İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi .....                     Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib .....                     Müştərilər fırıldaqdan təngə gəlib... .....                     Neftçilər Gününü ac qarına qeyd edən neftçi... .....                     Mikayıl Cabbarov bu işi bacarmadı... .....                     Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? .....                     Bölgələrimizin inkişafı bundan asılıdır... .....                     İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... .....                     Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü .....                     Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər .....                     Son çıxışında Putin Rusiyasını ifşa etdi .....                     BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                 

"Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır"
Tarix: 11-05-2022, 12:55 | Çap et
"Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır"
Rusiyada yaşayan tanınmış Azərbaycan telejurnalisti Xəyal Tağıyev 1905.az saytına müshaibə verib.

DİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Siz uzun illərdir mediada deyilsiniz, yaşadığınız Moskva şəhərindən Azərbaycan mediası necə görünür? Ötən illər ərzində nələr dəyişib?

– Asan sual deyil. Çünki istər-istəməz mən mütəmadi şəkildə izləmirəm, bunun obyektiv və subyektiv səbəbləri var. Amma mənim düşüncəmə görə, müşahidələrimə görə müəyyən mənada texniki cəhətdən, proqramların rəngarəngliyi, çeşidi baxımından irəliləyiş var. Bunu formaca dəyişiklik adlandıra bilərik. Televiziyaların, reklamların imkanı artıb. Mənim müşahidələrimə görə, Azərbaycan iqtisadi cəhətdən çox fəal bir ölkəyə bənzəyir. O cəhətdən reklam bazarı Rusiyadakı kimi geniş olmasa da hər halda var. Biz bu ilin fevralına qədərki Rusiyadan danışırıq. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Bir o qədər də reklam bazarı geniş deyil. Amma buna baxmayaraq mən düşünürəm ki, Azərbaycan televiziyalarının maliyyə imkanlarının artırılması üçün yetərlidir. Türkiyə ilə əlaqələr, Türkiyədə gedən proqramlara diqqət, ümumiyyətlə dünya televiziya kontentinə bizim diqqətimiz ona gətirib çıxarır ki, Azərbaycan televiziyalarında bir çox proqramlar özündə həmin o təcrübəni əks etdirir. Xüsusilə ictimai televiziyada dünya proqramlarına bənzərlər çoxdur. Həm də müəyyən verilişlərin bənzərlərinin yayılması məsələsində müəlliflik hüquqları ilə bağlı məqamlar var. O müəlliflik hüquqlarını əldə etmək imkanları yaranıb. Bu baxımdan təbii ki inkişaf var.

– Siz medianı və ölkəni nə vaxt tərk etdiniz?

– Mən Azərbaycan mediasını 2006-cı ildə tərk etdim. Rusiya Federasiyasınınmediasında işləmədim. Bir müddət çalışdım və telekanallarda müəyyən işlər gördüm.Amma sonra gördüm ki, bu iş mənim üçün yetərli deyil. Tamam ayrı istiqamətdə işləməyə başladım, kifayət qədər uğur əldə etdim, yəni bu sahədəki fəaliyyətim uğursuz olmadı. Buna baxmayaraq jurnalistika elə bir sahədir ki, bir dəfə jurnalistika sahəsinə girən adam ömürlük o sahədə qalır, keçmiş jurnalist olmur. Digər işlərlə məşğul olmağıma baxmayaraq mən özümü jurnalist hesab edirəm. İnsanlarla ünsiyyət qurmaqda, onların motivasiyasını artırmaqda, müəyyən proseslərin nəbzini dəqiq müəyyən etməkdə mənim bilgilərim, topladığım təcrübə böyük yardım göstərir. Jurnalistikaya qayıtmalı olsam düşünürəm ki, tamam ayrı keyfiyyətdə qayıdacam. Mən bu illər ərzində digər sahələrdə xeyli təcrübə toplamışam, necə ki mənə jurnalistika sahəsində topladığım təcrübə digər sahələrdə çalışmağıma yardımçı olub, eynən də mühasibat işindən tutmuş tikinti işlərinə qədər topladığım təcrübə mənə jurnalistika sahəsində bütün baş verən prosesləri, hadisələri düzgün, dəqiq, səlist dəyərləndirmək üçün təhlil sahəsində bir çox şeyləri daha dərindən anlamaq üçün yardımçı ola bilər.

– Bu illər ərzində hansısa bir kütləvi informasiya vasitəsi tərəfindən Sizə əməkdaşlıq təklifi daxil olubmu?

– Mənim “Press klub”la əməkdaşlığım olub. Bir neçə məqaləm çıxıb həmin saytda. Biz çox dinamik dövrdə yaşayırıq. Vaxt qıtlığı bizə bir çox zaman mane olur. Yeri gəlmişkən, mən sosial şəbəkələrdə mütəmadi olaraq imkanım dairəsində fəallıq nümayiş etdirirəm. Baxmayaraq ki, ayrı ölkədə yaşayıram mənim elə bir günüm olmayıb ki, Azərbaycanla əlaqəm və bağlılığım kəsilsin. Gündəlik Azərbaycanda baş verən prosesləri, yaşadığım ölkədə baş verən prosesləri, ümumiyyətlə dünyada baş verən prosesləri diqqətlə izləmişəm. İndi bir az vaxt baxımından bir o qədər qıt deyil vaxtım, ola bilsin hansısa təkliflər olarsa, hansısa mütəmadi şəkildə çıxış etmək imkanları olarsa təbii ki, məmnuniyyətlə çıxış edərəm, öz fikrimi söyləyərəm. Nəyə görə deyirəm fikrimi söyləyərəm çünki mən xəbər jurnalisti deyiləm. Mən vaxtilə xəbər jurnalistikasında işləmişəm və bu sahəni pis bilmirəm. Buna baxmayaraq mən təhlil jurnalisti oldum və əslində xüsusən təhlil sahəsində həm də bayaq dediyim kimi həmin təcrübə əsasında müəyyən fikirlər, müəyyən mülahizələr yürüdə bilərəm. Kimin üçünsə maraqlı olarsa öz düşüncələrimi də bölüşə bilərəm.

– Son illər ərzində bizdə yeni internet televiziyaları yaranıb. Belə bir televiziya yaratmaq fikriniz yoxdur ki?

– Mən bu televiziyaları müəyyən fasilələrlə izləyirəm. Bu bizim dövrümüzün bir fenomenidir və çox müsbət haldır. Çünki hər kəsin öz fikrini söyləmək imkanları yaranıb. Və Azərbaycanda da böyük vüsət alıb. Bilirsiniz bu nədir? İqtisadiyyatın bir qanunu var. Tələb və təklif. Bu təkcə iqtisadiyyatda işləmir, həm də ictimai proseslərdə, televiziya sahəsində işləyir. Tələb varsa o təklif yaranıb və insanlara alternativ düşüncə, alternativ mövqe nümayiş etdirilir. Yeri gəlmişkən mən birinci sualınıza qayıdaraq demək istəyirəm ki, biz formaca nə dəyişikliklərin baş verdiyindən danışdıq. Məzmun baxımından mənim gördüyüm qədərilə xeyli problemlər mövcuddur. Həm ictimai-siyasi baxımından, həm ictimai proseslərin təhlili baxımından, həm ictimai proseslərin təqdimatı baxımından, dil baxımından, vizual görüntü baxımından, reportajların vizuallaşdırılması baxımından, eyni zamanda studiyaların qurulması baxımından problemlər var. Bəzi hallarda zövqsüzlük, bayağılıq sezilir. Xüsusən əyləncəli proqramların əyləncə kontentinə bəlkə də heç adiyyatı olmaması ilə bağlı məsələlər var. Zarafat, yumor hissi yüksək intellektin təzahürüdür. Əgər televiziya bizə çox bayağı, intellektsiz yumoru təqdim edirsə bu bizə gələcəkdə xoş bir şey vəd etmir. Əslində bizim yumor, satira baxımından tarixən böyük örnəklərimiz var. O bağlılıq, o məktəb artıq yoxdur, görünmür. Yeni məktəb yaranmır. O qıtlıq varsa, yəni biz ənənəvi televiziya sahəsində, ictimai-siyasi proseslərin təqdimatında, alternativ fikirlərin təqdimatında bu qıtlıq yaranırsa onların yerini təbii ki, ayrı yayım imkanları yaranmaqla, ayrı variantlar, proqramlar tutur. Mən Azərbaycanda olduğum dövrdə yaxşı dostlardan biri mənə dedi ki, ümumiyyətlə indi televiziyaya baxan yoxdur. Hamı internet kanallarına baxır. İnsanları həmişə onların sosial problemləri, yaşayış problemləri, məişət qayğıları düşündürür. Və bu alternativi onlara verən varsa mütləq onu gedib tapacaq. Burda qorxulu, təhlükəli heç nə görmürəm əksinə televiziyalar o yöndə düşünməlidirlər. Mən ümumiyyətlə ənənəvi televiziya insanıyam, internet televiziyası adamı deyiləm. Mən düşünürəm ki, bu mənada mənim bir növ qısqanclığım da var. Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır. Fikrimcə, televiziya əməkdaşları, televiziya rəhbərliyi bu barədə düşünməlidir. Açığı mən bu barədə düşünməmişəm. Ola bilsin gələcəkdə, yaxın və uzaq gələcəkdə bu barədə düşünmək olar.

– Azərbaycan tamaşaçısı üçün Xəyal müəllimin fikirləri olduqca maraqlıdır. Eyni zamanda Xəyal müəllimin opponentinə və yaxud həmsöhbətinə verəcəyi suallar da maraqlıdır.

– Diaspor komitəsindən mənə təklif gəldi. Komitənin bir verlişi, proqramı var. “Vətən uzaqda deyil”. Orada mən rubrika açdım. İctimai TV-da gedirdi. Bu rubrika 1 ilə yaxın davam etdi. Blits-şərh adlanırdı, nəyə görə blits-şərh çünki 15 dəqiqə ərzində mən xaricdə yaşayan Azərbaycanlı jurnalistlərlə müsahibələr edirdim. Müsahibəni internet üzərindən edirdim. İndi müəyyən səbəblərə görə rubrikanı qapatmışıq.

Mən sizə deyim ki, ümumiyyətlə jurnalistika sahəsində sual-cavabda bir səmimiyyət olmalıdır. İnsanlar arasında bir səmimi əlaqə, qığılcım yaranmalıdır. Açığı mən sizdən onu duyuram. Bu yaxınlarda Elçin Şıxlinski ilə onun verlişində söhbətimiz oldu, orada özümü o dərəcədə rahat, sərbəst, asudə hiss etdim ki. Əgər jurnalist aurası ilə səni qucaqlaya bilirsə, öz səmimiyyəti ilə səndə bir səmimiyyət yaradırsa onu peşəkar saymaq olar. Bu da bir məktəbdir və mən bu məktəbi keçmişəm. Vaxtı ilə ANS-dən keçmişəm, bir müddət “Space”də işləmişəm, ondan keçmişəm, bir müddət “İnternyus” təşkilatında işlədim və özüm gənc jurnalistlərlə seminarlarda bir məruzəçi kimi iştirak etdim, hətta dərs də dedim. Bu səmimiyyətdən başqa həm də hazırlıq məsələsidir. Adicə həyatdan götürək, sizi kimsə maraqlandıranda onun haqqında məlumat toplayırsınız. Bizim vaxtımızda bu bir az çətin idi. İnternet bu dərəcədə geniş miqyas almamışdı. Biz o imkanlardan istifadə edirdik. Müxtəlif variantlarla o adam haqqında məlumat toplayırdıq. Jurnalistika elə sahədir ki, hər bir şeyə səthi yanaşır, məsələn musiqişünası dəvət ediriksə musiqi haqqında dolğun məlumatlar əldə etmək imkanımız çox məhduddur. Amma bu sahə üzrə çox adi, sadə üzdə olan məlumatları toplamaq jurnalistin borcudur və bu ona imkan verir ki verilişi maraqlı etsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru