Müğənni Hiss bu yaxınlarda bir neçə günlük Almaniyanın Frankfurt şəhərinə səyahət edib.
Səfərin əsas məqsədi hər il keçirilən "Dance your style" adlı rəqs yarışmasının dünya finalında iştirak etmək olub. Belə ki, sözügedən festivala Hiss Azərbaycandan ulduz qonaq qismində dəvət edilib. Sənətçi imicində də dəyişiklik edib. O, qara saçları yenidən qırmızı rəng ilə əvəzləyib.
Qeyd edək ki, ölkəmizi bu yarışda Haku Malik təmsil edib.