Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                 

"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
Tarix: 7-03-2023, 10:36 | Çap et
"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?

- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır.

- Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?

- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm.

- Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var?

- Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır.

- Mükəmməl aparıcı necə olmalıdır?

- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar.

- Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz?

- 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm.

- Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu?

- Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır.

- Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız?

- Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru