Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraili tərk edə bilib
Tarix: 9-10-2023, 09:54 |
Çap et
Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
DİA.AZ APA-ya istinadla xəbər verir ki, barədə o, sosial media hesabında bildirib.
O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.