"Başqasını ailəsi ilə xoşbəxt görəndə fikirləşirdim ki, aa məndə niyə yoxdur"
Tarix: 25-01-2022, 10:51 |
Çap et
Hiss səhnə ləqəbi ilə çıxış edən Röya Məmmədova ilk dəfə uşaq evində böyüməsindən danışıb. DİA.AZ publika.az-a istinadən xəbər verir ki, sənətçi Murad Arifin “Popumuz var” verilişində qonaq olub.
“Başqasını ailəsi ilə xoşbəxt görəndə fikirləşirdim ki, aa məndə niyə yoxdur. Orda təbii ki, normal olaraq bizə yemək verirdilər, başqa bir uşaq kotleti salfetkaya büküb cibinə qoyurdu və deyirdi ki, qardaşıma aparıram. Sonra avtobusda cibindən çıxarıb iyləyirdi. Deyirdim bu, niyə belə edir, onda başa düşmürdüm. Ət görmür də neyləsin yazıq...”