"Mənə elə gəlir ki, bütün bunların arxasında siyasi oyunlar və xəyanət var..." - ETİRAZ
Tarix: 6-01-2022, 11:46 |
Çap et
“Dünyanın hər yerində artıq mövcud olan real təbiət əhalinin sayına bəs etmir. Heç şübhə yoxdur ki, pandemiya da bu artımın qarşısını almaq üçündür. Bu ölkələrində içində elə ən salamatı Azərbaycandır. Qaldı ki, qiymətlərin gözlənilmədən qalxmasının qarşını almaq Azərbaycanda çox asandır. Çünki Azərbaycan həm təbii sərvət və ümumi təbii resurs baxımından zəngin ölkədir. Normal idarəçilik sistemi olsa, bunu nizamlamaq olar. Çox təəssüflər olsun ki, bu olunmur və bunun da ən böyük günahkarı bəzi rüşvətxor dövlət məmurlarıdır”. DİA.AZ xəbər veri ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bütün dünyada xristian dövlətlərinin müsəlman ölkələrinə qarşı təbliğat apardığını bildirib:
“Çox təəssüf ki, bu məmurların bəzilərini ayıra bilmirik və onların içində 5-ci kalon deyilən adamlar da var və onlar ölkə daxilində qarşıdurma yaratmağa çalışırlar. Adicə qazın qiymətinin qalxması nə idi ki, buna görə Qazaxıstanda evləri, binaları dağıtdılar. Burada türk respublikalarına qarşı çox təhlükəli oyunlar hazırlanır. Türksoyun yaranması və böyük tədbirin keçirilməsi sanki bütün xristian dövlətlərini bizə qarşı qaldırdı. Bunlar hamısı boş bəhanədir, həmişə çətinliklər, bahalaşmalar olub. Mənə elə gəlir ki, bütün bunların arxasında siyasi oyunlar və xəyanət var. Buna görə də mən Azərbaycan dövlətinə bir ağsaqqal kimi müraciət edirəm. Dövlətimizin bu gərginliyi ortadan götürməsi üçün bütün imkanları var”.