İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

ELŞAD ABDULLAYEV OĞURLUQDA İTTİHAM OLUNDU
Tarix: 9-02-2013, 11:50 | Çap et
ELŞAD ABDULLAYEV OĞURLUQDA İTTİHAM OLUNDU
KEÇMİŞ REKTORA QARŞI İDDİA

Ramiz Zeynalov: “Elşad Abdullayev plagiat doktorluq işi əsasında Moskvada 22 dekabr 2000-ci ildə Rusiya AAK-ın 53-d-2 saylı, 006192в„–-li doktorluq vəsiqəni alır, amma..."

Asif Mərzili: “Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə “dərin minnətdarlığımı” bildirirəm...”

- Ramiz müəllim, E.Abdullayevin plagiat olan doktorluq işindən danışdınız... Bu məsələdə mövqeyinizi bir az da dəqiqləşdirməyinizi istərdik...

- Bu, olduqca maraqlı məsələdir. Azərbaycan ictimaiyyəti də bilir ki, məhz “Təzadlar” qəzeti ilk olaraq 2010-cu ildə onun doktorluq işinin plagiat olması barədə materiallar toplayaraq Moskvaya, yəni Rusiya Təhsil Nazirliyinə göndərib. Ötən sayınızda təqdim edilən, Rusiya TN-dən sizə göndərilmiş rəsmi məktubdan da görünür ki, göndərilən həmin materiallar araşdırılır və Rusiya Təhsil Nazirliyində xüsusi işçi qrup yaradılır, sonra komissiya E.Abdullayevin doktorluq işinin plagiat olmasını təsdiqləyir, doktorluq işi ləğv olunur... Etiraf edim ki, Azərbaycan, bəlkə də Qafqaz, MDB ölkələrinin mətbuat tarixində ilk hadisə idi ki, bir qəzet və jurnalist kollektivi bu qədər ağır, məsuliyyətli bir işin altına girmiş, çətin bir araşdırmanı uğurlu nəticə ilə başa çatdırmışdır. Bunu sizin “Təzadlar” qəzeti etmişdir... Bu Azərbaycan mətbuat tarixində şəriksiz böyük uğurlardan biridir və sizə məxsusdur...

- Yeri gəlmişkən, həmin böyük uğurumuzun əvəzində isə Azərbaycan Mətbuat Şurası hansısa səbəbdən “Təzadlar”ın adını “qara siyahıya” salaraq E.Abdullayevə sanki haqq qazandırmış oldu, ona dəstək verildi...

- Bilirsiniz, sizin bu böyük uğurunuzu Azərbaycan ictimaiyyəti gördü, həm də Elşad Abdullayevin kimliyini... Səbrli olun, haqq nə qədər nazilsə də, qırılmaz. Haqq sizin tərəfinizdədir...

-Ramiz müəllim, amma maraqlıdır ki, hələ də bəzi KİV-lər onu elmlər doktoru kimi təqdim edir...

-Yox, mən çox az hallarda rast gəlirəm. Amma bəli, özü indi özünü “huquq akademiki” adlandırır... Bilirsiniz ki, onun doktorluq işi Rusiya TN tərəfindən hansı araşdırmadan və hansı müzakirələrdən sonra ləğv edilib... Apardığım araşdırmalar zamanı olduqca maraqlı məsələlər üzə çıxdı... Məsələn aydın olur ki, Elşad Abdullayevin “Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının 53-d-2 saylı, 006192в„–-li doktorluq vəsiqəsi verilib... Lakin nə baş verir? Sonradan bəlli olub ki, Elşad Abdullayevin doktorluq işi Rusiyanın hüquq elmləri doktoru, professor A.N.Kozırınin 1996-cı ildə “Spark” nəşriyyatı tərəfindən nəşr olunmuş “Xarici ölkələrin inzibati hüququ” kitabından köçürülüb. Bilirəm ki, sizin “Təzadlar” qəzetinin müstəqil jurnalist araşdırmasından sonra toplanmış materiallar Rusiya TN-nə göndərilmişdir və orada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilmişdir... Məslən, araşdırmalarım zamanı həm də məlum oldu ki, hələ 2001-ci ilin mayında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin müdiri BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı rəsmi məktubunda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır, yəni saxtadır... Bildiyiniz kimi həmin dövrdə AAK-ın sədri akademik Azad Mirzəcanzadə idi. Və Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27 aprel 2001-ci il tarixli 15 saylı qərarı ilə həmin işin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilmişdi, yuxarıda qeyd etdiyim kimi, Moskvada müəmmalı yollarla müdafiə edilmiş həmin doktorluq işinin təkrar attestasiyasından imtina edilmiş, sənədlər BDU rəhbərliynə qaytarılmışdır...

-Bəs necə olub ki, 2001-ci ildə Azərbaycan AAK-da təkrar attestasiyası qeyri-mümkün olması və plagiat olduğu barədə rəy verilmiş doktorluq işi sonradan Azərbaycan AAK-da təkrar ekspertizadan keçmişdir? Doktorluq işinin plagiat hissəsi dəyişdirilmişdir, yoxsa...

-Yox, məsələ ondadır ki, axı Elşad Abdullayevin doktorluq işinin bir səhifəsi oğurluq deyildi, bütün iş başdan ayağa yazıq Kozırinin kitabından köçürmə idi... Amma onun sonradan necə təkrar ekspertizadan keçirməsi məsələsinə gələndə, bu məsələ yəqinki istintaqda da araşdırılacaq, hüquqi qiymət veriləcək... Onu da deyim ki, bu məsələ Azərbaycan elm tarixində, yəqinki elə Prezident yanında Ali Attestasiya Komissiyasının da tarixində ilk dəfədir idi ki, belə qalmaqalla müşaiyət olunub. Təbii ki, söhbət hər hansı elmlər doktorunun, yaxud elmlər namizədinin elmi dərəcəsinin ləğvindən də getmir. Bunlar ola bilən məsələlərdir. Amma nəzərə alaq ki, E.Abdullayev 2011-ci ilədək həmin AAK-da hüquq sektorunun müdiri olmuşdu. Məsələ ondadır... Ən maraqlısı budur ki, E.Abdullayev hansı yollarlasa AAK-ın hüquq sektorunun rəhbəri də olur və bundan sonra hər şey tərsinə çönür. Bununla da Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədrinin, elmi katibinin imzaları ilə AAK-ın 09 iyul 2003-cü il tarixli (protokolв„–-11) qərarı ilə E.Abdullayevə hüquq elmləri doktoru alimlik dərəcəsi verilir.... Məndə həmin sənədin surəti də var. Bundan əlavə, yenə də həmin AAK-ın 26 yanvar 2007-ci il tarixli (protokolв„–-02-K) saylı qərarı ilə E.Abdullayevə konstitusiya kafedrası üzrə “professor” adı verilir. Yenə də həmin sənədi AAK-ın həmin sədri və həmin elmi katibi imzalayır və möhürləyir...

“Məndə Azərbaycanın hüquq sahəsində çox tanınmış bir neçə müstəqil mütəxəssisin rəyi var ki, Elşad Abdullayevin doktorluq işində köçürülmə 90 faiz təşkil edib”

-Sizin araşdırmalar da maraqlıdır... Doktorluq işi bir mənbədən oğurlanıb, yoxsa başqa alimlərin də kitabı təcavüzə məruz qalıb?

-Məndə olan mənbələrin ikisi üzərində dayanmaq istəyirəm... Məsələn məlum olur ki, E.Abdullayev doktorluq işini Rusiya Federasiyasının hüquq üzrə professoru olan Y.A.Tixomirovun “İnzibati hüquq və proseslər kursu”, Moskva-1998, bir də A.N.Kozırinin “Xarici ölkələrin inzibati hüququ” (Spark” nəşr. Moskva-1996) kitablarından köçürüb. Məndə Azərbaycanın hüquq sahəsində çox tanınmış bir neçə müstəqil mütəxəssisin rəyi var ki, Elşad Abdullayevin doktorluq işində köçürülmə 90 faiz təşkil edib. Bir tərəfdə E.Abdullayevin doktorluq işi, digər tərəfdə isə həmin kitabların müqayisəli təhlili məndə var... Və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərəm. Yəqinki Xüsusi İstintaq Komissiyasına da vəsatət yazaraq verəcəyəm, qoy bu oğurluğa hüquqi qiymət verilsin. Çünki E.Abdullayev bu oğurluq doktorluq elmi dərəcəsi əsasında 10 il BDU-da müəllim işləyib və əmək haqqı alıb, pullar mənimsəyib... Bunun əsasında professor olaraq ABU-ya rektor olub, burada nələr törədib, onu hazırda istintaq araşdırır... Onu da qeyd edim ki, hələ rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti 04-10-2011-ci ildə, maraqlıdır ki, məhz “Təzadlar”ın Rusiyadan əldə etdiyi həmin mənbə və digər sübutlar əsasında E.Abdullayevlə bağlı bir məqalə dərc etmişdi. Məqalədə yazılırdı: “...E.Abdullayevin 1997-ci və 1998-ci illərdə “Qanun” nəşriyyatında tədris vəsaiti kimi çap olunmuş “Müqayisəli inzibati hüquq (“Fransanın inzibati hüququ)” və dərslik kimi buraxılmış “Müqayisəli inzibati hüquq. II hissə” kitabları əsl plagiat, yəni elmi oğurluq nümunəsi sayıla bilər. Maraqlıdır ki, bu dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri ilə 612 nömrəli qriflə, Azərbaycan Beynəlxalq Universitetinin 2 iyul 1998-ci il tarixli 6 saylı qərarı ilə çap edilmişdir... Elşad Abdullayevin hər iki əsərinin köçürmə olduğunu sübut etmək üçün çox uzağa getmək lazım gəlmir. Bunun üçün Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Y.A.Tixomirovun 1998-ci ildə nəşr olunmuş “Kurs administrativnoqo prava i proüessa” adlı kitabına və hüquq elmləri doktoru professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın “SPARK” nəşriyyatı tərəfindən çap edilmiş “Administrativnoe pravo zarubejnıx stran” dərsliyinə nəzər salmaq kifayətdir”.

İndi belə bir adam Fpansada müvəqqəti məskunlaşmasından istifadə edərək özü oğru, elmi plağiat olduğu halda, başqalarına qara yaxır, oğurluqda, maşenniklikdə ittiham edir. Təkrar edirəm, bir nömrəli maşennik özü ola-ola... İnanıram və ictimaiyyəti də əmin edirəm ki, E.Abdullayev bütün sərsəm açıqlamalarına baxmayaraq, onun tezliklə qanun qarşısında cavabdehliyi təmin ediləcəkdir...

Asif Mərzili: “Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə “dərin minnətdarlığımı” bildirirəm...”

Məlum olduğu kimi, “Təzadlar” 2010-cu ildə həqiqətən tanınmış vəkil R.Zeynalovun qeyd etdiyi kimi, MDB ölkələri mətbuat tarixində indiyədək olmamış bir məsul araşdırmaya imza atmış oldu. Qəzetin E.Abdullayevin doktorluq işi ilə bağlı Rusiya Təhsil Nazirliyinə göndərdiyi sənədlər əsasında çox qaranlıqlara işıq salındı.

“Təzadlar”ın baş redaktoru Asif Mərzili bir müddət əvvəl bir sıra KİV-lərə bu barədə maraqlı açıqlama vermişdir. Bu gün üçün olduqca aktual olduğunu nəzərə alıb aşağıda təqdim edirik:

- Necə oldu ki, bu qədər çətin və məsuliyyətli bir araşdırma işinə başladınız?

- Mən bizi bu çətin və məsuliyyətli jurnalist araşdırması aparmağımıza həvəsləndirmiş Elşad Abdullayevə dərin minnətdarlığımı bildirirəm... Çünki o, bizi zaman-zaman atdığı bəzi addımları ilə bizi buna məcbur etdi... Bəli, biz həmin dövrdə, daha doğrusu, 12 oktyabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin rəisi M.P.Kirpiçnikovun adına redaksiyadan rəsmi məktubla E.Abdullayevin plagiat, yəni oğurluq olan doktorluq işi ilə bağlı müvafiq sənədləri göndərdik. Məktubda məsələnin E.Abdullayevin doktorluq işinin müdafiə edildiyi qurumda-Rusiya Təhsil Nazirliyində və Rusiya Prezidenti yanında AAK-da müzakirə olunmasını xahiş etdik. 23 dekabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin elm və elmi-pedoqoji işçilərin attestasiyasının İdarə Edilməsi Baş İdarəsinin rəisi İ.İ.Aristerin imzası ilə (01-59-113-08-12 saylı) məktub aldıq. Həmin məktubun əslini sizə təqdim edirəm... Məktubda qeyd edilirdi ki, ““Təzadlar” qəzeti redaksiyasından göndərilmiş sənədlərlə və E.Abdullayevin doktorluq işinin araşdırılması ilə bağlı Rusiya Təhsil Nazirliyində xüsusi işçi qurup yaradılmışdır və artıq işə başlanılmışdır”. Və məktubda o da vurğulanırdı ki, nəticəsi barədə bizə məlumat veriləcək... Ötən müddətdə bu iş üzrə təhkim olunmuş xüsusi statusa malik nümayəndəmiz Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin adı çəkilən Federal Xidmətin sektor müdiri tərəfindən dəvət edilərək üç dəfə Moskvaya ezam edilmişdir.

“Rusiya Təhsil Nazirliyində Xüsusi Araşdırma qrupunun hüquq elmləri doktorları və professorlardan ibarət 7 üzvü A.Şerginin E.Abdullayevi müdafiə edən arqumentlərini əsassız sayaraq doktorluq işinin plagiat olması barədə qərar qəbul edilməsini tələb etmişdilər”

Birinci dəfə müvafiq sənədlər istənilmişdi, onu təqdim etdik. Sonra ikinci dəfə isə işçi qrupun iclası təyin edilmişdi, lakin qarşı tərəfin - E.Abdullayevin özü və ya nümayəndəsi gəlmədiyindən iclasın birtərəfli keçirilməsi məqsədəmüvafiq sayılmamışdı... Amma şifahi olaraq nümayəndəmizə bildirilmişdi ki, işçi qrup doktorluq işinin plagiat olmasını artıq təsdiqləyib və müvafiq qərar qəbul olunacaq.

Nəhayət, sonuncu dəfə nümayəndəmizə təkrar dəvət gəldi və o, Moskvaya ezam olundu. Beləliklə, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyində yaradılmış işçi qrupun iclası keçirildi. 2011-ci ilin dekabrın 22-də keçirilən iclasda E.Abdullayevin doktorluq işində opponenti olmuş professor A.P.Şergin də iştirak etmişdir. İclas olduqca qalmaqallı keçmişdir. Rusiya Təhsil Nazirliyində Xüsusi Araşdırma qrupunun hüquq elmləri doktorları və professorlardan ibarət 7 üzvü A.Şerginin E.Abdullayevi müdafiə edən arqumentlərini əsassız sayaraq doktorluq işinin plagiat olması barədə qərar qəbul edilməsini tələb etmişdilər... Bununla da işçi qrupun rəyi əsasında E.Abdullayevin doktorluq işinin ləğv olunması barədə qərar qəbul edilmişdir. Hətta A.R.Şergin nümayəndəmizin iclasda iştirakına etiraz edərək mətbuat nümayəndəsi olaraq onun iclasdan çıxarılmasına nail olmağa çalışmışdı, lakin bu baş tutmamışdı. Bundan sonra isə nümayəndəmizə komissiya adından minnətdarlıq edilmişdi ki, bu jurnalist araşdırması ilə nazirlik üçün yeni bir təhqiqat materialına mövzu verilibdir. Həmçinin bildirmişdilər ki, bu jurnalist araşdırması MDB məkanında ilk hadisədir. Onlar bunu sensasiya kimi qarşılamışdılar... Həmçinin sonda bildirmişdilər ki, bu istiqamətdə Rusiya ərazisində böyük bir dəstənin elmi adların verilməsindəki cinayətkar fəaliyyətinin izinə düşüblər. Hansı ki, həmin gün nümayəndəmiz iştirak edən iclasın ardınca komissiyanın Rusiya Təhsil Nazirliyində ikinci iclası da keçirilmişdi, lakin həmin iclasa nümayəndəmiz buraxılmamışdı, bildirmişdilər ki, bu iclasda məhz həmin kriminal dəstənin işi müzakirə edilir...
\ tezadlar \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Bu gün, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Bu gün, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Bu gün, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Bu gün, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Bu gün, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Bu gün, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Bu gün, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Bu gün, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Bu gün, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Bu gün, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Bu gün, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Bu gün, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Bu gün, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Bu gün, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Bu gün, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Bu gün, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru