RÜSTƏM İBRAHİMBƏYOV MƏMURLARI AŞAĞILADI
Tarix: 25-01-2013, 10:17 | Çap et
TANINMIŞ REJİSSORDAN SƏRT YAZIZiyalılar Forumunun təsisçilərindən biri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov “contact.az” saytında yazı ilə çıxış edib. Yazını olduğu kimi təqdim edirik:
Tarix boyunca Azərbaycan rəhbərliyində eyni vaxtda bu qədər şərəfsiz, ədalətsiz, acgöz adamlar toplaşmamışdı. Mən bunu bir il əvvəl, biləndə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı öz yerindən çıxarılıb onda da demişdim, üstəlik bu sözləri də əlavə etməliyəm: “və həm də çox cılız”. Hər il öz xalqından on milyardlarla dollar talayan adamlar qisas almaq üçün bu dərəcədə alçalmamalıydı: öncə milli kinematoqrafın qarşısındakı əlli illik xidmətləri olan yaradıcı təşkilatı yaşamaq vəsaitindən məhrum etmək, sonra onu parçalamaq cəhdi və məğlubiyyətə uğrayaraq polisin köməyilə küçəyə atmaq. Əlbəttə, bizim milyarder məmurlar bundan da artığına qadirdir. Kim bilir, bəlkə də mənə qarşı başlanmış böhtan kampaniya, Beynəlxalq “Şərq-Qərb festivalının direktoruna qarşı başlanmış cinayət işi, kinematoqrafçıların çıxarılması və bir çox başqa şeylər daha təhlükəli gizli niyyətlərin ört-basdır edilməsidir? Bugünkü Azərbaycan hakimiyyətinin arsenalı zəngindir: adamların zəhərlədilməsindən tutmuş oğurlanaraq sonda öldürülməsinə qədər. Lakin bu gün baş verənlərin nəticəsi nə olursa olsun, mənə elə gəlir ki, ən mühümü mənim rejimin əsas düşməni elan olunmağımın səbəblərini xatırlamaqdır. Bu, yaxın gələcəkdəki hadisələrin proqnozlaşdırılması üçün də vacibdir. Hər şey ondan başladı ki, mən bildirdim ki, Azərbaycanda karyera mexanizmi sındırılıb və korrupsiya, yerliçilik və klan düşüncələri bütün fəaliyyət sahələrində keyfiyyətli peşəkar elitanın formalaşmasına maneçilik törədir; nəticədə ölkənin istedadlı və vicdanlı vətəndaşları həyatın kənarına atılır. Təxminən o zaman ölkədə hökm sürən qaydalardan edən “Slojenie voln” povesti dərc olundu. Bir qədər sonra mən Azərbaycanın görkəmli mədəniyyət xadimləri qrupunun Ziyalılar Forumu adlanan qurumda birləşməsinin təşəbbüsçüsü oldum. Forum hakimiyyəti dialoqa çağırırdı və ümid edirdi ki, ölkədə hansısa müsbət dəyişikliklərə nail olacaq. Cavabında bizi düşmən elan etdilər. Biz bacardığımız qədər hücumları dəf edirik, lakin daim qurşaqdan aşağı zərbə vuran düşmənə qarşı davam gətirmək çətindir. Lakin çox qalmayıb – 2013-cü ilin oktyabrında yeni prezident seçkisi olacaq. Öz siyasi ambisiyaları olmayan Ziyalılar Forumu Milli Şuranın yaradılması ideyasını irəli sürüb. Şuraya əsas demokratik qüvvələrin, partiyaların və hərəkatların nümayəndələri daxil olacaq. Şərqdə ilk Respublikaya, Azərbaycan Xalq Cumhuriyyətinə başçılıq edən Milli Şuradan 95 il sonra, yeni yaradılan Şura qarşıdan gələn prezident seçkilərində vahid namizəd irəli sürməklə birləşdirici missiyasını yerinə yetirəcəkdir Bu gün hakim rejimin cinayətkar mahiyyətini dərk etmiş xalqımızın bütün ümidləri bu seçkilərlə bağlıdır, çünki nəhayət uzun illər susmuş seçicilərin xeyli hissəsi fəallaşmışdır. Ölkədə vətəndaş cəmiyyətinin oyanışının əsasən Ziyalılar forumunun fəaliyyəti ilə əlaqədar olduğunu başa düşən hakimiyyət ən çirkin təsir vasitələrindən istifadə edərək bizi sındırmaq qərarına gəlmişdir. Ona görə də, bir o qədər də uzun olmayan müddətə ölkəni tərk edərkən bəyan etməyi vacib bilirəm ki, mənim əleyhimə yalan yağdıran televiziya verilişləri, mənim həmfikirlərimin sübutsuz olaraq cinayət təqib edilmələri, Kinematoqrafçılar İttifaqının köçürülməsi və hakimiyyətin digər alçaq və çirkin hərəkətləri mənim üçün onların yalnız zəifliyinin və surətlə artan xalq narazılığı qarşısında panik çaşqınlığının göstəricisidir. Mənə qarşı elan olunan müharibədə günahsız qurban olan dostlarım və yaxınlarımdan üzr istəyirəm. Onlardan belə çətin sınaqlara dözməyənlərə acıyıram. Mən qəddar cəzalandırmaq təhlükəsinə baxmayaraq mənimlə xoş münasibətlərini saxlayanlara təşəkkür edirəm. Mən inandıqlarıma inanmaqda davam etməkdəyəm və dediklərimə əminəm.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Bu gün, 18:03 |
|
|
|
| • SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Bu gün, 17:58 |
|
|
|
| • Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Bu gün, 17:50 |
|
|
|
| • Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Bu gün, 17:38 |
|
|
|
| • “Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Bu gün, 17:36 |
|
|
|
| • Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Bu gün, 17:19 |
|
|
|
| • Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 17:14 |
|
|
|
| • Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13 |
|
|
|
| • Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Bu gün, 17:09 |
|
|
|
| • 100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Bu gün, 17:07 |
|
|
|
| • 24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Bu gün, 17:00 |
|
|
|
| • “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
| • Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Bu gün, 16:52 |
|
|
|
| • ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Bu gün, 16:29 |
|
|
|
| • Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Bu gün, 16:25 |
|
|
|
| • Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Bu gün, 16:18 |
|
|
|
| • İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Bu gün, 16:13 |
|
|
|
| • “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10 |
|
|
|
| • 17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01 |
|
|
|
| • Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57 |
|
|
|
| • "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53 |
|
|
|
| • Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52 |
|
|
|
| • SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48 |
|
|
|
| • İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45 |
|
|
|
| • Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37 |
|
|
|
| • “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33 |
|
|
|
| • Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27 |
|
|
|
| • Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25 |
|
|
|
| • Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14 |
|
|
|
| • Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08 |
|
|
|
| • "Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05 |
|
|
|
| • “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53 |
|
|
|
| • Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50 |
|
|
|
| • Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45 |
|
|
|
| • Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39 |
|
|
|
| • Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31 |
|
|
|
| • Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26 |
|
|
|
| • Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21 |
|
|
|
| • Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14 |
|
|
|
| • Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06 |
|
|
|
| • “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59 |
|
|
|
| • Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55 |
|
|
|
| • Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44 |
|
|
|
| • "Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42 |
|
|
|
| • Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38 |
|
|
|
| • Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32 |
|
|
|
| • Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30 |
|
|
|
|