" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                     ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? .....                     Başınızı qaldırıb, bir az da camaatı dinləyin... .....                     Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər .....                     Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət .....                     Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? .....                     46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? .....                     Dillər Universitetində nələr baş verir? .....                     “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” .....                     “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” .....                     Mingəçevirdə MilliÖN problemi .....                     FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb .....                     Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... .....                     “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... .....                     Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? .....                     İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir .....                     Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb .....                     Yusif Ələsgərovsayağı qohumbazlıq... .....                     Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? .....                     Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı .....                     Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa .....                     İlqar Bayramlı ilə bağlı ilginc iddialar .....                     Laçındakı görüş Ermənistanda təşviş yaratdı .....                     "Heç kəsin fikri mənim üçün önəmli deyi" .....                     “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” .....                     Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər .....                     Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış .....                     Qəzənfər Paşayevin qızından maraqlı jest .....                     Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... .....                     Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb .....                     “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub .....                     Məhkəmə hakimləri üçün əba alınır .....                     Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu .....                     Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır .....                     Biləcəridə qanun hərləyən KİMDİR Kİ... .....                     “Bosniya qəssabı” Ratko Mladiç ölüb .....                     TƏBİB rəhbəri baş həkimi işdən azad etdi .....                     Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı .....                     Ermənilər SSRİ-ni unudurlar .....                     Ermənistan Azərbaycana müharibə elan edir? .....                 

Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? – Balakən əməliyyatında sensasion Gürcüstan detalı
Tarix: 31-10-2025, 12:57 | Çap et

Proseslər sürətlə bir-birini əvəz edir. Təmizləmə əməliyyatı özünəməxsus aparılır. Ramiz Mehdiyevə elan olunan ağır maddələrin ardınca bir ucqar rayonun icra başçısı xüsusi əməliyyatla saxlanıldı. Dövlət Təhlükəsizlik Xidməti (DTX) Balakəndə əməliyyat keçirərək icra başçısı İslam Rzayevi qandallayaraq “içəri” atdı.

Sual oluna bilər: İslam Rzayev hara, Ramiz Mehdiyev hara? Nə əlaqə? Media dərhal bunların arasındakı ortaq bağın Rusiya amili olduğunu yazdı. Ekspertlər də bu xətti müdafiə etdi. İctimai rəy dərhal bu amilə isti yanaşdı və inandı. Balakən Azərbaycanın şimal-qərbində yerləşdiyi üçün burdan Rusiya ilə xəyali bağlantı qurulması asandır axı. Bir neçə ay öncə Qaxın icra başçısı da DTX tərəfindən həbs ediləndə ictimaiyyət onun Rusiya ilə əlaqəsindən şübhələnirdi.

Amma fikrimizcə, bu, aysberqin görünən tərəfidir. Alt qatlarda başqa amillərin dayandığını əsla istisna etmək olmaz.

Məsələ yalnız siyasi olmaya bilər. Balakən Gürcüstanla sərhəddə yerləşir. Mümkündür ki, bu rayon ərazisindən qanunsuz daşımalar, transferlər həyata keçirilib: Azərbaycandan çirkli pulların çıxarılıb, Avropaya, başqa istiqamətlərə daşınıb. Artıq belə rəylər var ki, İslam Rzayevin bu məsələdə özünə yaxın olan oliqarxlara, vəzifə sahiblərinə kömək edib. Bu da xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb.

İslam Rzayevin uzun illər neft sektorunda, qaz təsərrüfatında yüksək vəzifələrdə çalışması, maliyyə sektorunda rəhbər postlarda işləməsi neft-qaz sənayesinin hazırkı və keçmiş oliqarxlaşmış nümayəndələri ilə yaxşı münasibətlərdə olduğunu deməyə əsas verir. Artıq bununla bağlı ortada iddialar dolaşır.

Hadisələr irəlilədikcə, ortaya çox dəhşətli faktlar çıxır. Hələ rəsmi açıqlama, məlumat, statistika yoxdur, buna baxmayaraq anlaşılan odur ki, ölkənin iqtisadiyyatı bu soyğunçu dəstələr tərəfdən darmadağın edilir. Paralel idarəçilik, “kölgə iqtisadiyyatı” yaradıb, özləri üçün nəhəng maliyyə imperiyaları qurublar. Olduqca böyük kapitala, səlahiyyətə, çevrəyə sahib olan bu oliqarxik qrup dövlət üçün ciddi başağrısına çevrilib. Bu yerdə yada 2013-cü ilin dekabrında Türkiyədə yaşananlar düşür. O vaxt FETÖ ilk dəfə öz varlığını göstərdi. Əvvəlcə gücünü inzibati və hüquqi müstəvidə nümayiş etdirməyə çalışdı. Üzərindən 2 il 6 ay keçmiş ortaya hərbi güc qoydu. Çevriliş etməyə təşəbbüs göstərdi. Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin iradəsi bu perspektivi istisna edir. Lakin ortada olan gerçəklik, son əməliyyatlar cəmiyyətdəki rahatsızlığı tətikləyir.

Son 20 ildə Azərbaycana gələn neft milyardları xeyli sayda insanın həyatını yaxşıya doğru dəyişdi. Ölkənin təbii sərvətlərindən milyonlar, milyardlar qazanan qruplar yarandı. Neft-qaz bumu nəticəsində əhalinin maddi rifah halı yaxşılaşdı, paraleldə qanunsuz mənimsəmələrin miqyası da ilbəil artdı. Yeni təbəqə yarandı, onlar hakimiyyət strukturunda möhkəmləndi. Zaman keçdikcə bu adamlar özlərini güc sahibi hesab etməyə başladı. Dövlətə əzələ nümayiş etdirmək kimi xam xəyallara düşdülər. Pul o qədər çoxdur, imkan o qədər genişdir, gözləri ayaqlarının altını seçmir.

Azərbaycanda bir neçə dəfə oxşar hadisələr yaşanıb. 1993, 1994, 1995, 2005-ci illərdə hakimiyyətdə təmsil olunan bir neçə qrup iqtidar olmaq təşəbbüsü göstərib. Onlar hakimiyyəti zorla devirib, konstitusion quruluşu dəyişdirib hakimiyyətə gəlmək istəyib. Amma hər dəfə dövlətin iradəsi qalib gəlib. Pərən-pərən düşüblər.

1993-95-ci illərdəki çevriliş cəhdləri sırf siyasi və hərbi fiqurların müşayiəti ilə gerçəkləşdirilirdi. 2005-ci ildəki təşəbbüsdə isə Azərbaycanda yenicə formalaşan oliqarxiya bu işi həyata keçirməyə təşəbbüs göstərdi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkədə oliqarxiyanın ilk nümayəndələrindən sayılırdı. O qədər varlanmışdı, o qədər geniş səlahiyyətlərə sahiblənmişdi, nazir kabineti ona dar gəlməyə başlamışdı. Prezident olmaq eşqinə düşmüşdü.

Sabiq səhiyyə naziri Əli İnsanov da vəzifədə olduğu dövrdə xeyli var-dövlət toplamışdı. Dövlət vəzifəsinin verdiyi imkanları özünün şəxsi gücü, nüfuzu bilib, yanlış xəyallara düşmüşdü. Sonu necə bitdi, hər kəs gördü. Fərhad Əliyev türmədən çıxandan sonra gözdən itdi. Ortada boy göstərmədi. Reallıqla barışıb, kənara çəkildi. Bununla həm də abrını qorudu. Əli İnsanov isə psixoloji və mənəvi müvazinətini hələ də toparlaya bilmir. Elə sarsılıb, balansı o dərəcədə itirib ki, ziddiyyətli bəyanatlar verir – bu yaşda özünü lağ-lağı, gülüş hədəfinə çevirir…

Belə klanlar, dəstələr milli təhlükəsizliyə, sabitliyə ciddi təhdid yaradır. Könüllərindən dövləti ələ keçirmək, konstitusiya quruluşunu dəyişdirmək keçir. Elə bilirsiniz, Ramiz Mehdiyev o boyda prosesi təkbaşına aparıb? Yalnız özü hazırlaşıb dövlət çevrilişinə? Əsla! Onun güc aldığı qüvvələr var. Ondan güc alan gizli qüvvələr mövcuddur ölkədə!

Ona görə də dövlət maliyyə axınlarına nəzarəti gücləndirməlidir. Evini kirayə verən, xaricdən telefon gətirən, taksi fəaliyyəti ilə məşğul olan, orta statistik maaş alan Azərbaycan vətəndaşını vergi atəşinə tutunca, milyardları mənimsəyən, hələ də bu dəhşətli əməlləri davam etdirən oliqarxların, onların oğul-uşaqlarının dövlətdən oğurladıqlarını tapıb, büdcəyə qaytarmaq daha vacib və sərfəlidir. Vətəndaşın qəpik-quruşundan bir şey olmaz, korrupsionerlərin qanunsuz mənimsədikləri milyardları aşkarlamaq dövlətə, millətə daha faydalıdır. Necə deyərlər, qaçanı qovmaq lazımdır.

Məmurların nəzarətindəki tender tələsini sındırmağım zamanı çoxdan çatıb. Dövləti soyurlar açıq-aşkar. Nazirin, komitə sədrinin, agentlik rəhbərinin, deputatın, icra başçısının oğlunun şirkəti yüz milyonlarla tenderin qalibi olur. Özü də hər il, hər hərracda! Bunun qarşısını almaq çoxmu çətindir?!

Bu adamlar üzdə mövcud hakimiyyəti, Azərbaycanın maraqlarını müdafiə etdiklərini deyirlər, arxa planda tamam başqa niyyətlər üçün çalışırlar.

Dövlət başlatdığı və getdikcə sürətləndirməkdə olduğu bu prosesi uğurla başa çatdırsa, ciddi nəticələr görmək olacaq. Əks təqdirdə, böhran dərinləşəcək, bu qüvvələr daha da güclənəcək.

Globalinfo.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25
Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42
Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36
“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34
Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42
Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40
Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22
Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20
Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17
Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13
“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09
Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59
Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36
Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34
Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru