Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində danışıb. O, aparıcının "Niyə tənginəfəs olmusunuz" sualına belə cavab verib:
"Bir az ağrıyıram. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".