Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                 

GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Tarix: 22-05-2025, 11:17 | Çap et

Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…

53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.

Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasınını da yaratmağa nail olub...

İslahat görüntüsü arxasındakı reallıq

2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.

Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...

 

Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.

DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdam sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduöu bildirilirdi.

Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.

İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.

Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.

Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.

Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.

Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4” kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.

Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.

Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir...

Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group” MMC bunlardan biri kimi gpstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğ qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.

Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...

Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.

Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Bu gün, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Bu gün, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Bu gün, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Bu gün, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Bu gün, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Bu gün, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Bu gün, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Bu gün, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Bu gün, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Bu gün, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Bu gün, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru