"Koronadan sonra səhhətim bərbaddır, artıq bezmişəm" - Əməkdar artist
Tarix: 22-11-2023, 11:44 |
Çap et
Əməkdar artist Elmira Ələkbərzadənin səhhətində problem yaranıb.
Qaynarinfo xəbər verir ki, sənətçi ağrı-acılardan bezdiyini qeyd edib:
"Bu lənətə gəlmiş miqren məndən əl çəkmir, bezmişəm, belə zülm olar? Koronadan sonra səhhətim bərbaddır. Möhkəm ağrılar və mədə bulanmasından boğaza yığılmışam. Dərman da içirəm, keçmir. Artıq bezmişəm".