“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib” - ETİRAZ
Tarix: 8-01-2022, 10:41 |
Çap et
Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb. DİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı öz feysbuk səhifəsində bildirib ki, marketlərdə qiymətlər çox qalxıb:
“Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.
Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: “Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”