"Zeynəb Xanlarovanın evində düz 22 saat ac və susuz mebel yığdıq" - AĞLASIĞMAZ OLAY
Tarix: 24-01-2022, 08:08 |
Çap et
"Zeynəb Xanlarovanın evində düz 22 saat ac və susuz mebel yığdıq". DİA.AZ bildirir ki, bu barədə ustalardan biri azinfo.tv saytına yazır.
Narazı usta daha sonra bildirir:
"Mebel dükanlarının birində usta kimi işləyirdim. Ağır işin sonunda 8də işdən çıxırdıq həmişə. 8ə 10 dəqiqə qalmış dedilər ki, Zeynəb xanım gəlir, heç kim getməsin. Elə sevinirdik ki.
Uzun sözün qısası bunun gəlib mebel bəyənib getməyi gecə saat 2yə çəkdi. 2də hərəmiz dükanın bir küncündə yatışdıq sənətkara dua edə-edə.
Sabah dedilər bəyəndiyi mebellər getməlidir.
İllərcə Türkiyədə işləmiş və təcrübəli biri kimi evinə məni göndərdilər. Getməz olaydım. Normal müştərilərin evində 2 saata gördüyümüz işi Böyük sənətkarın evində 22 saata gördük. Yox ora yaraşmadı, yox burda pis durdu deyib düz 22 saat bizə işgəncə verdi böyük sənətkar. Həm də ac və susuz. Nə çay verdilər, nə su.
Nə də izin vermədilər ki, gedib nəsə alıb zəhərlənək. 22 saatın sonunda mebel evimə yaraşmadı deyib geri qaytardı və bizə də təbii olaraq dükandan quraşdırma pulu verilmədi və mən də həmin gün istefa etdim".
İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...