İntiqam Soltandan TƏQDİRƏLAYİQ CƏRİMƏ QƏRARI... - 1 və 5 manat...
Tarix: 13-01-2022, 09:40 |
Çap et
DİA.AZ: - Bakı Uşaq və Gənclər Teatrının direktoru- bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan bəzi aktyorların tamaşa zamanı yerli-yersiz improvizə edərək hər hansı bir xarici dildə kəlmələrini işlətmələrini nəzərə alaraq əmr imzalayıb.
DİA.AZ-a teatrdan daxil olan məlumatda deyilir ki, aktyorlar məşq zamanı improvizə etməklə hər hansı bir xarici dildə sözlərdən istifadə etdikdə 1 manat, tamaşa zamanı bu hal təkrar olunarsa, 5 manat cərimə teatrın kassasına ödənilsin.
Tamaşa əgər xarici dildədirsə, təbii ki, bu əmr həmin tamaşaya tətbiq olunmur.