Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb .....                     Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                     Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı .....                     “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” .....                     “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” .....                     Ersin Tatarın Azərbaycana səfəri .....                     Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! .....                     Rusiyanın Azərbaycandan üzr istəməməsinin .....                     Ermənistanda sorğu: Sülh istəmirlər .....                     “Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir .....                     Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır .....                     Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır .....                     Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... .....                     Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var .....                     Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı .....                     Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... .....                     58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib .....                     Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı .....                     Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək .....                     Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     “Dəmirçi ailəsi” niyə susur? .....                     Ermənistan müdafiə nazirinin müavini: .....                     Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... .....                     Nabranda qiymətlər FONTAN VURUR... .....                     Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək .....                     Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib .....                     Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb .....                     Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... .....                     Bir şərəfsiz sürü ilə üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                 

AZƏRBAYCAN İRANLA SAVAŞA HAZIR OLMALIDIR
Tarix: 25-11-2011, 10:08 | Çap et
AZƏRBAYCAN İRANLA SAVAŞA HAZIR OLMALIDIR

BU GÜN RAFİQ TAĞINI ÖLDÜRƏNLƏR SABAH BAKINI BOMBALAYACAQLAR

DİA.AZ: - Müalicə olunduğu Klinik Tibbi Mərkəzdə srağagün dünyasını dəyişən tanınmış yazıçı Rafiq Tağı dəfn olunub. Bildirək ki, yazıçı dünən “Qurd Qapısı” deyilən ərazidəki qəbiristanlıqda torpağa tapşırılıb. Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.

Bildirək ki, fakta görə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rafiq Tağının qətlində İran izi: İranın bu qətlə ehtiyacı var idi

Onu da bildirək ki, bu hadisə ölkədə böyük rezonansa səbəb olub. Müxtəlif fikirlər var. Lakin aydın olan bir məqam ondan ibarətdir ki, Rafiq Tağının qətlində İranın xüsusi xidmət orqanlarının iştirakı danılmazdır. Bunu sübuta yetirən yetərincə məqamların olması faktı ilə yanaşı, digər yandan mərhum həmkarımız düyasını dəyişməzdən öncə verdiyi açıqlamalarında da şübhəli ünvan olaraq İranı nişan vermişdi. Bu barədə mərhum bildirmişdi ki, İranın Azərbaycanda acenturası var və onlardan şübhələnir.

Başqa bir məqam isə İranın Bakıdakı səfirliyinin məsələ dərhal reaksiya verməsi ilə bağlı oldu. Digər vaxtlarda mətbuatda ünvanlarına yönəlik ittihamları cavabsız buraxan fars-molla rejiminin Azərbaycan nümayəndəliyi bu dəfə operativlik nümayiş etdirdi. Ki, bu da kifayət qədər şübhəli idi. Hər halda, bu vaxta qədər belə bir hal müşahidə olunmamışdı.

Başqa bir tərəfdən, məsələdə İranın iştirak ehtimallarının yüksək olması Rafiq Tağıya bu ölkənin dini liderləri tərəfindən ölüm hökmünün çıxarılması ilə əlaqədardır. Hər halda, fars-molla rejiminin bir Azərbaycan ziyalısı barədə belə bir fətva verməsi ilk dəfə idi və bu fətvanın ardından sonra azərbaycan dövlətinin qanunları ilə mühakimə olunan Rafiq Tağı məhbəs həyatı yaşayaraq, cəzasını çəkmiş hesab olunurdu. Amma buna baxmayaraq, yenə də İran Rafiq Tağı ilə bağlı qərarını icra etdirdi.

Bu bir faktdır ki, Rafiq Tağıyə qarşı sui-qəsd bir siyasi qəsd, siyasi hadisə idi. Və hər kəs razılaşar ki, İranın Azərbaycanda belə bir siyasi qətlə bərk ehtiyacı var idi. Ən azından ona görə ki, Azərbaycana dövlətinə və Azərbaycan xalqına qarşı açıq-aşkar düşmən münasibəti sərgiləyən İran dövləti Azərbaycana gücünü nümayiş etdirmək zərurətində idi. Və bildirək ki, bu əzələ nümayişinin əsas hədəfi başlıca olaraq Azərbaycan prezidenti İlham Əiyevdir. Rafiq Tağının bədənini nişan alan bıçaq zərbələri məhz Azərbaycanı idarə edən şəxslərə ilk növbədə ünvanlanıb və bu qətllə İran Azərbaycana bildirmək istəyir ki, onlar Azərbaycanda istədiklərini etmək iqtidarındadırlar.

Bu qətl dindar-ateist toqquşmasına gətirib çıxarıb

Onu da bildirək ki, Rafiq Tağının dünyasını dəyişməsinin ardından bir sıra ekspertlər rəylərini də açıqlayıblar. Yazıçı Rafiq Tağının bıçaqlanması və bir neçə gün sonra dünyasını dəyişməsi kədərli hadisə olmaqla yanaşı, həm də ölkənin kriminogen durumunun, söz azadlığının vəziyyətinin göstəricisidir. Heç şübhəsiz, olay ilk növbədə hakimiyyət üçün başağrısı olacaq.

Lakin hazırda çox qəribə situasiya müşahidə edilməkdədir. Yazılarında din əleyhinə çıxışlar etməsi səbəbindən Rafiq Tağının ölümündə “radikal islamçı” izinin axtarılması hardasa başadüşüləndir. Amma hadisədən sonra sosial şəbəkələrdə İslam dininə və inanclı insanlara qarşı təhqiramiz yazılar, alçaldıcı şərhlər ortaya çıxır, bütövlükdə hücum kampaniyası aparılır. Təbii olaraq qarşı düşərgə də cavablar verir. Yəni faktiki surətdə Rafiq Tağının öldürülməsi məsələsi kənarda qalıb, “dindar-ateist” düşərgələşməsi başlayıb. Sosial şəbəkələrdə isə bu düşərgələşmə polemikaları ifrat həddə çatdırıb.

Bəs vəziyyətin bu yöndə dəyişməsinin səbəbi nədir? Prosesi bu istiqamətə yönləndirən hansısa qüvvələr mövcud deyil ki? Hələlik Rafiq Tağının kim tərəfindən bıçaqlanması məlum olmadığı bir şəraitdə diqqəti cinayətin açılmasına yönəltmək və mülahizələri, ittihamları bundan sonra səsləndirmək doğru olmazdımı?

Mövzu ətrafında söhbət etdiyimiz “Şərq Qərb” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu bildirdi ki, əslində Rafiq Tağını qətlə yetirənlər elə bu cür vəziyyəti yaratmağı hədəf götürüblər: “Təəssüf ki, bu hesablama özünü doğruldur. Bu gün Rafiq Tağının kim tərəfindən qətlə yetirildiyi hələ bəlli deyil. Ortada nə istintaqın verdiyi məlumat var, nə də şahidlər var. Amma ateistlər düşüb dindarların üstünə, dindarlar da onlara cavab verirlər. Faktiki olaraq ölkədə ictimai rəyin parçalanması prosesi gedir və çox təhlükəli forma alıb. Tərəflər bir-birilərini ağır ittihamlara məruz qoyurlar. Münasibətlərdə hər iki tərəfdə radikallaşmanın dərinləşməsi müşahidə olunur. Bu, qorxulu tendensiyadır. Əgər Rafiq Tağını qətlə yetirənlər qarşılarına bu hədəfi qoymuşdularsa, onlar istəklərinə nail olmaq üzrədirlər”.

Politoloqa görə, belə təhlükəli tendensiyanı durdurmaq üçün xüsusilə iki zümrə çox ciddi addımlar atmalıdır: “Onlardan biri ziyalılar, digəri isə hakimiyyətdir. Birinci zümrədən tək-tək şəxslər istisna olmaqla, bütövlükdə ziyalılar susur. Sanki hamı oturub gözləyir ki, qarşıdurmanın axırı nə olacaq. Hakimiyyət isə hələlik cinayətkarı tapmır. Tərəfləri təmkinli olmağa çağırmaq və hüquq-mühafizə orqanlarından ciddi şəkildə bu cinayəti obyektiv araşdırmağı tələb etmək lazımdır. Yəni məsələnin üzərinə ciddi getmək lazımdır ki, iş saxtakarlıqla yekunlaşmasın”.

Dindar cameə çaşqınlıq içindədir

Onu da bildirək ki, ölkənin dindar cameəsi də baş vermiş faciəli olaya öz münasibətini açıqlayıb. “İndiyə qədər Azərbaycanda dini zəmində qətl olmamışdı. Çox təəssüf ki, belə bir halla rastlaşdıq”. Bu sözləri “Mənəvi Dünya” İctimai Birliyinin sədri, Bakının Məşhədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənov yazıçı Rafiq Tağının ölümündən danışarkən deyib.

Şahin Həsənov qətllə bağlı birmənalı fikir söyləməyə çətinlik çəkdiyini vurğulayıb: “Qətli kim törədib, onu sifariş edənlər kimlərdir, hadisənin arxasında kimlər dayanır... İlkin ehtimalım budur ki, bu işdə Azərbaycan cəmiyyətində iğtişaş yaratmaq istəyən kənar qüvvələrin - dindarlarla dövlət arasında münasibətlərin pozulmasını, ölkədə gərginlik yaranmasını istəyənlərin əli ola bilər.

Qeyd etmək istəyirəm ki, bu cinayəti törədənin dinlə heç bir əlaqəsi yoxdur. Bu addım eyni zamanda islamı ölkə vətəndaşlarının gözündən salmağa hesablanıb. Çünki bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dinə maraq artır, insanlar dini dəyərlərə üz tuturlar. Sovet hakimiyyəti illərindən sonra Azərbaycan xalqı islamla tanışlıq mərhələsi yaşayır. Belə bir dövrdə dinimizi qaralamaq kimlərəsə sərf edir. Kimin törətməsindən asılı olmayaraq bu qətl təəssüf doğuran haldır.

Mən ümid edirəm ki, bu xoşagəlməz hadisədən hər kəs ibrət götürəcək. Eyni zamanda, dini məsələlərdə bir az həssas olmaq lazımdır. Bizim əsrlər boyu yaşatdığımız dəyərlərə həqarətlə yanaşmaq bəzən pis nəticələrə gətirib çıxarır.

Onu da yaddan çıxarmayaq ki, qadağaların artması əks tərəfin radikallaşmasına səbəb olur. Ona görə də azadlıqların tanındığı cəmiyyətlərdə belə hadisələr nadir halda baş verir, yaxud ümumiyyətlə baş vermir”.

Şahin Həsənovun fikrincə, bu hadisədən sonra təcili olaraq din və dövlət arasındakı münasibətlərin tənzimlənməsi üçün addımlar atılmalıdır: “İnanclı insanların radikal kütləyə çevrilməməsi üçün onların haqqı tanınmalıdır, onlar özlərini bu ölkənin tam hüquqlu vətəndaşları kimi hiss etməlidirlər. Belə mövzularda polemikaların keçirilməsinə, hər kəsin öz fikirlərini açıq şəkildə söyləməsinə, ortaq məxrəcə gəlməsinə ehtiyac var. Eyni zamanda islam dinini ayrı-ayrı şəxslərin inhisarından çıxarmaq lazımdır. Din bütün xalqa məxsusdur, ziyalılar, Azərbaycan cəmiyyəti ona sahib çıxmalıdır. Qütbləşmənin yaranmasına qətiyyən yol vermək olmaz. Çalışmaq lazımdır ki, xarici qüvvələr Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə qayıdışına müdaxilə edə bilməsin, xarici dövlətlər din adı ilə vətənimizdə öz maraqlarını təbliğ etməsin.

Azərbaycanda dini dəyərlərin təbliğinə şərait yaradılmaldır ki, kənardan kimsə mövcud boşluğu doldurmaq şansı qazanmasın. Bu, çox sadə məsələdir. Əgər boşluqlar, qadağalar varsa, insanlar xaricə üz tuturlar və bununla da ölkəyə din adı altında başqa ideologiyalar daxil olur. Sözsüz ki, bu, kənardan idarə olunan prosesdir”.

Elə bu şərhlərdən də aydın olur ki, əslində Şahin Həsənov ilk əvvəldən dediyi sözünü sonradan təkzib edir. Belə ki, əvvəlcə “İndiyə qədər Azərbaycanda dini zəmində qətl olmamışdı. Çox təəssüf ki, belə bir halla rastlaşdıq” deyən Şahin Həsənov sonradan bu qətlin dinlə əlaqələndirilməsinin əleyhinə olduğunu bildirir. Amma ilk başda deyilən söz tamam fərqli mahiyyətdədir. Bu isə dindar cameənin çaşqınlıq içində olmasının təzahürüdür. Və digər yandan həm də bir faktın təsdiqi kimi qəbul edilə bilər ki, Rafiq Tağının qətlə yetirilməsində İran faktoru mühüm yerdədir. Çünki kimsə Azərbaycanda bütün inanclı insanların məhz İrana bağlı olduğunu iddia edə bilməz.

İran səfirliyi nədən bir neçə gün əvvəl iz azdırmağa çalışdı?

Xatırladaq ki, Rafiq Tağıya qarşı qəsd olayına ilk reaksiya verənlərdən biri İranın Bakıdakı səfirliyi oldu. Xatırladaq ki, səfirliyin mətbuat xidməti tərəfindən yayılan açıqlamada deyilirdi: “Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib etməklə yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”.

Onu da xatırladaq ki, Rafiq Tağı 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Rafiq Tağı prezident İlham Əliyevin 2007-ci il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Diqqət yetirdinizsə, İran səfirliyinin açıqlamasının mətnindən də duyuldu ki, fars-molla rejimi bu qətl hadisəsində diqqətləri ABŞ-ın və İsrailin üzərinə yönəltməyə cəhdlər edir və belə bir ovqat yaratmağa çalışır ki, Rafiq Tağını hədəfə alan qüvvələr guya ki, Azərbaycanla İranın münasibətlərinin gərginləşdirilməsində maraqlı olan tərəflərdir ki, onlar da bu hadisə ilə təxribat törətmiş olublar. Əslində bu iddianın absurdluğunu elə ilk cümlələrdən də duymaq mümkündür. Çünki Azərbaycan və İranın münasibətlərinin gərginləşdirilməsi üçün hansısa əlavə qüvvəyə ehtiyac yoxdur. Hər halda, hər saatda Azərbaycan dövlətini, Azərbaycan xalqını və Azərbaycan prezidentini təhqiredici ifadələrlə aşağılayan İranın dini və siyasi adamları olan yerdə hansısa əlavə təxribat zərurətinə ehtiyac qalmır.

Onu da bildirək ki, artıq beynəlxalq qurumlar da baş vermiş olaya reaksiya veriblər. Beynəlxalq media qurumları olan “Sərhədsiz reportyorlar” təşkilatı və Jurnalistləri Müdafiə Komitəsi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı bəyanatla çıxış edib.

“Sərhədsiz reportyorlar”ın bəyanatında deyilir: “Bir neçə bıçaq yarası alan Rafiq Tağının dörd gündən sonra ölməsi barədə xəbərlərdən sarsılmışıq. Rafiq Tağının ailəsinə və həmkarlarına öz dəstəyimizi bildiririk. Biz noyabrın 19-da ona qarşı baş vermiş sui-qəsdin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”.

Eyni zamanda Jurnalistləri Müdafiə Komitəsi də Rafiq Tağıya hücum faktının hərtərəfli araşdırılmasını tələb edib. Təşkilatın nümayəndəsi Nina Oqnyanova bildirib: “Biz bütün qəlbimizlə Rafiq Tağının ailəsinin yanındayıq və onun qətlində günahkar olanların tapılıb cəzalandırılmasını Azərbaycan hakimiyyətdən tələb edirik”.

Hər halda, İran səfirliyinin açıqladığı məntlə bu iki mətn arasında kifayət qədər cidd fərq var. İran səfirliyi öz açıqlaması ilə sanki В«bu işi mən etməmişəmВ» dediyi halda, beynəlxalq təşkilatlar, İranın təbirincə desək В«sionist qurumlarВ» Rafiq Tağının qatillərinin tapılaraq qanun qarşısında cavab verməsini tələb edirlər. Buradan elə məsələnin nə yerdə olduğunu təxmin etmək çox asandır.

Rafiq Tağının ölümünün səbəblərini başqa ünvanlarda axtarırlar

Onu da bildirək ki, Rafiq Tağının ölümü də cəmiyyətdə böyük müəmmalarla müşaiyət olunmaqdadır. Hətta bu hadisəni dəyərləndirən bəzi ekspertlər Rafiq Tağının məqsədli şəkildə öldürüldüyünü bildirirlər. Yəni burada kimlərsə maraqlı tərəfdir və bu ölüm hadisəsi hansısa qüvvələrə lazımdır ki, onlar Azərbaycanda son zamanlar aktivləşən dindar cameənin üzərinə yeriyə bilsinlər.

Əslində bu fikir müəyyən qədər inandırıcı görünə bilərdi. O zaman ki, İran Azərbaycana ən azından Gürcüstan qədərində yaxın bir ölkə olsaydı. Lakin Rafiq Tağının ölümü heç də bir günün işi deyil və bu hadisəyə nöqtə qoyan ünvanlar da prosesi bu ana qədər gətirib çatdıranlardır. Yuxarıda da izahladıq ki, əslində İranın belə bir qətlə bərk ehtiyacı var idi. Bu yolla rəsmi Tehran Azərbaycanı başa salacağını zənn edir və Azərbaycanın dövlət rəsmilərinin diqqətinə çatdırmaq istəyir ki, В«mən Azərbaycanda istədiyimi etmək iqtidarındayamВ».

Bu arada isə Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev mətbuata açıqlamasında yazıçı Rafiq Tağının ölümünün səbəbini açıqlayıb. O deyib ki, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb: “Peritonit inkişaf olub, atoniya baş verib və ölümlə nəticələnib. Yəni bıçaq yarasının ağırlaşması, bıçaq yarasının fəsadıdır. Bu, tibbi ekspertizanın ilkin rəyidir. Laboratoriya analizlərindən sonra isə son rəy veriləcək”.

Tibb elmləri doktoru Adil Qeybulla isə deyib ki, ekspertizanın rəyində peritonit qeyd edilibsə, deməli, qarın boşluğunun infeksion zədələnməsi əlaməti var. “Bu, əməliyyat vaxtı aseptik qaydaların pozulması, yaxud qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində möhtəviyyatın qarın boşluğuna tökülməsi ilə bağlı ola bilər. Peritonit fonunda bir qayda olaraq atoniya və dinamik bağırsaq keçilməzliyi inkişaf edir”.

Hər halda, bu iki açıqlamanın tutuşdurulması belə imkan yaratmır ki, Rafiq Tağının ölümünün səbəblərini başqa ünvanlarda axtaraq.

İndi isə gələk əsas məsələyə. İranın Azərbaycandakı davranışlarının, İranın Azərbaycana münasibətinin bundan sonrakı hissələrinə. Yəni İran bundan sonra hansı addımları atacaq? Hər halda, bu ölkənin Azərbaycana hansı səbəbdən düşmən münasibət sərgilədiyini hər kəs gözəl bilir. Tarixi Azərbaycan torpaqlarını və Azərbaycan türklərinin böyük kəsimini öz işğalı altında saxlayan fars-molla rejimi hər zaman müstəqil Azərbaycan dövlətini, Azərbaycan türkünün dövlətçilik ənənəsini özünə qarşı təhdid kimi qəbul edib.

Normal müstəvidən yanaşdıqda onlara haqq qazandırmaq da olar. Yəni onlar gözəl bilirlər ki, Azərbaycan türkü istənilən halda öz ərazi bütünlüyünə və öz tarixi paytaxtı olan Təbrizinə qovuşacaq. Bu tarixi anın gec-tez baş tutacağı şübhəsizdir. Və Tehranda oturan mollalar onu da yaxşı bilirlər ki, onlar üçün iki gündən bir onları müxtəlif sanksiyalarla təhdid edən В«sionist-Amerikapərəst rejimlərdənВ» daha təhlükəlisi Azərbaycan türkləri və Azərbaycan dövlətidir. Çünki məhz bu dövlətin və millətin mövcudluğu İran adlı absurd bir siyasi məkanın sonuna çevrilə bilər. Elə buna görə də İran Azərbaycana dünən də aqressiv idi, bu gün də aqressivdir və bu aqressivlik İran durduqca duracaq.

İran Azərbaycana qarşı hər zaman fəaliyyətdə olub. Həm Elçibəyin zamanında münasibətlərimiz gərgin olub, həm Heydər Əiyevin və həm də İlham Əliyevin hakimiyyəti dönəmində. Deməli, məsələ Azərbaycandakı hakimiyyətlərin siyasi mahiyyətindən asılı deyil. Məsələ, sırf olaraq İranın gözündə Azərbaycanın hansı nöqtədə dayanmasından asılıdır.

Anlaşılandır ki, Əbülfəz Elçibəyin millətçi kimliyi İranın Azərbaycana qarşı fəaliyyətinə rəvac vermişdi. Amma buna baxmayaraq, bu gün Azərbaycan müxalifəti tərəfindən antimilli bir siyasətçi kimi təqdim olunan mərhum Heydər Əliyev də iqtidar başına gələndən sonra İranın Azərbaycana münasibəti dəyişmədi. Hətta Xudafərin körpüsü yaxınlığında düşmən Ermənistanla birgə Azərbaycanın iqşğal olunmuş torpaqlarında SES tikintisi qərarını verən rəsmi Tehran nümayəndəsi ilə Heydər Əiyev arasında Bakıda çox əsəbi bir polemika da yaşanmışdı.

Daha sonra isə prezident kürsüsünə əyləşən İlham Əliyevə də İranın münasibəti dəyişmədi. Və dəyişməyəcədi də. Çünki bu münasibət, bir daha vurğulayırıq ki, Azərbaycan hakimiyyətinə yox, birbaşa olaraq Azərbaycan dövlətinə ünvanlanıb.

Bir sözlə, İran Azərbaycana düşmən ölkədir və bu düşmənçilik gizli formada davam edəcək. Odur ki, zaman-zaman müxəlif ünvanlardan Azərbaycanın üzərinə yeriyən İrana bu gün Rafiq Tağının qətli hava və su kimi lazım idi. Bu yolla İran həm rəsmi Bakını təhdid edir, həm beynəlxalq aləmə - Qərbə ismarıclarını çatdırır və həm də Azərbaycandakı iranmeyilli qüvvələrə təskinlik jesti etmiş olur ki, narahat olmasınlar, özlərini güvəndə hiss etsinlər.

İranın bundan sonra hansı addımlar atacağını təxmin etmək isə elə də çətin məsələ deyil. Bunun davamı mütləq olacaq. Çünki İran sonu çatmış bir hadisədir və bu səbəbdən daha da aqressiv addımlar atması gözləniləndir. Bir zamanlar Azərbaycanın hava məkanını öz hərbi təyyarələri ilə pozaraq gücünü gözümüzə soxan fars-molla rejimi dəfələrlə bəyan edib ki, Qərbdən gələn istənilən bir təhlükə anında Bakını bombalayacaqlar. Çünki onlar Azərbaycan hakimiyyətini və dövlətini Qərbdə əməkdaşlıqda, xüsusən də yəhudilərlə işbirliyində ittiham edirlər.

Bütün bunlara isə biz hazırlıqlı olmaq zorundayıq. Hətta hərbə belə. Qarşımızdakı dövlətin adının İran olması belə heç nəyi dəyişə bilməz. Çünki bu döyüş qaçılmazdır. Ən azından Bütöv və Böyük Azərbaycan naminə…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Bu gün, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Bu gün, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Bu gün, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Bu gün, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Bu gün, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Bu gün, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Bu gün, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Bu gün, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Bu gün, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Bu gün, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Bu gün, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Bu gün, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Bu gün, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Bu gün, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Bu gün, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Bu gün, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Bu gün, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Bu gün, 16:09
Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Bu gün, 15:59
Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Bu gün, 15:52
Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:46
Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Bu gün, 15:45
58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Bu gün, 15:41
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Bu gün, 15:37
Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Bu gün, 15:33
Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Bu gün, 15:30
Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Bu gün, 15:07
“Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Bu gün, 15:04
Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Bu gün, 15:02
Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Bu gün, 14:27
Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Bu gün, 14:20
Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Bu gün, 14:15
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Bu gün, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Bu gün, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Bu gün, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru