“Mən kişi kimi qadınam, ər nəyimə lazımdır... - ailə həyatı qursaydım gənclik illərimdə qurardım..."
Tarix: 10-12-2022, 09:40 | Çap et
 “Mən kişi kimi qadınam, ər nəyimə lazımdır? Ailə həyatı qursaydım gənclik illərimdə qurardım. Mən balalarımı tək böyütmüşəm. Onların əziyyətini çəkmişəm, kipriyimdə od götürmüşəm. Mənim brilliant kimi 3 nəvəm var. Allah onların toylarını görməyi mənə nəsib etsin. Bu sadəcə olaraq Elgiz Əkbərin yeni il qabağı bir zarafatı idi. Kübra xanıma elçi düşən özü utanar. Sadəcə olaraq “Elgizlə izlə” verilişinə 63 yaşlı bir kişi evlənmək üçün müraciət etmişdi. Kişidən soruşdum ki, nəyin var? Dedi ki, heç nəyim! Dedim ki, 63 yaşında sənə kim gəlsin?! Bu yaşda evlənmək eşqinə düşən kişi düşünməlidir ki, qadın mənə nəyə görə gəlsin?! Evin yox, eşiyin yox, ağzında bir dişin də yoxdur. Kim rahat həyatını buraxıb sənə gələr?! Dedim ki, get ağlını yığ başına, o arvadının ayaqlarından öp, səni bağışlasın. O qadın sənin üçün 5 övlad dünyaya gətirib”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, məşhur aktrisa Kübra Əliyeva deyib. O, ailə həyatı qurması ilə bağlı yayılan xəbərləri yalanlayıb. Aktrisa bildirib ki, artıq rahat həyat yaşayır. “Hər yaşın öz gözəlliyi olduğu kimi, bu yaşın da öz gözəlliyi var. Çox gözəl yaşdır. Övladlarımı böyütmüşəm, onların da öz övladları var. Demək olar ki, əziyyətim bitib. Kübra xanım özü üçün yaşayır. Düzdür, bəzən problemlər olur, onları həll etməyə çalışıram. Şükür Allaha ki, çətin, ağır günlərim geridə qaldı. Oğluma görə əziyyət çəkirdim, Allah heç bir balanı yoldan çıxarmasın. Evdə yeməyimi hazırlayıram, özümə və nəvələrimə qulluq edirəm. Nəvələrim gündə gəlib mənə baş çəkirlər. Bu gözəllik deyil, bəs nədir?” deyə sənətkar bildirib. Kübra Əliyeva deyib ki, 50 ildir ki, avtomobil idarə edir. “Gecələr maşın sürmək istəmirəm. Düzdür, gözlərim yaxşıdır, amma özüm istəmirəm. Çünki şəhərdə maşın çoxdur. 50 ildir ki, maşın idarə edirəm. 5-ci avtomobilimdir. Daha maşın almayacamş 70 yaşından sonra sürücülük vəsiqəsini 2 illik verirlər” deyə o bildirib. Kübra Əliyeva teatr üçün darıxdığını amma bununla belə heç vaxt səhnəyə qayıtmayacağını da bildirib.
“O gün teatrımızın aktrisası Zemfira Nərimanova ilə məclislərdən birində görüşdük. Zemfira məni, mən də onu qucaqlayıb ağladıq. Mənə dedi ki, sənin yerin görünür. Hər insana nəsib olmur ki, düşdüyün kollektiv səni ürəkdən sevsin. Mən o kollektivi, onlar da məni sevdi. Bu gün teatrda işləmək çox çətindir. Teatrın özünə baxanda ağlamağım gəlir. Binamız ortalıqda qalıb, sağından və solundan yol keçir. Əvvəl qabağında yer var idi, maşınlarımızı orada saxlayırdıq. Teatrdan getməyimə qətiyyən peşman deyiləm. Bu gün yuxularıma da teatr gəlir. Həmkarlarımın heç biri səhnədə yoxdur. Nə Telman yoxdur, nə Siyavuş, nə də ki, Hacıbaba. Bir dəfə Nəsibə xanım gözəl bir söz demişdi. Demişdi ki, odu söndürüb, külü ilə oynayıram. Çünki Bəşir Səfəroğlu və Lütfəli Abdullayev artıq həyatda yox idilər. İndi mən də gəlim kiminlə oynayım?! Bu günlərdə çox hörmətli Aqil Abbasın aktyorları müdafiə etdiyinin şahidi oldum. Əgər aktyorların problemlərini Milli Məclisinin deputatı ürək yanğısı ilə işıqlandırırsa, bunu yalnız alqışlamaq olar. Mən çox hörmətli Qənirə xanıma da sidq ürəkdən təşəkkür edirəm. O biz sənətkarlara çox böyük diqqət göstərir və bizləri qoruyur” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
| • Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26 |
|
|
|
| • “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17 |
|
|
|
| • “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04 |
|
|
|
| • Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01 |
|
|
|
| • Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56 |
|
|
|
| • Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53 |
|
|
|
| • AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42 |
|
|
|
| • Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34 |
|
|
|
| • Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13 |
|
|
|
| • Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08 |
|
|
|
| • Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01 |
|
|
|
| • İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48 |
|
|
|
| • Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42 |
|
|
|
| • “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40 |
|
|
|
| • "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37 |
|
|
|
| • 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33 |
|
|
|
| • AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29 |
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
|