Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                 

"Bir az da vəzifəsində qalsaydı, "Qız qalası"nı da uçurdub, yerində göydələn tikəcəkdi" - İTTİHAM
Tarix: 26-06-2024, 08:59 | Çap et
"Bir az da vəzifəsində qalsaydı, "Qız qalası"nı da uçurdub, yerində göydələn tikəcəkdi"
Mədəniyyət Nazirliyi ötən həftə Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yaydı. Sənəddə diqqətçəkən məqam qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:

“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

Bəllidir ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlamışdı: “Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Bəs Hacıbala Abutalıbov rəsmi ittihamlara nə deyir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Hacıbala Abutalıbovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

“Hacıbala oturub Qax rayonunun Sarıbaş, İlisu kəndlərindəki villalarında, orada istirahət edir. Tapmaq istəsəniz, oradadır. O, mənim xeyrimə çıxarılan 3 məhkəmə qətnaməsini icra etmədiyinə görə 3 ildən 7 ilə qədər həbs cəzası ala bilər”. Bu barədə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında deyib. Xalq artisti xatırladıb ki, zamanında Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olub: “Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə "Qış parkı" salınarkən milyonlar qazanmaq üçün başladılar orada tələsəm-tələsik parnik, dibçək ağacları basdırmağa. Həmçinin ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparılmağa. Halbuki həmin ərazi çökmələr, sürüşmələr var. Beləliklə, heç bir hazırlıq görmədən milyonlar qazanmaq üçün hər şeyi verdilər ekskavatorun ağzına. Bir dəfə isə gecənin bir aləmində evimin düz yanında 8-9 metr yer qazıb, qaraj düzəltmişdilər. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Hacıbala Abutalıbova müraciət etsəm də, heç bir nəticəsi olmadı. Dəfələrlə məhkəmə mənim xeyrimə qərar versə də, Abutalıbov 3 məhkəmə qətnaməsini yerinə yetirməkdən qaçır. Lakin bunun özü cinayət məsuliyyəti yaradır. Yəni ya Abutalıbov məsuliyyətə cəlb olunub, həbs edilməlidir, ya da mənim evimi necə dağıdıbsa, onu yerinə qoymalıdır. O ki qaldı Abutalıbovun dövründə Bakıdakı tarixi binalara, mədəni abidələrə zərər vurulmasına, Abutalıbov zamanında “Qış parkı” salmaq adı ilə dövlətdən küllü miqdarda pullar taladı. Qışa aidiyyəti olmayan guya “Qış parkı” saldı - altı qara, üstü beton. Hətta bahalı parnik ağacları gətizdirdi, indi iki ildən bir onları dəyişdirirlər, çünki işə yaramır. Əldə etdiyi milyonlarla indi Qaxın kəndlərində kef edir. “Qış parkı” salınanda ərazidə möhtəşəm, Azərbaycanda analoqu olmayan üçmərtəbəli, ağ, mərmərdən tikilmiş binanı uçurtdular. Bu bina Nobel qardaşlarına məxsus idi. Bina o qədər möhtəşəm tikilmişdi ki, bulduzerlər onu dağıtmaqda çətinlik çəkirdi. Dünyanın hər yerində bu cür binaları şərəf və ləyaqətlə qoruyub, saxlayırlar. Yoxsa ki “Bakı mənimdir, Bakı mənim şəhərimdir” deyə-deyə Abutalıbov gözəl Bakını acınacaqlı, bərbad vəziyyətə saldı. Dövlətdən “pul yemək” üçün tarixi binaların divarlarını qaşıyıblar. Dəfələrlə buna etiraz edirdim ki, bu cür binaların divarlarını qaşımaq olmaz, onun daşlarını qorumaq, xüsusi avadanlıqlara bərpa etmək lazımdır. Məndən şikayət etmişdilər ki, “Mahmudbəyov bizi qoymur işləməyə”. Ən dəhşətlisi burasındadır ki, Bakıda tarixi binaların qorunması, onlara zərər vurulmaması haqqında mətbuatda, mediada səsimi ucaldanda, buna görə tənqidlərə məruz qalanda heç kəs səsini çıxarıb, Bakı haqqında fikirləşmirdi. Abutalıbovun dövründə Bakının siması, xarakteri, obrazı itdi, dəyişdi, milli mədəni arxitekturamız eybəcər hala salındı. Bakı bu gün “köhnə daraq dişinə” bənzəyir, əndirəbadi göydələnlərlə bərbad vəziyyətə salınıb. Heç bir şəhərsalma mədəniyyətindən, estetikadan söz gedə bilməz. Harada, necə gəldi göydələnlər tikiblər. Bir binada birinin mətbəxi, o biri binadakının yatağına, qonaq otağına baxır, məcbursan ki, bütün günü pərdələri bağlı vəziyyətdə saxlayasan.

Bir sözlə, Abutalıbov Bakını xarabaya çevirib, eybəcər göydələnlərlə yükləyib. Bircə “İçərişəhər” qalıb. Abutalıbov bir az da qalsaydı, “Qız qalası”nı uçurdub, yerinə göydələn tikəcəkdi. Bu baxımdan hesab edirəm ki, Bakının bu günə salınması böyük istintaq işidir. Onu bu günə salanlar qanun qarşısında cavab verməlidir, Abutalıbov da başda olmaqla..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru