Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                 

“BU ADI ONA NƏYƏ GÖRƏ VERİBLƏR?”
Tarix: 1-10-2012, 09:52 | Çap et
“BU ADI ONA NƏYƏ GÖRƏ VERİBLƏR?”
BƏSTİ CƏFƏROVA: “ÖZÜMÜ TOPARLAMAĞA GÜC TAPDIM”

Xalq artisti Bəsti Cəfərovanın Milli.Az-a müsahibəsi.

Dosye: Bəsti Əli qızı Cəfərova 1959-cu il iyunun 13-də Bakıda doğulub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissor sənətimizin fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında özünün işləməsində hazırladığı "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi və Fanarçı), "Yuğ" Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" əsəri əsasında səhnələşdirilən "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb.
Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb - Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız", S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q.Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Kesariya ("Kaş araba aşmayaydı!..", O.İoseliani), Xanuma ("Xanuma", A.Saqareli) və s.
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da Pəri ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Gülay ("Ər və arvad", Mar Bayğıyev), Alina ("Astana", Anatoli Dudarev), Rəna ("Analar", Əzizə Cəfərzadə) kimi fərqli rollarda çıxış edib. Filmoqrafiyasında hələlik yalnız O.Mir-Qasımın 2008-ci ildə çəkdiyi "Günaydın, mələyim!" filmindəki aktrisa Sahibə obrazı var.
B. Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.

- Yeni mövsümə necə əhvalla başlamısınız?

- Sizə deyim ki, axırıncı dəfə 2003-cü ildə istirahət etmişəm. Ötən yay, ümumiyyətlə, son iki-üç il lap gərgin keçib - bir il əvvəl anam dünyasını dəyişdi, qızımın orta məktəbin son siniflərində artıq qəti peşə seçimi və hazırlığı da bu ağır hadisə ilə bir vaxta təsadüf etdi. Amma Allahın köməkliyi ilə qızımın həyatının birinci mərhələsində onun üçün nəsə edə bildiyimə görə bu itkinin öhdəsindən gələ bildim - artıq o, Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsinin tələbəsidir. Yüksək bal toplayıb dövlət hesabına təhsil alan tələbələrdən biri oldu. Bütün bu gərginliklərə baxmayaraq, teatrdakı fəaliyyətim üçün özümü toparlamağa güc tapdım.

- Bizim sənət adamları çox vaxt övladlarının bu sahədən peşə seçmələrini təqdir eləmirlər. Sizdə necə, qızınızın kifayət qədər nadir hallarda rast gəlinən sənət seçimi ürəyinizcə oldu?

- Mən də qızımın aktrisa olmağını istəmirdim. Gözəl sənətdir, qətiyyən peşman deyiləm ki, bütün ömrümü bu sənətə həsr etmişəm. Bir var, başqa adamlar kimi sənət bayramı adlı ovqatı, məsələn, ayda bir dəfə yaşayasan, bir də var, hər gün bu ovqatın içində olasan. Bu, əlbəttə ki, çox gözəldir.

- Deməli, sizin üçün hər halda birinci yerdə bu sənətin fərəhləndirici tərəfidir?

- Əlbəttə, mən bütün həyatımı buna həsr etmişəm, bu, mənim yolumdur, bunu necə inkar edə bilərəm? Qızım isə heç balaca vaxtı da nə teatrda, nə kinoda heç bir rolda çıxış etməyib. Altı yaşına qədər onu ümumiyyətlə teatra yaxın buraxmamışam, anamın himayəsində olub. Məktəbə gedəndən sonra isə bütün tamaşalarıma gətirirdim. Aktrisa olmasını ona görə istəməmişəm ki, bu yolun çox keşməkeşli olması heç kimə sirr deyil. Düzdür, mən bacardım, çətinliklərdən, fitnə-fəsadlardan, intriqalardan sınmadım, istedadımın, zəhmətimin bəhrəsini gördüm.

İstəməzdim ki, qızım da bu yolu keçsin, üstəlik, axı aktyorluq çox asılı sənətdir. Amma həmişə istəmişəm ki, incəsənətin başqa bir sahəsindən özünə peşə seçsin. İncəsənət Gimnaziyasında rəssamlıqda oxuyurdu, istedadı, bacarığı xüsusən xalçaçılıqda daha böyük idi. Mən çox istəyirdim ki, o, ya modelyer-dizayner olsun, ya da teatrşünas. Amma ən son anda dedi ki, istəyirəm, sənin kimi elə bir işlə məşğul olum ki, ömrü boyu bir dəfə də məni bezdirməsin. Məlum oldu ki, kinorejissor olmaq istəyir.

Mən onun seçimini bəyənirəm. Bəlkə də bunu oxuyanda xoşu gəlməyəcək, deyib ki, birinci filmimin adını "Yaxşı ana" qoyacam. Bunu eşidəndə çox təsirləndim - həm sənətdə uğurlu karyera qurmaq, həm də övladından belə etiraf eşitmək xoşbəxtlikdir. Bilmirəm, nə dərəcədə yaxşı ana olmuşam, amma qızıma həm atalıq eləmişəm, həm analıq. Çalışmışam ki, onu xeyirxah insan kimi tərbiyə edim, qadın xoşbəxtliyini dəyərləndirən xanım olmasını arzulamışam.

Hikkə, yoxsa məhəbbət?

- Bəs sizin peşə seçiminiz necə baş verib?

- Biz dörd bacı olmuşuq, mən üçüncü bacıyam. Uşaq vaxtı xorda oxusam da, rəqsə getsəm də, bacılarımdan fərqli olaraq görünüşüm də, səhhətim də səhnəyə, ekrana uyğun olmayıb. Səhhətim zəif idi, üstəlik, eynək də taxırdım. Özüm də tarixçi, arxeoloq olmaq istəyirdim, sirli şeylər məni çox cəlb edirdi. Amma səkkizinci sinifdə oxuyanda, mən Bakının nümunəvi məktəblərindən biri olan 82 nömrəli məktəbi bitirmişəm, bir gün sinif yoldaşlarımla yenicə çəkilmiş "Nəsimi" filminə baxmağa getdik. Belə bir maraqlı şairin həyatından bəhs edən bu tarixi film mənə çox təsir etdi, orada çəkilmiş rəhmətlik Telman Adıgözəlov isə diqqətimi elə cəlb etdi, ona elə vuruldum ki, aktrisa olmaq qərarına gəldim.

Biz Telmanla həmişə yalnız səmimi dost olmuşuq. Amma mənim aktrisa olmağımda onun ekran obrazından təsirlənməyim, doğrudan da, böyük rol oynadı. Özünə də etiraf etmişdim. Tələbə ola-ola bizim görkəmli rejissorlarımızdan biri, mərhum Tofiq Kazımovun təşəbbüsü ilə Azdramaya dəvət olundum. Təxminən eyni vaxtda da onun ən layiqli tələbələrindən biri, rəhmətlik Vaqif İbrahimoğlunun Aktyor Evində yaratdığı Tədris teatrına cəlb olundum, "Dədə Qorqud" dastanının motivləri əsasında hazırladığı tamaşada iştirak etdim.

Vaqif müəllimlə "Qanun" televiziya tamaşasının çəkilişlərində tanış olmuşduq. Vaqif İbrahimoğlu böyük şəxsiyyət idi. O, dünyasını dəyişəndə bildim ki, sən demə, məndən cəmi 10 yaş böyük imiş. Halbuki həmişə mənə elə gəlirdi ki, yaş fərqimiz xeyli çoxdur, çünki cəmi 30 yaşında "YUĞ" teatrının təməli olan elə bir studiya yaratmaq, orada o cür tamaşalar qoymaq başqa təəssürata yer qoymurdu. Hamı onu müəllimi kimi qəbul edirdi, mən də son günədək ona "Vaqif müəllim" deyə müraciət edirdim. Onunla görüşmək içindəki ağırlıqdan qurtulmaq, yeni nəfəs qazanmaq demək idi. Adamın əhvalını dəqiq duyub lazım olan sözləri demək qabiliyyəti var idi.

- Bəsti Cəfərovanın tənqidə münasibəti necədir?

- Bu yaxınlarda bir tənqidçi mənim sənətə məhəbbətimi hikkə adlandırıb. Bu, artıq sağlam tənqid deyil. Adını çəkməyi layiq bilmədiyim o tənqidçidən soruşmaq istəyirəm ki, bu, necə böyük hikkədir ki, teatrın yaxşı günündə də burada olmuşam, pis günündə də? Bu, bizim xəstəliyimizdir, son vaxtlar isə tendensiya şəkli alıb - bacarıqlı, istedadlı adamların qiymətini onlar dünyalarını dəyişəndən sonra veririk. O hikkə söhbətindən sonra Məryəm xanım (teatrşünas Məryəm Əlizadə - red.) dedi ki, belə danışanlar sənin əfsanələşməyindən qorxurlar. Gördüm ki, doğrudan da, belədir - Natəvanı, Ağabəyim ağanı, Afəti, Fedranı oynamış Bəsti Cəfərovanın istedadını, bacarığını etiraf etmək çox çətindir. Hələ üstəlik, Xanuma kimi maraqlı komik obrazın da öhdəsindən gəlməyim bəzilərinin gözünü ağrıdır.

- Ondan əvvəl "Kaş araba aşmayaydı!.." tamaşasında gördüyümüz Kesariya obrazı da adət etdiyimiz obrazlar qalereyanızda əlahiddə yer tutdu...

- Bəli. Əsəri oxuyanda mən özüm bu personajı seçdim. Çünki səhnəyə belə görkəmdə də çıxmaqdan qorxmuram. Əslində, Kesariya "apar-gətir" qəbilindən olan obrazlardandır. Onu Bəhram Osmanov mənə uyğunlaşdırıb mizanlar qurdu və belə maraqlı obraz alındı. Hamı da gördü ki, belə rollar da məndə yaxşı alınır. Məni zaldakıların diqqətini tamaşa boyunca bir neçə paltar dəyişməklə saxlamaqda qınayanlar gördülər ki, bütün tamaşanı bircə libasla da oynayıb, balaca rolu böyük obraza çevirməyi bacarıram. Bir neçə libas dəyişməyi irad tutanların sözündə isə qərəzdən başqa bir şey yoxdur. Bəyəm mən o libasları özüm üçün dəyişirəm, yoxsa beş dəqiqə ərzində qaranəfəs libas dəyişmək asan işdir? Bütün bunlar tamaşaçı üçündür. Səhnə gözəlliyi, vizual effekti sevir. Özüm də təbiətcə surətpərəstəm.

Bəzi aktyorlar tamaşaçının xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Mən belə deyiləm. Məni sevən, qəbul edən tamaşaçılar bəsimdir. Tamaşaçılarımın sayı heç də az deyil. Yaş kateqoriyaları da, kontingentləri də müxtəlifdir. Hətta deyə bilərəm ki, hamı məni qəbul edir. Özü də bu, təkcə tamaşaçılara aid deyil. Hələ bu vaxta qədər elə bir rejissor olmayıb ki, mənimlə bir dəfə işləyəndən sonra növbəti dəfə işləmək istəməsin.

Rejissorlardan, ümumiyyətlə, məni dəyərləndirən hər kəsdən çox razıyam. Dövlət tərəfindən də əməyim vaxtında qiymətləndirilib. Yaşıdlarım arasında ən tez əməkdar artist adına da layiq görülmüşəm, xalq artisti adına da. Heç kimdən də belə reaksiya hiss etməmişəm ki, bu adı ona nəyə görə veriblər? Çünki bu teatrda fəaliyyətə başladığım gündən rejissorlar tamaşanı mənim üzərimdə qurmağa həvəsli olublar, bacarığım da göz qabağındadır. Səmimiyyətimə inanın ki, hətta bu vaxta qədər o fəxri adları almasaydım belə, bundan ötrü giley-güzar edən deyildim. Bəli, mən iddialı aktrisayam, bəli, böyük rollar oynamaq mənim üçün maraqlıdır.

Xanumaya qayıdıb demək istəyirəm ki, bu obraz çoxdan mənim fikrimdə idi, hətta estrada aktyorluğu fakültəsində dərs dediyim vaxtlarda tələbələrimlə bu əsəri qoymaq da istəmişdim. Amma personajlarla iştirakçıların sayı uyğun gəlmədiyi üçün alınmadı. Yaxşı ki, teatrda bu əsərə müraciət etdik və çox uğurlu tamaşa alındı. Düzdür, bəzi tənqidi fikirlər oldu. Amma fakt odur ki, premyeradan bəri üçsaatlıq bu tamaşaya tamaşaçılar nəinki sona qədər baxırlar, ikinci dəfə də gəlirlər. Çünki tamaşanın bütün komponentləri yerindədir, aktyorların hamısı yaxşı oynayır.

"Xanuma"nın uğurlu taleyi elə nazirliyin nümayəndələri üçün oynadığımız təhvil tamaşasında həll olundu - nazirliyin musiqi sektorunun rəhbəri Fərəh xanım Əliyeva müzakirədə dedi ki, bu tamaşa mənim xoşuma gəldi, bir də gəlib baxacam. Sonra gördük ki, tamaşaçıların əksəriyyəti bir neçə dəfə bu tamaşaya gəlib baxırlar.

Dediyim kimi, bu, nə təkcə mənim oyunuma görə ola bilər, nə də bəzi bədxahlarımın dediyi kimi, bir neçə libas dəyişdiyimə görə. Sadəcə, yaxşını görmək üçün yaxşı göz lazımdır. Tamaşaçının gözü isə tərəzidir. Hətta tamaşaçılar rol bölgüsünü də bəzi rejissorlardan yaxşı aparırlar.

Mən heç vaxt özümü sevdirməyə çalışmıram. Heç bir yerdə heç kimdən hörmətsizlik görməmişəm. Amma təbii ki, məni də sevməyənlər var. Bax həmin adamlardan uzaq olmağa çalışıram.

Bəziləri onları sevməyənlərin mühitinə nəyin bahasına olursa-olsun daxil olmağa, nəyisə sübut etməyə çalışırlar. Bu, birinci növbədə həmin adamın özünə ziyan verir, qeyri-səmimi olmaq məcburiyyətində qalır.

Bir də düzlüyü, səmimiliyi axmaqlıq kimi qavrayanları sevmirəm. Mənim həyat amalım "ən böyük biclik düzlükdür" həqiqətidir. Ola bilər, bəziləri bunu anlamırlar, amma mən də onları anlamıram. Məni sevənlər də, qəbul etməyənlər də bilsinlər ki, fakturam, səhhətim imkan verdikcə səhnədə olacam. Bizdə, görürsünüz də, aktyorlar teatrı necə tərk edirlər, nə vaxt getmək lazım olduğunu özümüz hiss edirik.

"Aktyorun içində belə keyfiyyətlər olmasa..."

- Nədənsə bizim aktyorların əksəriyyəti birbaşa fəaliyyətləri ilə bir qədər erkən vidalaşırlar. Özlərini elə bil tez qocaldırlar. Məsələn, Rusiyada səksən yaşında aktyorların da potensialından istifadə olunur.

- Yox, məsələ özünü tez qocaltmaqda deyil. Aktyoru bezdirən situasiyalar olmasa, o, səhnəni tərk etməz. Mən situasiyanı çox yaxşı anlayıram, belə bir hal hiss edən kimi gedəcəm. Həm də bu gün mənim səhnədə olmağımı teatrın rəhbərliyi də çox istəyir. Allaha şükür, bu günə qədər rol problemim olmayıb. Əksinə, elə mərhələ olub ki, mənə qadağa qoyulub. Amma bütün çətinliklərə baxmayaraq, mən ən müxtəlif obrazların öhdəsindən gəlmişəm. Natəvanın son monoloqunu çox sevirəm, çox şadam ki, "Poçt şöbəsində xəyal"ın ilk səhnə həyatı mənim də adımla bağlıdır, oradakı Ədiləni oynadığıma görə çox məmnunam. Televiziyada, kinoda işlərim o qədər də çox olmasa da, hamısı maraqlıdır.

- Kinoda elə bircə rolunuzu görmüşük. Niyə belə?

- Əvvəllər dəvət edirdilər, sonra da zəng edib deyirdilər ki, bağışlayın, sınaq çəkilişindən keçmədiniz. Zaman keçdikcə bu hal mənim üçün qəbuledilməz oldu, artıq özüm dəvətləri qəbul etmirdim.

- Amma televiziya tamaşalarından söz düşəndə ən parlaq təəssüratlardan biri kimi ilk yada düşən "Ər və arvad" tamaşası, sizin ifanızdakı Gülay obrazı olur...

- Hə, belə etirafları kifayət qədər eşidirəm. O tamaşa, doğrudan da, mənim üçün çox əzizdir. Aktyorun içində belə keyfiyyətlər olmasa, rol o dərəcədə yaxşı alınmaz ki, 28 ildən sonra da xatırlansın, baxılsın.

İndi paralel olaraq iki əsərin tamaşasının məşqlərinə başlamışıq - Elçinin "Cəhənnəm sakinləri" ilə Brextin "Kuraj ana və uşaqları". Özü də, bilirsiniz ki, artıq bir müddətdir, tamaşalar dünya standartlarına uyğun olaraq qısa vaxt ərzində hazırlanır. İnşallah, gəlib görəcəksiniz ki, bu iki müxtəlif tamaşa paralel vaxtda hazırlansa da, oyun tərzimdə heç bir eynilik yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru