II Qaregin və altı yepiskopun məhkəmə dinləmələri .....                     Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... .....                     Penitensiar Xidmətin keçmiş əməkdaşı işə düzəltmək vədi ilə pul alıb .....                     Azərbaycanda məhkəmə sədri görəvdən alındı .....                     TƏBİB-də kadr dəyişiklikləri: “vurulanlar” sanki başqa hakimiyyətin kadrlarıdır .....                     Məqsədli büdcə fondları ləğv ediləcək .....                     Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur .....                     İsrail Bakını niyə “qara siyahı”ya saldı? .....                     Azərbaycanda məşhur ev dustaqları .....                     Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? .....                     Ermənistanda QİYAM əhvalı? .....                     “Unibank”ın İdarə Heyətində dəyişiklik olub .....                     “Yaşıl bazar”ın yanındakı “Qara bazar” .....                     Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır .....                     "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." .....                     İki tanınmışdan AYNA-ya etiraz .....                     Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” .....                     İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi .....                     İşxanyanın "hüquqi iştahaları" .....                     “Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi .....                     Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı .....                     Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                 

Zakir Quliyev bilməmiş olmaz: 10 günə bir milyonluq iki tender... - “Koordinat Construction” MMC MÖCÜZƏSİ?..
Tarix: 9-12-2024, 12:00 | Çap et
Zakir Quliyev bilməmiş olmaz: 10 günə bir milyonluq iki tender...
Son günlər xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyətə cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Bildirilir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, xarici ölkələrə müxtəlif məhsulları ixrac edərək pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlarla yanaşı dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan sahibkarlar da var. Məsələn Dövlət Gömrük Komitəsinin 26 Aprel 2017-ci ildə yaydığı məlumat da buna bənzəyir. Məlumatda bildirilir ki, bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışmaları barədə məlumat yayıb. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.

Aktualinfo.org bu məlumatları “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında araşdırma apararkən elektron mediadan əldə edib. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “Koordinat Construction” MMC oktyabr ayında iki satınalmanın qalibi olub.

Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 489.983,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 17.10.2024 -cü il tarixdə dərc edilib.

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 659.999,96 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 29.10.2024 -cü il tarixdə dərc edilib.

Göründüyü kimi MMC oktyabr ayında 10 fərqlə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların keçirdiyi tender üzrə ümumi dəyəri 1 149 982 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.

Amma “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Bəs Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıblar. “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışlar ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinə ünvanladığımız sorğular cavabsız qaldı. “Koordinat Construction” MMC-nin dövlət qeydiyyatına alındığı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya isə cavab gözləyirik.

Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların satınalmalarda yol verdikləri bu qədər qanunsuzluğa, uyğunsuzluğa rəğmən gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan Şənlik Abasova məxsus şirkət on günə bir milyon manatdan çox dəyəri olan tenderləri necə udub? Bəlkə, Zakir Quliyev bilir.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
II Qaregin və altı yepiskopun məhkəmə dinləmələri sentyabrın 18-də BAŞLAYACAQ
Bu gün, 12:01
Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO
Bu gün, 11:55
Penitensiar Xidmətin keçmiş əməkdaşı işə düzəltmək vədi ilə pul alıb – İTTİHAM
Bu gün, 11:50
Azərbaycanda məhkəmə sədri görəvdən alındı - Təqaüdə göndərildiyi deyilir
Bu gün, 11:45
TƏBİB-də kadr dəyişiklikləri: “vurulanlar” sanki başqa hakimiyyətin kadrlarıdır - NƏ BAŞ VERİR?
Bu gün, 11:36
Məqsədli büdcə fondları ləğv ediləcək - FƏRMAN
Bu gün, 11:31
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:26
İsrail Bakını niyə “qara siyahı”ya saldı? - AKTUAL
Bu gün, 11:25
Azərbaycanda məşhur ev dustaqları - Qapısı açıq, azadlığı bağlı
Bu gün, 11:24
Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? - Cavab təkcə tarixdə deyil
Bu gün, 11:21
Ermənistanda QİYAM əhvalı? - NƏ BAŞ VERİR?
Bu gün, 11:17
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:13
“Yaşıl bazar”ın yanındakı “Qara bazar” - REPLİKA
Bu gün, 11:09
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
Bu gün, 11:05
"Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
Bu gün, 10:59
İki tanınmışdan AYNA-ya etiraz - Ekspert isə deyir ki...
Bu gün, 10:47
Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” - TƏFƏRRÜAT
Bu gün, 10:33
İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi - KİV
Bu gün, 10:29
İşxanyanın "hüquqi iştahaları" - Azərbaycan ombudsmanına müraciətin pərdəarxası
Bu gün, 10:27
“Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi - 16 sürücüyə ehtiyac yaranacağını bildirib...
Bu gün, 09:39
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı - rəsmi
Bu gün, 09:35
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru