Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                 

Azərbaycanlı məşhurlardan kimin nə qədər cəriməsi var? - ARAŞDIRMA
Tarix: 16-10-2023, 12:29 | Çap et
Azərbaycanlı məşhurlardan kimin nə qədər cəriməsi var?
Yolda sürət həddini aşanlar... İşıqforun qırmızı işığında keçənlər... Avtomobilləri cərimə meydançasına aparılanlar... 18 - 6500 AZN aralığında cərimələnənlər.... Bu dəfə söhbət yol hərəkəti qaydalarını pozan şou-biznes əhlindən gedir.

Bahalı malikanələri və lüks avtomobilləri ilə gündəmdən düşməyən məşhurlar qayda pozunutuları və onlara yazılan böyük məbləğdə cərimələrlə də sosial şəbəkələrin və medianın müzakirə obyektinə çevriliblər. Sadaladığımız qanun pozuntuları arasında tanınmışların daha çox sürət həddini aşma, təhlükəsizlik kəmərindən istifadə etməmə hallarına rast gəlinir.

Onlar qaydalara bu cür yanaşaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Verilişlərdən birində Xalq artisti Niyaməddin Musayev həmkarı Məleykə Əsədova ilə rayonlardan birinə tədbirə gedən zaman yolda artıq vaxt itkisi olmasın deyə sükan arxasında Əsədovanın əyləşdiyini, yolda bir neçə dəfə radara düşdüyünü, hətta radarları 120 km sürətlə keçdiyini etiraf edib. Müğənni Şəbnəm Tovuzlu bir neçə dəfə təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil sürüb. İfaçı maşını idarə edərkən polis əməkdaşlarının yanından keçib və onlara əhəmiyyət də verməyib.

Məşhurlar sadəcə özlərinin deyil, zaman-zaman övladlarının həyatlarını təhlükəyə atacaq qayda pozuntularına yol veriblər. Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin azyaşlı oğlu Məhəmməd Əli ilə sükan arxasına əyləşdiyi görüntüləri paylaşmışdı. Kadrlarda onun körpəsinin həyatını təhlükəyə atdığı əks olunmuşdu. İdmançı Kamil Zeynallı isə "Gelandewagen" markalı avtomobilinin sükanını 10 yaşlı qızına etibar edərək onun həyatını təhlükəyə atmışdı.

Tanımışlara yol hərəkəti qaydalarına riayət etmədikləri üçün müəyyən məbləğdə cərimələr də tətbiq olunur. Bəzən onlar bu cəriməni vaxtlı-vaxtında ödəyir, bəzən isə yığılır və məbləğ artır. Mətbuatda yer alan xəbərə əsasən, müğənni Ayaz Qasımovun 6500 AZN-dən çox cəriməsi olub və bu cərimə ona daha çox işıqforun qırmızı işığında keçdiyi üçün yazılıb. Yayılan xəbərlərdən sonra sənətçinin köməkçisi cərimənin ödənildiyini bildirib. Bir müddət əvvəl verilişə qatılan Əməkdar artist Nigar Şabanovanın isə cəmi 18 AZN cəriməsi olduğu müəyyən edilib.

Məşhurlar efirə qonaq olarkən yol hərəkəti qaydalarını pozduqlarını, lakin bəzən polislərin onlar tanınmış şəxs olduqları üçün güzəştə getdiklərinni bildiriblər. Lakin bu xoşagəlməz vəziyyətin baş verməsi, eyni zamanda bunu yaxşı iş görürmüş kimi milyonlarla tamaşaçı qarşısında etiraf edilməsi heç də müsbıt hal deyil.

Məsələ isə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. O saytmıza açıqlamasında bildirdi ki, məşhur şəxslərin öz adlarından istifadə edərək yol qaydalarını pozması cəmiyyətdə onlara qarşı ikrah hissi yaradır:
"İstər tanınmış şəxs, istərsə də hər hansı bir ictimai xadim olsun. Hər kəs qanunlara hörmətlə yanaşmalıdır. Məşhur insanların öz nüfuzundan istifadə etməsi doğru hal deyil. Bu cəmiyyətdə olan digər insanlarda onlara qarşı ikrah hissi oyadır. Bəzi vətəndaşlar xüsusilə də sosial şəbəkələrdə bu cür adamların qayda pozuntularına öz etirazlarını bildirirlər. Hamının diqqətinə çatdırırıq ki, belə şəxslər barəsində də qanun qarşısında nə lazımdırsa, hansı tədbir görülməlidirsə, o tədbirlər də həyata keçirilir. Bəziləri informasiya resurslarında yayımlanır, bəziləri isə yayımlanmır. Amma qanun qarşısında hamı etdiyi əmələ görə məsuliyyətə cəlb olunur”.

Araz Əsgərli çalışdığı illər ərzində belə hallarla şəxsən özünün də rastlaşdığını etiraf edib və tanınmış şəxsləri qayda pozuntularına yol verməməyə çağırıb:

"Mənim iş təcrübəmdə belə hallar çox olub. Özüm şəxsən yol hərəkəti qaydalarına riayət etmədiyi üçün bir neçə tanınmış şəxsə irad bildirmişəm. Onlar bu nüfuzu məşhurluğu pis niyyətlə istifadə etməməlidir. Bu gün ölkəmizdə Azərbaycan polisi qayda-qanunların icrası zamanı öz qətiyyətli mövqeyini nümayiş etdirir ki, heç bir halda narazılıq yaranmasın. Biz çalışırıq ki, adi vətəndaşlarla yanaşı, nüfuzlu və tanınmış şəxslər də yol-hərəkəti qaydalarına riayət etsinlər. Təhlükəsizlikləri üçün mütləq kəmərdən istifadə etsinlər. Onlar xalq üçün bir nümunə olmalıdır. Yaxşı olduqdan sonra adi vətəndaşlarımız da onlardan yaxşı nümunə götürəcəklər. Məşhurlar da öz məsuliyyətlərini dərk etməlidir və qayda pozuntularına yol verməməlidirlər, onlara yazılan cərimələri də vaxtlı-vaxtında ödəməlidirlər”.

Avtomobillə yolda olarkən özümüzün və digər yol iştirakçılarının həyatına təhlükə yaranmasın deyə qaydalara əməl etmək lazımdır. Çünki təhlükə gələndə bu adi vətəndaşdır və ya tanınmış şəxsdir deyə bir seçim etmir. Qanunlara riayət edərək yaşayaq ki, həyatımızı təhlükədən qoruyaq.

Mənbə: baku.ws










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru