“İnternational” klinikasının plastik cərrahı ilə Flora Kərimova çəkişmədə - TƏFƏRRÜAT
Tarix: 27-02-2023, 13:46 |
Çap et
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib. Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb.
DİA.AZ bildirir ki, Reportyor.info-nun əldə etdiyi məlumata görə, plastik cərrah S.Heydərova “İnternational” klinikasında fəaliyyət göstərir. F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib.