BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                 

“Mədəniyyət naziri də, ona məsləhət verən də kinodan uzaq adamdır” - ETİRAZ
Tarix: 9-10-2023, 11:43 | Çap et
“Mədəniyyət naziri də, ona məsləhət verən də kinodan uzaq adamdır”
“Mədəniyyət ocaqları bazar iqtisadiyyatının yazılmış və yazılmamış sərt qanunları qarşısında acizdirlər”

Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor Hüseyn Mehdiyev Yenicag.az-a müsahibəsində Azərbaycan kinosunun mövcud durumunu dəyərləndirib və bu sahədəki problemlərə işıq salıb. DİA.AZ onunla söhbəti təqdim edir:

– Söhbətimizin əvvəlində bir rejissor olaraq, kinonun indiki durumu ilə bağlı fikirlərinizi bilmək istərdik…

– Kinomuzun bugünkü durumu çox acınacaqlıdır… Heç bilmirəm, nədən başlayım, ki, Allaha xoş getsin. Elə bil bilərəkdən hər şey tərs istiqamətdə hərəkət edir. Təsəvvür edirsiniz, istedadlı sənətçilərimiz var, onların elə vaxtıdır ki, durmadan, gecə-gündüz yaratmalıdırlar, filmləri qızıl qiymətindədir. Amma onlara bu imkan verilmir.

– Onlara imkan verilməməsinin səbəbi nədir?

– Səbəb kinomuzda davamlı aparılan “islahat”lardır ki, bunun da bir sonu görünmür. Üç ilə yaxındır ki, ölkə prezidentinin fərmanına uyğun olaraq kino ictimaiyyəti, yəni kino sahəsinin peşəkarları Mədəniyyət Nazirliyi ilə birgə kinonun inkişaf konsepsiyası üzərində işləyib geniş müzakirələr apararaq vahid proqram qəbul ediblər. Bunun əsasında konsepsiyanı həyata keçirəcək qurum qismində Kino Agentliyi yaradılıb. Aydındır ki, konsepsiya və onu həyata keçirəcək bu qurum kino ictimaiyyətinin “yaradıcılıq fantaziyası” deyil, dünya, eləcə də yerli kinematoqrafiyanın geniş analizindən yararlanan, beynəlxalq təcrübəyə söykənən, ən əsası, ölkəmizin real iqtisadi, sosial durumundan çıxış edən fundamental təkliflər paketi idi.

Nə yaxşı ki bunlar ölkə prezidentinin fərmanları ilə təsdiq edildi və “axır ki hər şey həll olundu, artıq başlamaq olar” deyə hamı rahatlıqla nəfəs aldı. Amma… Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdi. Yeni komanda gələndə, Kino Agentliyi dənizə çixmağa hazır olan gəmiyə bənzəyirdi, sadəcə, “lövbər”i qaldırmaq və “gəmi”ni dənizə buraxmaq lazım idi. Onu da vurğulayaq ki, yeni komanda üçün nazirlikdə kinodan başqa problemlər yetərincə idi… Amma “lövbər” qaldırılmadı və “gəmi” dənizə buraxılmadı… Bunun əvəzinə, hər şey aydın və şəffaf olan vəziyyətə dəyişdirilir. Ortalığa kinodan uzaq olan, kinonun təbiətini bilməyən “oyunçu”lar cəlb edilməklə, ara qarışdırılır, çaşqınlıq yaradılır və peşəkarlar bir-bir getməyə məcbur olurlar. Daha doğrusu, getməyə məcbur edilirlər. Nazirlikdəki yeni komanda peşəkarların qəbul etdiyi kinonun inkişaf konsepsiyasını kənara qoyaraq kinodan uzaq olan bir-iki boşboğazın nəzəri postulatlarını həyata keçirməyə başlayıb. Özlərini də elə aparırlar, elə bil, ortada olan kinomuzun taleyüklü məsələsi yox, nazirlikdə mebel dəyişdirmə işidir. Ən dəhşətlisi odur ki, mədəniyyət naziri də, ona məsləhət verən də kinodan uzaq adamdır. İndi görün, nə “kino” alınacaq…

– Bəs Kinoforumda aparılan müzakirələrin heç bir nəticəsi olmadı?

– Forum yaxşıdır, amma əgər o hansısa artıq verilmiş qərarlara demokratik don geydirmək üçün bir vasitə deyilsə… Kinoforumdan əvvəl nazir Adil Kərimlinin kino ictimaiyyəti ilə geniş tərkibdə ilk görüşü oldu və o, bu görüşdə kinomuzla bağlı ilk proqramını açıqladı: “Dövlət daha kino çəkməyəcək! Özəl sektoru inkişaf etdirmək lazımdır”. Başqa sözlə desək, özəl studiyaların, özəl sektorun axsamasını “Dövlətin kino çəkməsində” görən “kino biliciləri”miz naziri istiqamətləndiriblər və onlar da “çıxış yolunu” milli kinomuzun məbədi olan “Azərbaycanfilm”in çökdürülməsində görürlər. Gün kimi aydındır ki, özəl sektor bir bəhanə idi. Burada məqsəd yüzillik tarixi olan, milli kinomuzun yaradılmasında, formalaşmasında vacib rol oynayan, indi də bu funksiyanı yerinə yetirən kinostudiyamızı sıradan çıxarmaqdır. Kino sistemindən bir balaca başı çıxan bunu başa düşürdü. Axı məlumdur ki, kinostudiya anlayışı nə deməkdir, kino sənayesinin inkişafında onların rolu nədir və bunların mülkiyyət formasının əsas məsələyə heç bir dəxli yoxdur. Əlbəttə, əgər söhbət doğrudan da milli kino sənayemizin inkişafından gedirsə… Özəl sektorun inkişafına gəlincə, onlar yaxşı bilirlər ki, onun inkişafı üçün nə lazımdır… İlk addım – milli kinomuzun inkişafına ayrılan vəsaitin müsabiqəsindən həmin milli kinomuzun məbədi olan “Azərbaycanfilm”i uzaqlaşdırırlar. Yəni onun müsabiqədə iştirakına qadağa qoyurlar. Əsl “bazar iqtisadiyyatı”dır, elə deyilmi? Olmaz, vəssalam! Sonra, “yeni konsepsiyada, eləcə də yeni sistemdə Azərbaycan kinosunu təşkilatlandırmaq – prodüser məktəbinin, uyğun institutun tətbiqinə başlamaq” arzusunda olduqları bildirilir. Təsəvvür edin, bütün bunları bizə istehsalat, sənaye, sistem anlayışlarından uzaq olan yazar sənətçimiz Orxan Fikrətoğlunun dili ilə çatdırırlar. “Yeni konsepsiyada və yeni sistem”də kinomuzu quran nəzəriyyənin ideoloqu kimdir? Kinodan bixəbər olan “KVN”nin keçmiş rəhbəri, ümumi nəzəri terminləri ilə ətrafı çaşdırıb-titrədən, kinomuzu ekosistemin qurulması ilə “xilas” etmək istəyən kreativ-hüquqşunas Rəşad Əzizov! Bəlkə o sadəcə, ifaçıdır və kinomuzu məhvə aparan “qüvvələr” yenidən dirçəlib?

– Belə qəti fikirləriniz nədən yaranır?

– Sizcə, büdcə pulu ilə özəl sektoru inkişaf etdirmək olar? Bu qərarı verənlər görəsən maraqlanıblarmı ki, bəs 30 illik yeni tariximizdə kino sahəsində özəl sektor niyə inkişaf etməyib? “Azərbaycanfilm” mane olurdu? Yəqin maraqlanmayıblar… Maraqlansaydılar, onda bilərdilər ki, “Azərbaycanfilm”in özəl sektorun inkişafında ancaq müsbət rolu olub, cənablar qoy bilsinlər… Mən bir neçə dəfə demişəm ki, biznes strukturlarında kinomuzu, ümumiyyətlə, mədəniyyətimizi məhvə aparan qüvvələr var. Onlar vaxtaşırı şou-biznes nümayəndələrinin vasitəsilə “Azərbaycanfilm”ə və kinomuza ləkə atmaqla məşğuldurlar. “Onların çəkdiyi kino nədir”, “Heç bir xeyri olmayan filmlər çəkirlər”, “Filmləri çəkib polkaya qoyurlar” kimi əsassız iradlar bildirirlər. Mən onların kinomuzun taleyini, nəhayət əllərinə aldıqlarından şübhələnirəm. İndi də yavaş-yavaş arzularına çatmaq istəyirlər.

– Bildiyim qədər, “Azərbaycanfilm”in 100 illiyi ilə bağlı kino ictimayyətinin ölkə prezidetinə müraciəti də oldu…

– Bəli. Müraciətdə “Azərbaycanfilm” kinostudiyasına Milli status verilməsi təklif olunmuşdu. Mədəniyyət ocaqları bazar iqtisadiyyatının yazılmış və yazılmamış sərt qanunları qarşısında acizdirlər. Təcrübə göstərir ki, hətta aidiyyatı qanunların bir maddəsi belə, unikal mədəniyyət ocaqlarını məhvdən sığortalamır… Əfsuslar olsun ki, bizim müraciətimizdən hələ bir xəbər yoxdur. Təklifimizin prezidentə çatıb-çatmadığını bilmirik. Amma mən onu bilirəm və tam məsuliyyətlə deyirəm ki, “Azərbaycanfilm”i məhv etmək istəyən şəxslər milli kinomuzun məhvini arzulayanlardır. Bunu isə ancaq düşmənlər arzulaya bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru