AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Tarix: 6-06-2026, 09:23 | Çap et

Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan müəllim, bildiyimizə görə, hazırda Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli film üzərində çalışırsınız. Memar Əcəminin irsini tamaşaçılara hansı aspektdən təqdim etməyi planlaşdırırsınız?

- Film hazırda istehsalat mərhələsindədir və inşallah, ilin sonuna qədər tamamlanacaq. Düşünürəm ki, bu ekran əsəri vasitəsilə tamaşaçılara Memar Əcəmi haqqında dolğun və dəyərli məlumat təqdim edə biləcəyik. Çəkilişlərin əsas mərhələsinə iyulun əvvəlində start veriləcək. Çəkilişlər indi də davam edir, amma bunlar daha çox sənədli kadrlardır. Naxçıvanda sənədli materialların çəkilişini həyata keçiririk.

- Müasir Azərbaycan kinosunun durumunu necə dəyərləndirirsiniz? Sizcə, yerli kino sənayesinin beynəlxalq arenada daha güclü təmsil olunması üçün hansı addımlar atılmalıdır?

- Yaradıcı insan kimi düşünürəm ki, bu istiqamətdə müəyyən işlər görülür. Əlbəttə, görülən işlər daha da təkmilləşdirilə və proses daha yaxşı aparıla bilər. İstərdim, prosesdə aktivlik güclənsin.

Azərbaycan kinosunun beynəlxalq arenada təmsil olunması üçün ölkədə kino istehsalat sistemi tam formalaşmalıdır. Hazırda bu formalaşma prosesi gedir. Kinomuz tam formalaşandan sonra beynəlxalq arenaya çıxışdan daha detallı danışmaq mümkün olacaq. Hələ ki proses fərdi şəkildə, sistemsiz formada, əsasən yaradıcı şəxslərin və ayrı-ayrı layihələrin hesabına gedir.

Davamlı nəticəyə nail olmaq üçün Azərbaycan kino istehsalat sistemi mükəmməl şəkildə formalaşmalıdır. Bu istiqamətdə işlər davam edir.

- Prosesin sürətlənməsi ilə bağlı real və ümidverici perspektivlər mövcuddurmu?

- Ümid həmişə var, bunun yaxın və ya uzaq zamanda baş verəcəyini isə demək çətindir. Bunlar təşkilati məsələlərdir, bir sıra əlavə nüanslarla bağlıdır.

Həm istehsalat sisteminin təkmilləşdirilməsi, həm maliyyə mexanizminin tənzimlənməsi, həm də kino haqqında qanunun qəbulu kimi məsələlər bu prosesə daxildir. Bütün bunların nə vaxt baş verəcəyi barədə isə, yenə təkrar edirəm, yaradıcı insan kimi mən dəqiq proqnoz verə bilmərəm. Fikrimcə, ən azı 10 il ərzində bu prosesin yekunlaşması mümkündür.

- Filmlərinizdə vətənpərvərlik, insan münasibətləri və mənəvi dəyərlər tez-tez ön plana çıxır. Bu mövzuların seçilməsi şəxsi həyat fəlsəfənizlə nə dərəcədə bağlıdır?

- Təbii ki, bilavasitə bağlıdır... Belə bir söz var: “Aşıq gördüyünü oxuyar”. Yaradıcı insan da ürəyindən keçən arzuları tərənnüm etməyə çalışır və özünün psixoloji-mənəvi durumunu ekrana köçürür. Başqa variant yoxdur.

Mən özüm fərqli insanam, filmlərim isə tamam başqa cürdür - bu da ola bilməz. Hər bir yaradıcı insan öz düşüncələrini, mənəvi duyğularını ekrana köçürür.

- Uzun illərdir kino sahəsində fəaliyyət göstərirsiniz, müxtəlif nəsillərin nümayəndələri ilə çalışmısınız. Kino sənətinə gələn gənc rejissor və aktyorlara ən vacib tövsiyəniz nə olardı?

- Hamımız incəsənət sahəsinə müəyyən arzu və ideallarla gəlirik. Belə bir deyim var: incəsənət qurban tələb edir. Burada söhbət, əlbəttə, başqa mənada qurbanlardan getmir. İnsan ilk növbədə öz üzərində işləməli, bəzi şəxsi xüsusiyyətlərindən, təkəbbüründən və eqosundan uzaqlaşmağı bacarmalıdır.

Bu sənətə digər texniki peşələr kimi yanaşmaq olmaz. “Bu sənət mənə nə verəcək, həyatıma nə qatacaq?” sualını yox, “Mən Azərbaycan kinosu üçün nə edə bilərəm, onun inkişafına necə töhfə verə bilərəm?” sualını verməlisən. Bu yolda ən vacib keyfiyyətlər səbirli olmaq, təkəbbürdən uzaq durmaq, daim öz üzərində çalışmaq və dünya kinosuna açıq olmaqdır.

Milli dəyərlərimizi ön plana çıxarmaq da son dərəcə vacibdir. Çünki bugünkü dünyada özümüzü məhz milli kimliyimiz və milli dəyərlərimiz vasitəsilə tanıda bilərik. Ortaq bəşəri dəyərlər hər yerdə təbliğ olunur. Amma xalqları və mədəniyyətləri bir-birindən fərqləndirən, maraqlı edən məhz milli xüsusiyyətlərdir.

- "Dolu” filminin uğurunun əsas səbəbini nədə görürsünüz, onun Azərbaycan kinosundakı yerini necə dəyərləndirirsiniz?

- Əlbəttə, “Dolu” filminin Azərbaycan kinosunda özünəməxsus və müstəsna yeri var. Düşünürəm ki, hər bir sənət əsərinin yaranmasında təkcə peşəkarlıq deyil, həm də zamanın ruhu, insanların duyğuları və müəyyən mənada ilahi bir qüvvənin himayəsi mühüm rol oynayır. “Dolu” filmində bir çox amillər bir nöqtədə qovuşub.

Bir tərəfdən Birinci Qarabağ müharibəsinin ağrısı və nisgili, digər tərəfdən insanların qəlbində yaşayan Qarabağa qayıdış arzusu vardı. Eyni zamanda, Qarabağ uğrunda döyüşən qəhrəman oğullarımızın tarixini gənc nəslə çatdırmaq kimi böyük bir missiya da daşıyırdıq.

Filmin istehsalında iştirak edən hər bir insanın - istər kino işçisi, istərsə də bu prosesə dəstək verən digər şəxslərin - ürəyində ortaq bir arzu dolaşırdı: Qarabağa qayıtmaq arzusu. Şükür ki, bu arzu gerçəyə çevrildi...

- Kino sahəsinin hazırkı inkişafı üçün hansı resepti təqdim edərdiz?

- Bir sıra mühüm amilləri qeyd edərdim. Kino istehsalı yalnız rejissor, operator, ssenari müəllifi, aktyor və ya rəssamdan ibarət deyil. Kino istehsalat prosesində ümumilikdə 75-dən artıq müxtəlif peşə sahəsi iştirak edir. Bu sahələrin mütəxəssislərinin peşəkar təcrübə qazanması və ixtisaslarını təkmilləşdirməsi üçün xarici ölkələrdə təhsil və təcrübə proqramlarına cəlb olunmalarına ehtiyac var.

Eyni zamanda, gənclərin kino prosesində yetişməsinə və peşəkar hazırlığına olan ehtiyacı vurğulamalıyıq.

Kino sənayesinin inkişafı üçün ən vacib məsələlərdən biri çəkiliş prosesinin davamlı olmasıdır. Çünki bu sahədə təcrübə qazanmağın ən effektiv yolu çəkiliş meydançasında işləməkdir. Film istehsalı dayandıqda peşəkar inkişaf prosesi də ləngiyir.

Qarşıda duran vacib məsələlərdən biri də kino haqqında qanunun qəbul edilməsidir. Kino istehsalı digər sahələrdən əhəmiyyətli dərəcədə fərqlənir və özünəməxsus xüsusiyyətlərə malikdir. Bütün bu spesifik məqamlar qanunvericilikdə nəzərə alınmalıdır. Qarşıda həm maliyyələşmə mexanizmləri, həm istehsalın həcmi, həm də sənayenin inkişaf perspektivləri baxımından həllini gözləyən çoxsaylı vəzifələr durur.

Hesab edirəm ki, bütün bu məsələlər kompleks şəkildə müvafiq kino qanunvericiliyinin formalaşdırılması və qəbulundan sonra daha sürətli və sistemli şəkildə həllini tapacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru