“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                 

"Qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik"
Tarix: 4-05-2022, 09:36 | Çap et
"Qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik"
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür. DİA.AZ kulis.az-a istinadən aktyor haqqında maraqlı faktları təqdim edir.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra onun atası dünyasını dəyişir, üç il sonra isə müharibə başlayır. O, yeddinci sinfə qədər gündüz oxuyub. Səhərlər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, müxtəlif xırda-para işlər görür, saat səkkiz olan kimi isə məktəbə gedərmiş. Orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub.

İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib.

***

Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, - "Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Anam işə gedəndə mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım”.

Yarı-ac, yarı-tox uşaqlıq və məktəb illəri başa çatdıqdan sonra çilingər kimi qaz idarəsində işə düzəlir. Müharibədən sonra o, Qazaxıstana xam torpaqlara işləməyə gedir. Dostu Eldəniz Zeynalov deyirmiş ki, Kamal burdan ora basanoşkalarda getdiyindən, Qazaxıstanın sərt iqliminə düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü özünü müalicə edir. 21 yaşı olanda ordan qayıdır. Qayıdandan sonra isə 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi məşğuliyyəti hər həftəsonu teatra getmək olur. Bileti də həftənin əvvəlindən alırmış.

Kamal Xudaverdiyev 1960-cı ildə sənədlərini İncəsənət İnstitutuna verir. Rus dilini bilmədiyi üçün imtahandan kəsilir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov ondan soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir. Adil İsgəndərov onu öz kursuna qəbul edir. Kamal onun sevimli tələbələrindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır. 1965-ci ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülür. Qısa fasilələri çıxmaqla ömrünün sonuna qədər dram teatrında işləyib.

O, "Almaz”, "Aydın”, "Kral Lir", “Antoni və Kleopatra”, “Kəndçi qızı”, “Hamlet”, “Dar ağacı”, “Kəllə”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs”, “Yollara iz düşür”, “Ah Paris... Paris”, “Şah Edib", "İblis”, “Atayevlər ailəsi”, “Alov” tamaşalarında xarakterik rolların ifaçısı olub.

***

İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi olub. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əleyhinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib. Ondan sonra da aktyor başqa filmlərə çəkilib.

37 yaşı olanda dostunun toyunda gəlinin bacısını görür və ondan xoşu gəlir. Elçi gedəndən sonra ailə quran aktyorun iki oğlu dünyaya gəlir. 25 ildən artıq mənzil növbəsində olsa da bir neçə dəfə öz növbəsini evsiz olan aktyorlara verib. Aktyor xəstələnəndən sonra ona ev verilir.

***

Televiziyada son rolu Elçin Mehrəliyevin В«Yurd yeriВ» film-tamaşasında Mahal kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən didərgin düşmüş milyonların ümumiləşdirilmiş obrazı Mahal kişi ilə vətənsiz qalmağın necə ağır olduğunu anlamayanlara da anladıb.

Kamal Xudaverdiyev uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Deyilənlər görə zəhmli adam olduğu qədər də qəribəlikləri olub. Onun tələbəsi olan Mehman Piriyev Kamal Xudaverdiyevlə bağlı bir əhvalatı belə xatırlayır: “Universitetin ikinci, ya da üçüncü kursunda oxuyurdum. Mərhum Xalq artisti, böyük sənətkarımız Kamal Xudaverdiyev bizim sənət müəllimimiz olub. Bir dəfə Kamal müəllim üzü səhnəyə, arxası auditoriyaya tərəf dayanıb bizə tamaşa başa salırdı. Rol üzərində işdən danışırdı. Siqareti də stolun üstündə qalmışdı. Biz də qrupumuzda olan qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik. Bir neçə dərs belə olmuşdu. Bir dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda, Kamal müəllim gördü. Qız əlində siqaret, sakitcə Kamal müəllimin üzünə baxır, biz də heç nə olmamış kimi davranırıq. Guya xəbərimiz yoxdur. Ondan sonra Kamal Xudaverdiyev bir neçə dərs bizim gözümüzün qabağında siqaret qutusunu açardı, üstündən bir-iki dənə çəkərdi, ya çəkməzdi, dərsin sonunda siqareti həmişə stolun üstündə qoyub gedərdi. Bu hadisə dəfələrlə təkrarlanırdı. Elə edirdi ki, guya yadından çıxıb. Bu mövzuda bizə heç nə demədi. İndiyə qədər onun niyə belə etməsi mənə müəmmalı qalıb”

Qarabağ qazisi Rey Kərimoğlu Kamal Xudaverdiyev və Səyavuş Aslanla bağlı maraqlı xatirəsini belə nəql edib: "1992-ci il avqust ayının 9-da düşmən arxasında kəşfiyyat tapşırığını yerinə yetirərkən yenidən minaya düşdüm və ayağımdan yaralandım. Travmatologiya institutuna yerləşdirilmişdim. Yaralarım hələ sağalmamışdı, ancaq xəstəxanada qala bilmirdim. Yoldaşlarıma kömək etmək üçün həkimləri məcbur razı saldıq ki, bizə çıxmağa icazə verilsin və biz cəbhə bölgəsinə geri qayıdıb yoldaşlarımıza kömək edək. Razılıq alıb xəstəxanadan çıxdıq. Bakıda heç kimim yox idi, döyüşçülərlə birlikdə oturub “Mirvari” restoranında yemək yeyirdik, gördük, Səyavuş Aslan və Kamal Xudaverdiyev həmin ərazidə gəzirlər. Bizi görüb yaxınlaşdılar və xeyli söhbət etdik. Böyük sənətkarlar bildirdilər ki, bizimlə fəxr edirlər"

Oğlu Hüseyn Xudaverdiyev müsahibələrinin birində deyir. “Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi, hə, dedi, onda nə edirsiz edin. Əməliyyatdan sonra səsini itirdi. Dedi, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi “artıq gecdir” dedi. Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim.

Sonuncu dəfə çox xəstə olsa da “Mesenat” tamaşasında oynayır. Tamaşaya yüksək qızdırma ilə gedir. Həmin gün həyat yoldaşına deyir ki, ola bilsin, bu, onun son tamaşasıdır.

***

Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru