“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                 

“İcra əmri” bu ölkədə qalmaqala səbəb oldu
Tarix: 1-01-2022, 12:41 | Çap et
“İcra əmri” bu ölkədə qalmaqala səbəb oldu
DİA.AZ: - “Executive Order” (“İcra əmri”) adlı Braziliya filminin ortaya qoyduğu distopik gələcək mənzərəsi cəmiyyətdə ciddi tənqid və ziddiyyətli fikirlərə səbəb olub.

DİA.AZ xəbər verir ki, filmin ölkənin ifrat sağçı prezidenti Jair Bolsonaro hökuməti tərəfindən senzuraya məruz qaldığını düşünənlər az deyil.

Tanınmış aktyor Lazaro Ramosun ("Madame Sata") rejissorluq debütü olan bu film Moskvadan tutmuş Memfisədək bir sıra beynəlxalq festivalda mükafatlara layiq görülüb.

Nümayiş tarixi bəlli deyil

Ancaq filmin Braziliyada ilk nümayiş tarixi hələ məlum deyil. Ölkədə Milli Kino Agentliyinə (Ancine) qarşı ittihamlar get-gedə artmaqdadır. Agentlik Bolsonaro administrasiyasına sərf etməyən filmlərin qarşısını kəsməkdə günahlandırılır.

"Mən bunun bürokratiya, yaxud senzura olduğunu deyə bilmərəm, ancaq hər ikisi mədəniyyətin qarşısında maneədir”, – Ramos filmin Rio de Janeyro Film Festivalındakı nümayişi zamanı deyib. Bu hələlik, filmin Braziliyadakı yeganə nümayişidir.

"Executive Order" filmində baş rolları Ramosun həyat yoldaşı Tais Araujo, tanınmış aktyor və müğənni Seu Jorge ("City of God," "The Life Aquatic with Steve Zissou") və ingilis-braziliyalı ulduz Alfred Enoch ("Harry Potter", "How to Get Away with Murder") ifa edirlər.

Araujo ilə Enoch Capitu və Antonionu canlandırırlar. Capitu həkim, Antonio isə uğurlu vəkildir.

Araujo Capitunu "ilk vaxtlar irqçilikdən danışmaq istəməyən, sadəcə yaşamaq istəyən qara qadın” kimi təsvir edir.

"Ancaq sonradan həyat öz çağırışlarını edir və o məsələnin dərinliklərinə dalmalı olur”, – o deyir.

Struktur irqçilik

Filmin adının götürüldüyü həmin o "icra əmri” bütün qaraların, başqa sözlə “melanini çox olanların” – bu ifadə də ssenarinin orvelsayağı dilindən götürülüb – rəsmilərə təslim olması haqdadır. Rəsmilərsə onları Afrikaya göndərəcəklər.

Capitu, Antonio və onun kuzeni Andre (Seu Jorge) vasitəsilə tamaşaçı Afrika mənşəli braziliyalıların bu kütləvi deportasiyaya müqavimət göstərmək üçün səfərbər olunmasını görür. Təhlükəsizlik qüvvələri isə küçədə insanları həbs etməyə başlayır.

Film istər-istəməz bugünkü Braziliyada struktur irqçiliyini xatırladır. Braziliya Amerika qitəsində quldarlığı ləğv edən sonuncu ölkədir. Bu ölkədə quldarlıq yalnız 1888-ci ildə ləğv edilib.

Gerçək məmurlar

Maraqlıdır ki, filmdəki hökumət rəsmilərinin bəziləri Bolsonaro administrasiyasının real üzvlərinə çox bənzəyir. 2021-ci ilin aprelində Bolsonaronun müttəfiqi, Palmares Mədəniyyət Fondunun rəhbəri Sergio Camargo bu filmi boykot etməyə çağırıb.

"Bu başdan-ayağa qurban mentaliteti və prezidentimizə qarşı defamasiya hücumudur”, – Camargo deyib. İşin daha bir maraqlı tərəfi Camargonun özünün qaradərili braziliyalı olmasıdır. Onun daha öncə quldarlığın Afrika mənşəli insanlar üçün “faydalı olduğunu” deməsi cəmiyyətdə çaşqınlıqla qarşılanmışdı.

Milli Kino Agentliyinin filmin Braziliyada nümayişinə nə zaman icazə verəcəyi məlum deyil. Filmin yaradıcı heyəti filmin nümayişi üçün maliyyə vəsaiti almaqdan ötrü hələ 2020-ci ilin noyabrından ərizə verdiyini bildirib. Ancaq hələlik, onlara rəsmi cavab verilməyib. Agentliksə müraciətə baxıldığını və bunun “standart prosedur” olduğunu deyir.

"Marighella"

Bu, ziddiyyət doğuran ilk iş deyil. Məşhur "Narcos" serialının ulduzu Wagner Mouranın 2019-cu ildə çəkdiyi “Marighella” filmi Braziliyadakı hərbi diktaturaya (1964 – 1985) qarşı mübarizə aparan solçu partizan lideri haqda biopikdir.

Keçmiş ordu kapitanı olan Bolsonaro eyni zamanda keçmiş hərbi rejimin böyük pərəstişkarıdır. Ancaq həmin rejim insan haqlarını tapdalamaqla ad çıxarıb.

"Marighella" filminin Milli Kino Agentliyinə müraciəti 2019-ci ildə iki dəfə rədd edilib. Filmin Braziliyadakı ilk nümayişinə yalnız 2021-ci ilin noyabrında icazə verilib.

Bolsonaro 2019-ci ildə hakimiyyətə gələndən az sonra Braziliyada kino istehsalını “filtrləmək” istədiyini demişdi. "Əgər filtr olmasa, onda biz Ancine-dən qurtulmalı olacağıq”, – o demişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Dünən, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Dünən, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Dünən, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Dünən, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Dünən, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Dünən, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Dünən, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Dünən, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Dünən, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Dünən, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Dünən, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru