"Əcəb etdin, mənə nə sən yatdın, yoxsa oyandın?"
Tarix: 25-09-2014, 09:55 |
Çap et
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva sosial şəbəkədə şəkillər paylaşan tanınmışlardan bəhs edib.
Axşam.az-ın məlumatına görə, aparıcı “Gündəlik” verilişində onların ünvanına sərt sözlər deyib:
“Hər səhər saytlara baxır, xəbərlər oxuyuram. İnstaqramdan verirlər. Kimsə yataq otağında şəkil çəkir, qoyur: Biz oyandıq... Yemək yedim... Əcəb etdin, mənə nə sən yatdın, yoxsa oyandın? Özü də bunu məşhurlar edir. Səhəri gün bu haqda yazanda da, başlayırlar ki, neynədim ey? Gedib hamamda nəsə edəndə də paylaşacaqsan? Mən belələrini tərbiyədən kənar insanlar hesab edirəm. Bağa getdin, uşağınla gəzdin, dənizdə oldun – bunları çəkib paylaş. Başqa şeyləri göstərməyin yeri yoxdur”.
Qeyd edək ki, ötən gün aparıcı Zaur Baxşəliyev həyat yoldaşı ilə yataqda fotosunu paylaşaraq, “Biz oyandıq” sözlərini yazmışdı. Onun bu hərəkəti sosial şəbəkədə müzakirələrə səbəb olub.