"Aztv-nin yeni il çəkilişində alışıb yandım, yaxşı ki, bədənimə keçmədi"
Tarix: 17-01-2022, 09:24 |
Çap et
"Aztv-nin yeni il çəkilişində cin obrazını oynayırdım. Arxada ocaq yandırmışdılar ki, tüstü gəlsin. O tüstü də mənim geyimimə keçdi, geyimim başladı yanmağa. Çəkiliş gedə-gedə bir də gördüm dedilər ki, yanırsan. Özüm də qorxdum. Həqiqətən də yanırdım. Yaxşı ki, tez üstünə düşdülər, yoxsa tamam alışıb yanacaqdım, yanıq bədənimə də keçə bilərdi". DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.
O daha sonra əlavə edib. "Bir dəfə çəkiliş vaxtı qolum sınmışdı. Bir ay gibsdə qaldı. Bu da ikincisi idi, Allah 3-cü dən saxlasın. O vaxt çəkilişlər də çox idi, ssenarist öz işi ilə məşğul idi, dramaturgiyanı bilirdi. İndi serial və televiziya senaristlərinin dramaturgiyadan anlayışları yoxdur. Peşəkarlar qalıb kənarda, qeyri-peşəkarlar zəbt edib efirləri, televiziyaları. O senaristlərin yazdığı senarilərlə efirlərimiz söyüşlə dolub. Buna nəzarət yoxdur, peşəkarlar da çəkilib dayanıb kənarda. O zaman senzura var idi, qeyri-peşəkar insanları efirə buraxmazdılar. İndi küçədən keçəni çıxarıb televiziyada çəkirlər. Pul alıb gətirib serialda rol verirlər, o da oynayır. Bu biyabırçılıqdır, böyük faciədir" deyə aktyor bildirib.