"7 saylı "ASAN"dayam. Keçən dəfə təxminən 5 saat gözlədikdən sonra məlum oldu ki, həmin gün növbə çatması üçün daha 4-5 saat gözləmək lazımdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı-ekspert Samir Əliyev qeyd edib.
O daha sonra bildirir: "Səbəb şənbə günü müraciət edənlərin çox olmasıdır. Həftəarası gəlmək məsləhət görüldü. Əslində bizim növbədə (notarial xidmət) bir nəfərə xidmət 2 saatdan çox çəkirdi. İndi də 1 saatdır burdayam. Sıra nömrəsi 5-dir. Müraciətçilər azdır, amma deyəsən, yenə 4-5 saat gözləməli olacam. Canlı növbə 2-cidir hələ, onlayn növbə 12-yə çatıb.
ASAN artıq çətinləşib…"
Qeyd edək ki, sözügedən etiraza sosial şəbəkədə müxtəlif rəylər gəlib və anlaşılanı odur ki, əksəriyyət bu gün ASAN Xidmətin işindən və yaxud da əvvəlki qaydada işləməməsindən gileylidir.
Elə QHT sketorunun tanınan simalarından olan Sahib Məmmədov da narazılardan biridir. Onun rəyini təqdim edirik:
"Ximətləri elektronlaşdırmaq əvəzini binalar tikirlər. Moldovada artıq bizim ASAN-nın anloqo olan xidmətdən demək olar istifadə edən yoxdur. Bütün xidmətlər elektronlaşıb. Mən ən kasıb ölkəni misal göstərdim..."








