“Hansısa yüngül əxlaqlı qadına o xoşbəxtliyi yaşatmaram ki, gedib desin ki, filankəsin ailəsini mən dağıtdım” - Zülfiyyə Nəzər Məmmədova
Tarix: 3-02-2024, 10:43 | Çap et
 Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova Moderator.az-ın suallarını cavablandırıb. -Zülfiyyə xanım, bir müddət əvvəl qadın aktrisalarımız üçün filmlərdə baş rolların yazılmamasından şikayətlənmişdiniz. Buna səbəb nədir? -Son vaxtlar bizdə qəribə bir tendensiya yaranıb. Filmlərdə kişilər önəmli mövqelərdə olurlar, seriallarda isə əksinə qadınları baş rola gətirirlər. Seriallarda hadisələr hansısa bir qadının üzərində cərəyan edir, filmlərdə isə əksinə. Bu bilirsiniz nədən irəli gəlir?! Son illərdə bizdə film sektorunda durğunluqdur. Bədii filmlər, müxtəlif taleləri kəsb edən filmlər az lentə alınır. Çəkilən filmlərdə də kişi qüvvəsinə önəm verilir. Əgər həddindən artıq filmlər çəkilsə, rəqabət yaransa, artıq kişi yaxud qadın fərqi qoyulmayacaq. Bu fərq filmlərin az çəkilməyindən irəli gəlir. Çünki hər hansı bir kişinin başına gələn hadisələri macəra halından ssenari halına gətirmək daha asandır, nəinki hər-hansı qadının başına gələnləri ssenariləşdirmək. Seriallarımızda isə qadınların başına gələn hadisələri şaxələndirib ssenari halına gətirmək daha rahatdır.
-Özünüzü şanslı aktrisa hesab edirsiniz? -Əlbəttə, özümü şanslı aktrisa hesab edirəm. Ən əvvəl ona görə ki, böyük, əfsanəvi aktrisamız Amaliya Pənahovanın tələbəsiyəm, onun məktəbini keçmişəm. Amaliya xanımın yaratdığı Bakı Bələdiyyə Teatrının kollektivində mən də varam və məni bu teatra özü gətirib. Onun haqqı üzərimdə çox böyükdür. Heç vaxt mən bu haqqı ödəyə bilməyəcəm. Allah ona qəni-qəni rəhmət etsin. Hər bir sənətçi hər zaman arzulayır ki, nəhəng rollar oynasın. Mən də hər zaman bunu istəmişəm. Konkret arzuladığım bir rol yoxdur, amma istərdim ki, hər zaman xarakterik rollarım olsun. Həmin rollarla yadda qalım, tamaşaçıya təsir edə bilim. Mənə gəlib tamaşa edən tamaşaçı günlərlə mənim rolumun təsirindən çıxmasın. Gecə yatanda obrazımı fikirləşsin. Əgər mən bunu bacara bilirəmsə demək ki, artıq nəsə alınıb. -Hansı obrazı oynamazsınız? -Mənim üçün elə bir obraz yoxdur. Əgər rolun ümumi xarakteri, ssenarisi mənim xoşuma gələrsə, mən hər bir rolu oynayaram. Ümumiyyətlə çalışıram ki, səhnədə komplekssiz olum. Aktyor-aktrisa kompleksli olanda özü-özünü geriyə atır. Çalışıram ki, içimdən o rolu necə oynamaq gəlirsə oynayım, necə göstərmək lazımdırsa o formada göstərib, tamaşaçıya təhvil verim.
-Həmkarlarınıza, müğənnilərə efirlərdə bahalı hədiyyələr verilir. Özü də tanımadıqları şəxslər tərəfindən. Amma sizdə bunun şahidi olmamışıq. Olmaya siz efirdə hədiyyə qəbul etmirsiniz? -Hamı bilir ki, bu kimi hallar insanın daxili boşluğundan əmələ gəlir. Daxili zəngin olan insan, sənətində öz gücü ilə, istedadı ilə azacıq da olsa uğur qazanmış şəxs heç vaxt belə primitiv, görməmiş variantlara əl atmır. Artıq bütün dünyada bu kimi sterotiplər, piar kompaniyalar çoxdan dəbdən düşüb. Bizdə nədənsə hələ də aktuallığını qoruyur. Efir vasitəsilə hədiyyə verməyi uşaq da bilir ki, bu göstəriş üçün olan bir şeydir və qurmadır. Çünki hədiyyə verən insan niyə efirdən versin ki?! Təklikdə çağırıb, hədiyyəni verər də. Bu əlbəttə ki, gülünc, bayağı, şit bir hərəkətdir. Başqa bir açıqlaması yoxdur. -Bir müsahibənizdə demisiniz ki, “xəyanətə görə ailəmi dağıtmaram”. Bəlkə də bu fikirdə olan tək-tük xanımlardansınız. -Hələ də bu fikrim qüvvədə qalır. Heç bir vaxt ailəmi xəyanətə görə dağıtmaram. Hansısa yüngül əxlaqlı qadına ailəmi peşkəş etmərəm. Bacardığım qədər, ikiəlli ailəmi tutub saxlayaram. Heç bir qadına o xoşbəxtliyi nəsib etmərəm ki, o hardasa gedib desin ki, filankəsin ailəsini mən dağıtdım. Ailə tamam başqa şeylərə görə dağıla bilər. Əgər tərəflərdən birinin ciddi psixoloji problemi varsa, ziyanlı vərdişləri varsa bu halda ailə dağıla bilər. Amma xəyanıət etdi, maaşı az gətirdi, ona belə baxdı kimi sözlərə görə ailə dağılmaz.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
|