"Deyirdi ki, ölmək istəyirəm"
Tarix: 10-05-2022, 08:17 |
Çap et
“O üz” verilişinin növbəti buraxılışı mərhum Əməkdar artist Zöhrə Abdullayevaya həsr olunub. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, proqramda qonaq olan Əməkdar artist Firuzə İbadova sənətçi ilə bağlı xatirələrini bölüşüb:
"Heç kimin məsləhətinə qulaq asmırdı. Bir gün bəstəkar Gövhər Həsənzadə, Əməkdar artist Aybəniz Haşımovayla onlara getdik ki, bir az başını qarışdıraq, dərdini alaq. Məzəli söhbət əsnasında birdən gördük ki, sanki ildırım çaxdı. Elə bildim ki, ev başımıza uçacaq. Rəhmətlik Zöhrə xanımdan bir hönkürdü çıxdı ki, indiyədək eləsini eşitməmişdim. Dedi sən məni bağışla oğlum, ağzım bir az qaçdı, güldüm. Başladı evin künclərinə qaçmağa, elə bildik dəli oldu. İnsan nə qədər ağlayar, bədəninin suyu qurudu. Onu tuta bilmirdik. Özü məsləhət verirdi, amma heç birimizin dedikləri onun beyninə batmadı. Özünü şam kimi əritdi. Dedim, Zöhrə nə etmək istəyirsən? Cavab verdi ki, ölmək istəyirəm. Görmək istəyirəm oğlum hansə tərəfdədir. Öz-özünü öldürdü".