SİYAVUŞ NOVRUZOVUN SÖZÜ QURTARIB
Tarix: 28-09-2012, 12:57 |
Çap et
“DAHA NƏ DEYƏ BİLƏRİK?”
“Hüquq mühafizə orqanları öz işlərini görürlər...”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deputat Gülər Əhmədova ilə bağlı məlum videqalmaqal barədə Baş Prokurorluğun açdığı cinayət işinə münasibət bildirib. Modern.az saytına açıqlamasında S.Novruzov bildirib ki, artıq hüquq-mühafizə orqanları öz işlərini görürlər.
“Biz daha nə deyə bilərik? Hüquq mühafizə orqanları öz işlərini görürlər. Biz bu prosesin nəticələrini gözləyirik. Nəticəyə uyğun YAP açıqlama verəcək”-deyə YAP rəsmisi bildirib.