
“MÜĞƏNNİ OLA BİLMƏDİ”
Müğənni Əli Mirəliyev xalq artisti Səməd Səmədov barəsində yenə də qalmaqallı açıqlama verib. Buna səbəb, bir müddət öncə həmkarı Səməd Səmədovun fəxri ad almasıdır. Əli Mirəliyev Lent.az-a açıqlamasında şou-biznesdə qalmaqal yaradacaq fikirlər səsləndirib:
“Mən hansı şou-biznes nümayəndəsinin haqqında söz deyirəmsə, xalq artisti adını alır. Misal üçün Səməd Səmədov xalq artisti oldu. Ancaq müğənni ola bilmədi, olmayacaq da.. Məncə bu gedişlə şou-biznes düzələn deyil”.Müğənni bildirib ki, o, bədii şuraya üzv seçilsə, müğənnilərin səksən beş faizi sənətdən getməlidir.