Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

AZƏRBAYCANDA VƏHABİ TƏHLÜKƏSİ NƏ QƏDƏR REALDIR?
Tarix: 15-10-2012, 14:57 | Çap et
AZƏRBAYCANDA VƏHABİ TƏHLÜKƏSİ NƏ QƏDƏR REALDIR?
DİA.AZ: - Təhsil Nazirliyinin qarşısında baş verən ixtişaş hələ də gündəmin əsas mövzusu olaraq qalır. Əksər ekspertlər hesab edir ki, Təhsil Nazirliyinin önündə hicab aksiyası Azərbaycan hakimiyyətinin növbəti şoularından biridir. Onların fikrincə, "sabitliyin qarantı yalnız indiki iqtidardır" rəyini möhkəmləndirmək üçün hakimiyyətə bu cür şoular gərəkdir. Bu fikirdə olan ekspertlər söü gedən iğtişaşın baş verməsini də təsadüfi saymırlar. "Hakimiyyət bu hadisə ilə Qərbə mesaj verir ki, Azərbaycanda sabitliyi pozmaq istəyən təhlükəli qüvvələr var və məhz biz bu qüvvələrin qarşısını almaq iqtidarındayıq. Əgər biz olmasaq, Azərbaycan terror yuvasına çevrilə bilər. Bu cür hadisələr məhz hakimiyyətin maraqlarından doğur", - deyə ekspertlər bildirir.

Bəzi ekspertlər isə bu hadisəni Gürcüstanda baş verənlərlə əlaqələndirirlər. Onlar hesab edir ki, bir neçə il əvvəl Gürcüstana təcavüz edən Rusiya Azərbaycanda da aranı qarışdırmağa çalışır. Bu hadisə də Rusiya xüsusi xidmət orqanlarının işidir.

Bu fikirlərin hər birilə razılaşmaq mümkündür.

Vəhhabi, yoxsa sələfi?

Amma hər bir halda o da etiraf edilməlidir ki, Azərbaycanda dini sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda dini sahədə tolerantlığın hökm sürdüyü bildirilsə də, əslində vəziyyət heç də belə deyil. Azərbaycanda dini qruplar mövcuddur ki, onlar ölkə üçün ciddi fəsadlar yarada bilər. Bu sırada xüsusilə vəhhabilərin adı çəkilir. Amma...

Bu gün Azərbaycanda hər addımda bədəvi ərəb qiyafəsində olan soydaşlarımıza rast gəlirik. Hamı onları vəhhabi adlandırır. Amma onlar bu adı qəbul etmirlər. "Vəhhabilik fitnədir, biz sələfilərik" deyirlər. Əslində isə sələfilər də elə vəhhabilərdir. Daha doğrusu, sələfilər vəhhabilərin mülayim qanadı hesab olunur.

Sələfilər Azərbaycanda şəriət hökumətinin qurulmasına çalışsalar da, o qədər də təhlükəli sayılmırlar. Ən azı ona görə ki, sələfilər məqsədlərini həyata keçirmək üçün radikal addımlar atmağa ehtiyac görmürlər. Onlarla söhbət etdikdə Azərbaycandakı vəziyyətdən narazı olduqlarını və çıxış yolunun şəriət qaydalarının bərqərar olunmasında gördüklərini gizlətmirlər. Amma bunun qarşıdurma, terror yolu ilə edilməsinə qarşı çıxdıqlarını deyirlər. Bundan əlavə sələfilər İslamın digər təriqətlərini qəbul etməsələr də, onlarla kofnliktə girməyə də həvəs göstərmirlər. Hər halda hazırda onlar özlərini çox tolerant aparırlar. Görünür, bu səbəbdəndir ki, Azərbaycanda sələfilərin günü-gündən artması hakimiyyəti narahat etmir. Vəhhabilərin radikal qanadı sayılan və xəvaricilər adlanan qrup isə sələfilər kimi düşünmür.

Azərbaycan kafirlər diyarıdır?

Xəvaricilik bir neçə ildir ki, Azərbaycanda yayılıb. Bəribaşdan qeyd edək ki, bu xəvariclər, İmam Əlinin(ə) xəlifəliyi dövründə ondan ayrılan xəvariclərlə qarışdırılmamalıdır. Bizim bəhs etdiyimiz xəvaricilik 20-ci əsrin əvvəllərində Misirdə "İxvanül Müslimin" ("Müsəlman qardaşları") təşkilatının üzvləri tərəfindən yaradılıb. Özü də həbsxanada. Azərbaycanda isə xəvariciliyi yayanlar ərəb ölkələrində, xüsusilə də Suriyada təhsil almış tələbələrdir. Xəvaricilik din pərdəsi altında sırf siyasi məqsədlərə xidmət edir. Təsəvvür edin, xəvaricilər etiqadda "əhli sünnə vəl camaata", daha dəqiqi sünniliyin Hənəfi qoluna mənsub olsalar da, özlərindən başqa hamını kafir sayırlar. Bunu isə yalnız özlərinin siyasi hakimiyyətlərə qarşı mübarizə aparması və şəriət qayda-qanunlarının bərqərar olmasına çalışmaları ilə izah edirlər. Xəvaricilər özlərindən başqa hamını kafir saydıqları üçün onları təqfirçilər də adlandırırlar.

Xəvaricilərə görə şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri, o cümlədən Azərbaycan "darül küfr", yəni "kafirlər diyarı"dır. Onların iddiasına görə, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar.

Xəvariclərin Azərbaycanda rəhbəri kimidir?

DİA.AZ "AzeriNews"a istinadən bildirir ki, xəvaricilərin Azərbaycandakı rəhbəri Hacıbala adlı şəxsdir. Əslən Qazax rayonundan olan bu şəxs Sumqayıt sakinidir. Hazırda həbsdə olduğu bildirilir. Təxminən bir neçə il əvvəl xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Hacıbalanın Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha geniş yayılmasına səbəb olub. Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. O dərəcədə ki, başqa rayon və şəhərlərdə olan tərəfdarlarına təzyiqlərə məruz qaldıqları halda Sumqayıta mühacirət etməyi məsləhət görürlər. Xəvariciliyin Şəki-Şirvan bölgəsində də geniş yayıldığı bildirilir.

Xəvariclər xüsusi xidmət orqanların diqqətini cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə internet vasitəsilə əlaqə saxlayırlar.

Əsl müsəlman Qarabağda döyüşməməlidir?

Xəvaricilər Qarabağda döyüşməyin əleyhinədirlər. İddia edirlər ki, bu, iki kafir ölkə arasında arasında gedən müharibədir. Bu absurd iddianı irəli sürən xəvaricilər tərəfdarlarına Qarabağda deyil, İraqda, Çeçenistanda, Əfqanıstanda döyüşməyi təlqin edirlər. Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?". Müsbət cavab alan kimi "Bəs onda niyə İraq, Çeçenistan, və Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini çıxarmırsan?" deyə müsahiblərini adıçəkilən ölkələrdə döyüşməyə təhrik edirlər. Maraqlıdır ki, nə İraq, nə Əfqanıstan, nə də Çeçenistan şəriət qaydaları ilə idarə olunmur. Deməli, xəvaricilərin məntiqincə, bu ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu ölkələr haqqında belə düşünmürlər. Niyə? Bunu bir özləri, bir də Allahları bilir. Bizə isə sadəcə mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər.

3 dəfə "yox" desən, qanın da, namusun da halaldır

Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamırlar. Onlar nə məscidə gedir, nə də cümə namazı qılırlar. Çünki onların fikrincə, cümə namazında imam dövlətin rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda nə məscidə getməyə, nə də cümə namazı qılmağa vaxt sərf etməyin heç bir mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət hökuməti qurmaq barədə düşünmək daha məqbuldur.

Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama) dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini "unudurlar".

Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki, rəqiblərinin matı-qutu quruyur.

Bir neçə il əvvəl "Əbu Bəkr"dəki partlayışı xəvaricilər törədib?

Bir neçə il əvvəl "Əbu Bəkr"dəki partlayışın ilk günlərində bu hadisəni vəhhabilərin öz daxilində Hacı Qamətə müxalif olan qüvvələrin törətdiyi barədə də fikirlər səsləndi. Vəhhabilərin daxilində Hacı Qamətə müxalif olan qrup isə xəvaricilərdir. Bu arada, bir daha xatırladaq ki, xəvaricilər özlərindən başqa heç kimi müsəlman saymırlar. Hacı Qamət başda olmaqla sələfiləri də kafir elan ediblər. Bir müddət əvvəl onlar Hacı Qamət haqqında kitab da nəşr etdirmişdilər. Kitab "Kafir Qamətin küfrləri" adlanırdı.
Ona görə də ehtimal etmək olar ki, "Əbu Bəkr"dəki partlayışı da xəvaricilər törədibmiş. Yeri gəlmişkən, bir neçə il öncə xəvariclər Sumqayıtdakı "Cümə" məscidini də partlamağa cəhd etmişdilər. Yəqin hər kəs o zaman MTN-nin Sumqayıtda keçirdiyi əməliyyatı xatırlayır. Həmin əməliyyat zamanı həbs olunanlar məhz xəvaricilər idi. Bundan əlavə MTN-nin keçirdiyi əməliyyat zamanı Hərbi Akadameyida, Cəmşid Naxçıvanski adına Hərbi Litseydə və Müdafi Hazirliyində həbs olunan kursant və zabitlər xəvaric firqəsinin üzvləri idi.

Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və sıralarını artırmağa çalışırlar. Ona görə də yaxşı olardı ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları bu məsələ ilə bağlı daha ciddi məşğul olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru