Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” .....                     Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb .....                     Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır .....                     Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı .....                     Lavrov Tehrana səfər edəcək .....                     Eks-idarə rəisi ilk iclasda həbs edildi .....                     Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm .....                     Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib .....                     SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı .....                     ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır .....                     Hörmüz böhranı davam edir .....                     “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” .....                     Neft həftəyə bu qiymətlə başladı .....                     “Uninet”də yeni direktor təyin edilib .....                     Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub .....                     “SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat .....                     Televiziya niyə izlənilmir? .....                     Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb .....                     Bakıda hoteldə FACİƏ: .....                     Jurnalist araşdırmaları Ermənistanı silkələdi: .....                     DİN vətəndaşlara çağırış edib: .....                     Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı .....                     "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." .....                     Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı .....                     Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? .....                     Deputatlar sabah son iclaslarına çıxır .....                     Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: .....                     Elvariz Məmmədov yeni vəzifətə təyin olundu .....                     Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... .....                     100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi .....                     AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu .....                     Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib .....                     Rusiya ordusu üçün “könüllü” toplanışı: .....                     Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir .....                     ""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." .....                     Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında .....                     Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? .....                     İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU .....                     Monitorun kiçilməsi sizi aldatmasın!.. .....                     Əziyyət çəkib verilişə bir də baxın! .....                 

RAMİZ MEHDİYEVLƏ ƏLİ HƏSƏNOV MƏHKƏMƏYƏ
Tarix: 10-01-2013, 08:53 | Çap et
RAMİZ MEHDİYEVLƏ ƏLİ HƏSƏNOV MƏHKƏMƏYƏ
ƏVƏZ ZEYNALLI BU TƏLƏBİ İRƏLİ SÜRDÜ

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi keçirilib.
Gozetci.az portalının məlumatına görə, prosesə Ə.Zeynallının yaxınları ilə yanaşı Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, hüquq müdafiəçiləri Oqtay İsgəndərli, İradə Cavadova, Samir Kazımlı, Oqtay Gülalıyev, Rəsul Cəfərov, həbsdən yeni çıxan keçmiş vicdan məhbusu Vidadi isgəndərli, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, jurnalist Sərdar Əlibəyli, Əfqan Muxtarlı, RATİ-nin rəhbəri Emin Hüseynli, siyasi məhbus Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin həmsədri Rafiq Cəlilov və digər ictimai şəxslər qatılmışdılar.

Ə.Zeynallı bildirdi ki, hazırkı proses onun işi ilə bağlı serialın 32-ci hissəsidir. Ə.Zeynallı məhkəmə prosesinin uzadılmasına etirazını bildirərək dedi ki, ötən il dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində dörd, dekabrın 30-da isə isə heç bir məhkəmə prosesi keçirilməyib. Ə.Zeynallı ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqallarda adı hallanan Sevinc Babayevanın qətli ilə bağlı da çıxış etdi. O, ötən il iyulun 2-də məhkəməsinə şahid qismində qatılan Gülər Əhmədovanı müşayət edənlərdən birinin də Sevinc Babayeva olduğunu xatırlatdı: "Biz o vaxt onu tanımırdıq. Sonra Elşad Abdullayev həmin videonu yayandan sonra bildik ki, o Gülərlə məhkəməyə gələn xanımdır. O, bax orada, (əli ilə zaldakı skameykanı göstərir) ikinci cərgədə əyləşmişdi".

Ə.Zeynallı S.Babyevanın zalda əyləşdiyi yerdə əyləşənlərin oradan qalxmasını və ora qərənfil qoymağı xahiş etdi. Hakim buna etiraz edərək, "belə olmaz! Kim onun xatirəsini anmaq istəyirsə, məzarını ziyarət etsin!” dedi. Ə.Zeynallı isə etiraz edərək, “Belə olmaz!” sözünü S.Babayeva və G.Əhmədova zalda kükrəyərək onun üzərinə gələn zaman deməli olduğunu vurğuladı: “İndi hamı danışır. Amma Gülər iyulun 2-də bura gələndə, burada hoqqabazlıq edib, üstümə cumanda heç ona “olmaz” demirdiniz”.
Sonra Ə.Zeynallı S.Babayevanın oğlu Ayxan Məmmədovun mətbuata verdiyi müsahibəyə istinad edərək, anasının Gülər Əhmədova tərəfindən zəhərlənərək öldürüdüyünü dedi: “Sevinc Babyevanı Gülər zəhərləyib. Mənim də öldürülmə planım olduğunu deyəndə siz buna inamırdınız”.
Bu zaman prokurur Ramazan Hadıyev Ə.Zeynallının çıxışına etiraz edərək bildirdi ki, bu onun işinə aid olmayan məsələdir.
Ə.Zeynallı Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən G.Əhmədovanın əhəmiyyətsiz bir ərizəsinə və lent yazısına görə həbs edildiyini prokurorun və hakimlərin diqqətinə çatdırdı: “Nədir, sabah bu qadın həbs olunanda da məndən əl çəkməyəcəksiniz? Necə yəni mənim işimə aidiyyatı yoxdur? Onda məni kim həbs elətdirib, nəyin əsasında 15 aydır ki, məni həbsdə saxlayırsınız?” Prokuror isə Ə.Zeynallının sözünü kəsərək “Siz törətdiyiniz əməllərinizə görə, həbs olunmusunuz” dedi.

Ə.Zeynallı:
- Hansı əməllərimə görə? Yoxsa artıq yuxarıdan tapşırıq almısınız ki, məni buradan da şərləyib həbs etdirəsiniz? Siz bu qədər cinayətdə əli olan bir adamı 5 aydır ki, həbs edə bilmirsiniz, buna cürətiniz çatmır. Sizin diliniz qısa olmaq əvəzinə, üstümə yalan ittihamlar calamağa hazırlaşırsınız. Məhkəmə hələ bitməyib, sizə bu cür bəyanatlar verməyi kim tapşırıb?

Prokurur:

- Bizim dilimiz qısa deyil.

“Qısadır! Özünüz məndən də yaxşı bilirsiniz bunu” deyən Ə.Zeynallı hakimdən prokurora nəzarət etməyi xahiş etdi.
Ə.Zeynallı G.Əhmədovanın məhkəyə gətirilməli oldyuğunu qeyd etdi: “O məlumat da təsdiqləndi ki, Gülər sərhədi keçərkən Qırmızı körpü keçid məntəqəsində saxlanılıb. Sonradan məlum oldu ki, Gülər Əhmədova polis nəzarətindədir. İndi onu məhkəməyə daha rahat gətirmək olar”. Hakim R.Allahverdiyeva isə bildirdi ki, G.Əhmədovanın nəzarətdə olduğu hələ onlara bəlli deyil: “O məsələyə baxılıb”.

Ə.Zeynallı:

- Gülər Əhmədova 100 min manata ev dustaqlığı aldığını deyir. Belədirmi, hörmətli prokuror? Bəs, mən ev dustaqlığı almaq üçün sizə nə qədər verməliyəm?

Prokuror:

- Hansı haqla camaatı ittiham edirsiz?

Ə.Zeynallı:

- Mən ittiham edirəm? Adam öz dili ilə açıq ittihamlar səsləndirir, mən də məcbur sizdən soruşuram, bu məhkəmələrdən ev dustaqlığını 100 minəmi alırlar? Güləri müdafiə etdiyiniz üçün diliniz qısa olmalıdır.

R.Hadıyev:

- Mən onu yox, ittihamı müdafiə edirəm.

Ə.Zeynallı:

- Kimin ittihamını? Özü haqqında saysız-hesabsız cinayət işi açılan bir adamın saxta ittihamını nəzərdə tutursunuz? Hələ onun cinayətlərini araşdırın, sonra mənim əməllərimdən danışın.

Ə.Zeynallı çıxışına davam etdi: “Elşad Abdullayevin açıqlamaları var. G.Əhmədovanın mütəşəkkil cinayətkar dəstə ilə işlədiyi ortaya çıxıb. Bu dəstənin başında da Ramiz Mehdiyev durur. Onun qardaşı Mayıs Mehdiyev Elşad Abdullayevla görüşəndə Ramiz Mehdiyev zəng edib ki, Elşada de, Gülərdən əl çəksin. Yoxsa, işinə Korrupsiya komissiyasını göndərərəm, göndərib də... Məni də R.Mehdiyev başqa qurumların əli ilə həbs etdirə bilmədiyi üçün özünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs etdirdi. Bu xoşuna gəlməyən, maraqları toqquşan adamların hamısını korrupsiya qurumları ilə hədələyir. Bu fakt deyil nədir? Bu məsələlər mənim işimlə birbaşa bağlıdır”.
Daha sonra Ə.Zeynallı həbsindən əvvəl və sonra mətbuatda dərc olunan G.Əhmədova və özünün, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamalarını qəzet səhifələrindən oxuyaraq hakimə, “dəlil” kimi təqdim etdi. Ə.Zeynallı bildirdi ki, G.Əhmədova öncə onun şərəf və ləyaqətini alçaldan materiallar olduğunu ortada namus məsələsi olduğunu desə də, sonra verdiyi açıqlamalarda deyib ki, ortada çox xırda-para məsələlər olub: “Mediaforuma müsahibəsində o deyib ki, Ə.Zeynallı ilə aralarında namus məsələsi olmayıb, sonra da Gülər Rauf Arifoğluna və Eynulla Fətullayevə zəng edərək deyib ki, gördünüz də neynədim, qoy bir az ağıllansın, qazı alınsın. Hanı Gülər Əhmədova? Hardadır? İyulun 2-də o da bura yaman qazlı girmişdi, indi yoxdu. Onun da qazını aldılar. Mən dəfələrlə demişəm, bu gün də deyirəm ki, Gülər Əhmədova parlamentin Sevgiladəsidir. R.Mehdiyevin əxlaqsız deputatıdır...” Ə.Zeynallı daha sonra bildirdi ki, G.Əhmədova ən böyük uşaq alverçisi olub. Onun üzəduranlarından Rüxsarə Axundova İnsan Alveri Qurbanlarının Reabilitasiyasi Mərkəzinə rəhbər təyin olunub. G.Əhmədova əlinin altında istifadə etdiyi 25-30 qadınla yüksək çinli məmurların videosunu çəkib. Ona görə də açıqlamalarında “Mənim ağzımı açdırmayın” deyə hamını təhdid edir.
Prokuror onun sözlərinə müdaxilə edərək dedi ki, günahı olan insan cəzalandırılır.
Ə.Zeynallı isə cavabında, “günahı olan insanlar çöldə gəzir, günahsızlar isə həbsxanalardadır. Mən sizin də törətdiyiniz cinayətləri sübut edəcəm”.

Prokuror:

- Buna nail ola bilməyəcəksən.

Ə.Zeynallı:

- Onu da görəcik...

Zaldan gülüş qopdu.
Prokuror Ə.Zeynallıya dedi ki, zalda oturanlara sakitliyə riayət etməyi tapşırsın: “Ən qüvvətli sehrbazın qarşısında gipnoz olan xəstə güləndə sehrbaz acizləşir. Biz o sehrbazlardan deyilik”.

Ə.Zeynallı:

- Deməli siz özünüzü sehrbaz adlandırırsınız. Amma gipnoza düşən sehirbazlardan deyilsiniz deyirsiniz də...
Hakim Ə.Zeynallaının qəzetlər barədə xülasə verməsinə etiraz etdi. Ə.Zeynallı isə dedi ki, qanunlardan kənara çıxmadığını dedi və bildirdi ki, o, qəzetinin R.Mehdiyev tərəfindən bağlandığını sübut etməyə çalışır.
Daha sonra Ə.Zeynallının həbsi ilə bağlı hazırlanan hesabatlar məhkəməyə təqdim olundu. Ə.Zeynallının sözlərinə görə, onun işi ilə bağlı dörd cildrlik, 1200 səhifəlik cinayət işi ilə bağlı 1200 nəfərə cinayət işi açmaq mümkündür.
Ə.Zeynallı daha sonra məhkəməyə bir-birinin ardınca 15 vəsatət təqdim etdi. O, G.Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəyə gətirilməsini xahiş etdi: “T.Əhmədov məhkəməyə yalan ifadə verərək, mənim onun anasından 26 min manat pul istədiyimi öz qulağı ilə eşitdiyini dedi. Amma mənimlə bağlı səs yazısında bu, təstiqini tapmadı”.
Ə.Zeynallı müstəntiq Qabil Qasımovun məhkəməyə çağırılması və onun barəsində də cinayıt işinin açılması tələbilə vəsatət təqdim etdi. O, bildirdi ki, istintaq zamanı ifadə verən şahidlərin ifadələri dəyişdirilib. Bunu müstəntiqin mənim vəkilimə fləşkartda verdiyi ifadə kopyası ilə cinayət işi materiallarında yer alan ifadələrin üst-üstə düşməməsi də sübut edir”. Baş redaktor dedi ki, o həbs olunandan sonra mobil telefonu əlindən alınsa da, telefonu 2012-ci il yanvarın 26-dək açıq olub. Onun telefonundan mesajlar yazılıb və mesaj qəbul olunub. Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı onun iş yerində olan seyfindən 300 dollar götürülüb. Ə.Zeynallı daha sonra G.Əhmədovanın istintaqda adını hallandırdığı Nigar Almanqınının şahid kimi məhkəməyə dəvət olunmasına dair vəsatət verdi. O, Nərimanov rayon Məhkəməsinin sabiq sədri Ağababa Ağababayevin də məhkəməyə şahid qismində dindirilməsinə dair vəsatət verdi: “Çünki mənim işimdə onun sədrliyi dövründə gedən məhkəmə prosesləri də daxil edilib. İndi məlum olub ki, elə o zamandan R.Mehdiyevlə birbaşa əlaqə olan bu adam bizim haqqımızda ədalətsiz və sifarişli qərarlar çıxarıb”.
Ə.Zeynallı Əli Həsənovun da şahid qismində məhkəmə prosesinə çağırılmasına dair vəsatət verdi: “Nüşabə Ələsgərlinin mənə qarşı iddia qaldırmasında “Xəmsə” restoranının rəhbəri Mürvət Həsənovun əli var. Əli Həsənov KİVDF-nin son iki ildə tədbirlərini “Xəmsə” də keçirib. Bu şəhərdə başqa restorn yoxdur, bəyəm? Bu da onun göztəricisidir ki, üzümə duran bu adamın həm Vüqar Səfərli, həm də Əli Həsənovla özəl münasibətləri var. Bura gəlsinlər və suallarıma cavab versinlər. Həbsimdən əvvəl Gülər Əhmədovnın telefonuna gələn-gedən zənglər və SMS-lərin də siyahısı çıxarılsın. Mən əminəm ki, həmin günlər Əli Həsənovun Gülərə neçə dəfə zəng etdiyinin şahidi olacağıq. Ekspertlər Fuad Rəsulov, İlhamə Quliyeva da məhkəməyə çağırılsın. Onlar Hitlerin kitabının tərcüməsində də yanlış rəy verən admlardırlar. Artıq neçənci dəfədir ki, üzümə dururlar. Sabir Tarıverdiyev, Aydın Heydərov da yenidən məhkəməyə gətirilsin. Mürvət Həsənovun ifadəsində kəskin ziddiyətlər olduğundan o da məhkəməyə çağırılmalıdır”. Ə.Zeynallı jurnalist Aynur İmranovanın da məhkəmə prosesinə şahid qismində çağırılmasını istədi. Baş redaktor bildirdi ki, istintaq saxlanılarkən baş redaktorun telefonunun üzərində olmadığını bildirib. Ə.Zeynallı isə sonuncu dəfə həbs olunandan 10 dəqiqə əvvəl A.İmranova ilə danışdığını dedi. Baş redaktor digər şahidlərinin dəməhkəmədə dindirilməsinə dair də vəsatət verdi.
Sonda Ramiz Mehdiyevin , Əli Həsənovun, Gülər Əhmədovanın məhkəməyə gətirilməsi, gəlməsələr, barələrində məcburən məhkəməyə qətirilmələrinə dair qərar çıxarılması ilə bağlı vəsatət verdi.
Proses yanvarın 16-sə saat 14:00-da davam edəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” - TƏFƏRRÜAT
Bu gün, 13:17
Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - FOTOLAR
Bu gün, 13:11
Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır -Kobaxidze
Bu gün, 13:05
Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS
Bu gün, 12:54
Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38
Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30
Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24
SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12
Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01
Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59
“Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46
Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45
“SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat - ƏMR
Bu gün, 11:43
Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39
Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36
Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27
Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24
DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07
Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35
Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19
Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11
100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03
Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib - ADLAR...
Bu gün, 09:50
Rusiya ordusu üçün “könüllü” toplanışı: - İşçisini verməyən müəssisələr...
Bu gün, 09:45
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir - İlham Əliyevdən SENSASSİON AÇIQLAMA
Bu gün, 09:39
""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." - GİLEY
Bu gün, 09:38
Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında - AKTUAL
Bu gün, 09:30
Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? - İLGİNC
Bu gün, 09:12
İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU - 3 saat qapalı iclas keçirilib...
Bu gün, 09:03
Monitorun kiçilməsi sizi aldatmasın!.. - AKTUAL
Bu gün, 07:39
Əziyyət çəkib verilişə bir də baxın! - Problem məndə deyil! Sizdədir...
Bu gün, 07:18
Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 07:02
Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... - ETİRAZ
Bu gün, 07:00
Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 06:55
Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40
Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26
"Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" - partiya sədri
Bu gün, 06:21
Babək Hüseynov dövlətə necə ZİYAN VURUR - BU RƏSMƏN QARƏTDİR!
Bu gün, 06:17
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... - bu sistemə keçilməsə…
Bu gün, 06:07
Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru