Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                     Nigar Fərhadın anası axtarışa verilib? .....                     Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... .....                     Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb .....                     " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                     ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? .....                     Başınızı qaldırıb, bir az da camaatı dinləyin... .....                     Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər .....                     Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət .....                     Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? .....                     46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? .....                     Dillər Universitetində nələr baş verir? .....                     “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” .....                     “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” .....                     Mingəçevirdə MilliÖN problemi .....                     FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb .....                     Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... .....                     “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... .....                     Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? .....                     İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir .....                     Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb .....                     Yusif Ələsgərovsayağı qohumbazlıq... .....                     Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? .....                     Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı .....                     Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa .....                     İlqar Bayramlı ilə bağlı ilginc iddialar .....                     Laçındakı görüş Ermənistanda təşviş yaratdı .....                     "Heç kəsin fikri mənim üçün önəmli deyi" .....                     “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” .....                 

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər” - İTTİHAM VAR...
Tarix: 6-10-2025, 12:48 | Çap et

Lənkəranın dərin küçələrindən birində, illərini alova qarşı mübarizəyə həsr etmiş bir adam var — Pərviz Yusubov. O, 2004-cü ildən bu yana Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Yanğınlar içindən qorxmadan keçən, insanların həyatını xilas etməkdən çəkinməyən, peşəsini qürurla daşıyan bir yanğınsöndürən kimi tanınıb.

 Amma bu dəfə alov onu binada yox, öz xidməti otağında, öz iş yoldaşlarının içində yandırdı.

“Məni boğmağa çalışdı, telefonumu sındırdı…”

2025-ci ilin 25 iyun tarixində Pərvizin həyatında dəhşət yaşanır. O gün bölməyə yeni təyin olunmuş zabit Hüseynağa Hüseynzadə ilə arasında mübahisə düşür. Qısa zamanda söhbət fiziki qarşıdurmaya çevrilir.

“O, məni boğmağa çalışdı. Bədənimdə xəsarətlər var idi. Telefonumu da sındırdı. Mən sadəcə işimi görürdüm, heç kimə pislik etmirdim”, — deyə, Pərviz hadisəni göz yaşları ilə xatırlayır.

Pərviz o gün xidmətdə idi. Lakin ona qarşı zorakılıq edən zabit nə cəzalandırılır, nə də sorğu-suala tutulur. Əksinə, hadisəni ictimailəşdirməyə çalışan Yusubovun özü susdurulur.

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər”

Hadisədən sonra Pərviz Nazirliyin şəxsi heyət üzrə rəisi Sənan müəllimə müraciət edir. Deyir, haqsızlığa uğramışam, araşdırma istəyirəm. Amma cavab gözlədiyindən fərqli olur:

“Məni dinləmək istəmədilər. Əksinə, təzyiq göstərib dedilər, ‘ərizə yaz, çıx’. Mənə haqsızlıq edən qaldı, mən getdim”.

Yusubov iddia edir ki, zabit Hüseynzadə həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.

“Hüseynağa özü demişdi ki, bölməyə gəlmək üçün Seymur Baxşıyevə 6 min manat vermişəm. Mən inanmamışdım, amma indi hər şey yerinə oturur”, — deyə, o bildirir.

“Üç dəfə töhmət alıb, amma yenə qorunur”

Yusubovun sözlərinə görə, Hüseynzadənin intizam tarixi heç də təmiz deyil. O, FHN Akademiyasında işlədiyi üç il ərzində üç dəfə töhmət alıb.

“Belə bir adam indi bizdə zabit kimi işləyir. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq, idarəyə məxsus avtomobillərlə avtoşluq edir. Mən isə sadəcə həqiqəti dediyim üçün işdən çıxarılıram”, — deyə, Pərviz acı-acı gülümsəyir.

O, bu günə qədər aldığı həkim rəylərini, bədənindəki xəsarət izlərini belə qoruyur. Amma nə bu sənədlər, nə də illərin xidməti onu qoruyub.

“Cənab nazir, bəlkə siz eşidərsiniz”

Pərviz Yusubov indi tək bir ümidə söykənir — nazir Kəmaləddin Heydərovun ədalətinə.

“Cənab nazirin bu hadisədən xəbəri yoxdur. Əgər bilsə, mütləq tədbir görər. Mən artıq başqa heç kimə güvənmirəm. Bu qurumda ədalət varsa, onu yalnız o bərpa edə bilər”.

Onun səsi titrəyir, baxışları uzaqlara yönəlir. Həyatını xilas etdiyi insanların evlərində indi sakitlik var, amma onun içində haqsızlığın alovu sönmür.

“Yeni gələnlər vəzifə alır, təcrübəlilər isə kənarda qalır”

Yusubov deyir ki, FHN-də bu cür hallar artıq tək-tük deyil. Yeni gələnlər vəzifə alır, amma illərini xidmətə vermiş əməkdaşlar sistemdən sıxışdırılır:

“Bu, tək mənim başıma gəlmir. Təcrübəli kadrlar kənara atılır, tanışlıqla gələnlər isə baş tacı edilir”.

Onun sözlərinə görə, Lənkəranda və digər şəhərlərdə də oxşar hallar var, amma çoxları qorxudan danışmır.

“Mən qorxmuram. Mən yanğından da keçmişəm. Amma ədalətsizlik alovundan yanmaq daha ağırdır”.

Susqunluq davam edir

Hadisə ilə bağlı hələlik Fövqəladə Hallar Nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.

Arazpress.com məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün sorğu göndərib.

Pərviz Yusubov bu gün işsizdir, amma içində bir qərarlılıq var — “əgər səsini çıxartmazsansa, belə bir təhlükə sabah başqasının da başına gələcək”.

Onun səsi indi təkcə bir əməkdaşın fəryadı deyil, FHN-dəki sistemli özbaşınalıqlara qarşı bir xəbərdarlıqdır.


 araz.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25
Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42
Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36
“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34
Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru