanır. Məlumatlara görə, sakinlər yay aylarından başlayan koflikti aradan qaldırmaq üçün dəfələrlə icra başçısının qəbuluna düşmək istəyiblər. Lakin hər dəfə onları qapıdan buraxmayaraq, yola salıblar. Ötən ilin avqustunda rayon mərkəzində aksiya keçirmək niyyətində olduqlarını açıqladıqdan sonra isə Nizaməddin Quliyev kəndlilərin yanına öz adamını göndərərək, sakitləşmələrini istəyib. Və bildirib ki, tezliklə yaranmış vəziyyəti yoluna qoyacaq. Amma bu vədin üzərindən 10 gün keçməmiş yenidən kəndlilərin əkin sahələrinə hücum çəkiblər. Həmçinin dərc olunan məlumatlarda vurğulanır ki, Goranboyun icra başçısı vəziyyəti belə gördükdən sonra etiraz edənləri həbs etdirəcəyi ilə hədələyib. O da vurğulanır ki, Nizaməddin Quliyevin 30 min başa yaxın qoyunu var. Onların otarılması üçün isə geniş ərazilər lazımdır. Elə bu səbəbdən də o, kəndlilərin “çörək təknələrini” ələ keçirməyə başlayıb.

Nizaməddin Quliyev haqqında yayılan daha bir ittiham isə onun sahibkarları susdurmaq üçün şantaj etməsi göstərilir. Yazılanlara görə, icra başçısı onun əməllərinə etiraz edən sahibkarları müxalifətçi adı ilə şantaj edir. Guya, onlar müxalifətə, xüsusilə də AXCP və Musavat partayalarına maliyyə yardımı edirlər. Nizaməddin Quliyevin şantajına məruz qalan sahibkarlar bildirirlər ki, bu yolla icra başçısı onları soyğuna məruz qoyub.

Qeyd olunur ki, Nizaməddin Quliyevə hər ay rayonda fəaliyyət göstərən obyektlərindən pay çatmadığı təqdirdə sahibkarlara qarşı bu vasitələrdən istifadə olunur.

Nizaməddin Quliyevin rayona icra başçısı təyin edildiyi gündən Goranboy meşələrini “soyqırıma” məruz qoyması xəbərləri də onun mətbuatda işıqlandırılan “fəaliyyətləri”ndəndir.
Mətbuatda yazılanlara görə, Nizaməddin Quliyev Aşağı Ağcakənd yaşayış massivində Xocalı qaçqınları üçün tikilmiş evlərin bir neçəsini sökdürüb orada özü üçün villa tikdirib. Mediada rayon üzrə bələdiyyələrin inkişafı və əhalinin sosial rifah halının yaxşılaşması üçün dövlət tərəfindən ayrılmış külli miqdarda vəsaitin, mərkəzi stadionunun təmirinə xərclənməli olan pulun da talan edildiyi iddia olunub. O da qeyd edilir ki, Mərkəzi Xəstəxananın istilik qazanxana sisteminin əsaslı təmiri və yenidən quraşdırılması üçün dövlət tərəfindən ayrılmış vəsait heç bir iş görülmədən mənimsənilib.

Nizaməddin Quliyevlə bağlı daha ciddi və sensasiyalı məlumat onun bir sıra qaranlıq şəxslərlə yaxın münasibətdə olduğu barədədir.

İcra başçısı haqqında yayılan məlumatlardan biri də onun oğlunun polis tərəfindən saxlanıması olub. Məlumatda iddia olunub ki, icra başçısının “KapitalBank”ın Mingəçevir şəhər filialında çalışan oğlu maliyyə yeyintisinə görə saxlanılıb.

Daha bir məlumatda isə Nizaməddin Quliyevin müalicə almaq məqsədi ilə Türkiyəyə qaçmaq istədiyi, lakin hava limanından geri döndüyü bildirilir. Belə ki, icra başçısına zəng edərək bildiriblər ki, “KapitalBank”ın Mingəçevir filialına rəhbərlik edən oğlu külli miqdarda maliyyə vəsaiti mənimsədiyinə görə həbs olunub və bundan sonra Nizaməddin Quliyevin ölkədən qaçışı baş tutmayıb. Hava limanından geri dönən icra başçısı oğlunu həbsdən azad etməyə nail olub. Amma bu ona çox baha başa gəlib.

Goranboyda şəhər 3 nömrəli orta məktəbin direktoru Nüşabə Əhmədovanın işdən çıxarılmasını da icra başçısının maraqları ilə bağlayırlar. Bu hadisə zamanı rayonda səs-küyə səbəb olan etiraz aksiyası, direktorun özünün mediaya verdiyi açıqlamalar birbaşa N.Quliyevə qarşı yönəlmişdi.

İttihamlardan da biri budur ki, 2012-ci il iyunun 18-də Dəliməmmədli-Həmənli avtomobil yolunun tikintisi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinə ayrılan 4 milyon 600 min manat vəsait təyinatı üzrə xərclənməyib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində Qulam Ələkbərovun adlı şəxsin böyük rolu olduğu bildirilir. Bu barədə “Azadlıq” və “Bizim yol” qəzetlərində müxtəlif vaxtlarda yazılar dərc olunub. “Sanur Holding”in sahiblərindən biri kimi qələmə verilən Q.Ələkbərovun adı bəzi kirli işlərdə hallandırılıb. O, nəqliyyat naziri Ziya Məmmədovun şəriklərindən biri sayılır. Elə Nizami Quliyevin güvəndiyi və onun arxasındakı “sehrli əl”in də Ziya Məmmədov olduğu vurğulanır.

Nizaməddəin Quliyevin sahibkar Füzuli Qasımovun karyerini əlindən alması məsələsi də rayonda ən çox danışılan söz-söhbətlər sırasına daxildir.

Qarabağ müharibəsi veteranı olan F.Qasımov özü “Yeni Müsavat”a açıqlamasında deyib ki, “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi ona, 32,5 faizi isə qardaşına məxsus olub. Yerdə qalan hissə isə əmək kollektivinə məxsus olub. 2006-cı ildə ona təzyiqlər ediblər ki, karxananı təhvil versin. “Bundan sonra qurğu qurub məni həbs etdirdilər”-deyən F.Qasımov bildirib.

Nizaməddin Quliyev 2009-cu ildən Goranboy-Naftalan dairəsinidən deputat seşilmiş Gültəkin Hacıbəyli ilə yola getməyib. O, sabiq deputatın Ağcakənd ərazisindəki daş karxanasını, gips mədənini əlindən aldırıb. Hətta deputatın qohumlarını, o cümlədən həyat yoldaşını həbs etdirib və sonradan onları azad etmək barədə göstəriş verib. Bu barədə mətbuat, xüsusilə də “Bizim yol” qəzeti dəfələrlə yazılarla çıxış edib.

Bu yazılarda Gültəkin Hacıbəyli özü də karyer məsələsinə toxunub. Həmin karyerin ondan alınaraq nəqliyyat naziri Z.Məmmədova məxsus şirkətə verildiyini qeyd edib.

G.Hacıbəyli bildirib ki, Azərbaycanda bəzi adamlar yalnız onların hər şeyə haqqının olduğunu düşünür. “Bəziləri Azərbaycana şəxsi əmlakı kimi baxmaq təfəkküründən uzaqlaşmalıdır”-deyən sabiq deputat bildirib ki, Goranboydakı insanlardan soruşsunlar, bir millət vəkili kimi sadə vətəndaşların haqlarını qoruyan zaman onların haqlarını pozan şəxslərlə hansı ciddi konfliktləri olub.

Rayonda bildirilir ki, bütün vəzifələr pulla satılır. Rüşvət alınmamış heç kimi vəzifəyə qoymurlar. Təkcə deputat Mahir Aslanovun qohumlarından pul alınmadığı bildirilir.

Qeyd edilir ki, Goranboya dövlət büdcəsindən, eyni zamanda prezidentin ehtiyat fondundan pul ayrılmasına baxmayaraq, N.Quliyev rayonda görülən təmir işlərini sahibkarların və idarə müdirlərinin üzərinə qoyur. İdarə müdirləri bu işlərə öz ciblərindən pul xərcləyirlər. Təmir-bərpa üçün dövlətdən ayrılan vəsaitin isə hara yoxa çıxdığı müəmmalı məsələ sayılır.

Bunun isə dəfələrlə N.Quliyevlə müəyyən idarə rəhbərləri arasında narazılıq yaratdığı iddia olunur.

Digər məlumatlarda Goran qəsəbəsindəki ticarət mərkəzlərinin sahiblərindən qanunsuz haqq aldındığı, kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin tez-tez xərcə salındığı bildirilir.

İcra başçısının belə qanunsuz “maliyyə məsələlərinə” isə onun birinci müavini Baxış Abdullayevin baxdığı vurğulanır.

Nizaməddin Quliyevin rayon Təhsil şöbəsinin müdiri İlham Hüseynovla və maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq rayonda əlavə siniflər, saxta müəllim ştatları yaratması və rüşvət müqabilində işə müəllim götürülməsi barədə də mətbuat yazıb. Ötən il Maliyyə Nazirliyinin müfəttişləri Goranboya ezam olunaraq ciddi qanun pozuntuları, maliyyə yeyintiləri aşkarlayıblar. Lakin verilən məlumatlara görə, Maliyyə Nazirliyinin əməkdaşları Goranboydan geri qayıtdıqdan sonra da Təhsil şöbəsindəki qanunsuzluqlar davam edir. İlham Hüseynov başçının ən yaxın adamlarından hesab olunur.

Bir sözlə, mətbuat Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizamədin Quliyevlə bağlı goranboylularən şikayətlərinə tez-tez müraciət etməli olur. Bu qədər deyilənlərin, iddiaların isə hamısı əsassız ola bilməz. Necə deyərlər, od olmasa, tüstü çıxmaz.

Fevralın 12-də Bakı Biznes Mərkəzində keçirdiyi toplantıda Prezident İlham Əliyev təsadüfən icra başçılarının fəliyyətini tənqid etməmişdi:
“... hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır...
... bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır...

...İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da vardır. Onlara abadlıq işləri gördürürlər, sonra pulunu vermirlər. Hər bir rayonun öz büdcəsi vardır. Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyildir. Kim istəyir kömək etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır və buna son qoyulmalıdır....
... elə hallar vardır ki, biz bu hallardan çox ciddi narahatlıq keçiririk. Çünki bəzi hallarda yerli icra orqanlarının hərəkətləri, addımları dövlət siyasətimizə tamamilə ziddir...”.

Görəsən ölkə başçısının bu iradları həm də Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyinə ünvanlanmamışdı ki...?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Bu gün, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Bu gün, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Bu gün, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Bu gün, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Bu gün, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Bu gün, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Bu gün, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Bu gün, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Bu gün, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Bu gün, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Bu gün, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Bu gün, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Bu gün, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Bu gün, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Bu gün, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Bu gün, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru