"Biz SOCAR "Azəriqaz" İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer vəzifəsində işləyirik. Bu günə qədər dispetçer kompüterlərində inetrentə çıxış olmayıb. Lakin..." "DİA-AZ" xəbər verir ki, bu sözlər "Azəriqaz İB-nin rəhbəri Azər Məmmədova ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Lakin baş dispetçerlərin və "votsap" üçün nəzərdə tutulmuş kompüterlərin internetə çıxışları açıqdır. Bu hal isə əməkdaşlar arasında ayrı-seçkilik yaratmaqla yanaşı, ciddi narazılıqlara səbəb olmaqdadır.
Əgər internetə çıxış zəruri deyilsə, bu məhdudiyyət hamıya tətbiq olunmalıdır. Əgər zəruridirsə, o zaman bütün dispetçerlərə eyni imkan yaradılmalıdır. Mövcud vəziyyətin ya bərabərlik prinsipi əsasında dəyişdirilməsini, ya da tamamilə ləğv edilməsini xahiş edirik..."
"DİA-AZ" bildirir ki, bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunub və sözgüedən qurumun Aysu adlı əməkdaşı anoloji qaydada "Azəriqaz" İB rəhbərliyi qarşısında tələb səsləndirib. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında yer alan həmin rəyi təqdim edirik:
"12 saatlıq növbəli iş rejimində tətbiq olunan 1 saat 50 dəqiqəlik fasilə rejimi AR Əmək Məcəlləsinin (104-108) tələblərinə və işçi sağlamlığı normalarına uyğun deyil. Xüsusilə, zəngdən dərhal sonra tətbiq edilən 10 saniyəlik məhdudiyyət..."
Məsələ diqqətimizdədir...








