Əmrullayevin gizli "kitab oyunu" .....                     Ağadadaş Ağayev imicini dəyişdi .....                     Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" .....                     Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib .....                     “Patron”un yer fıstığından qurd çıxdı .....                     AKİA-ya yeni sədr müavini təyin edilib .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     “Bu görüş Putinin ad günündə baş verə bilər” .....                     Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib .....                     Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi .....                     Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır .....                     Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR .....                     Müğənni KİMƏ SƏSLƏNDİ? .....                     “Bundan sonra “Xalq artisti” adı verilməyəcək” .....                     Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... .....                     Şirkət 9 milyon manatlıq sifariş aldı .....                     İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək .....                     Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib .....                     Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb .....                     Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb .....                     “Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ .....                     "Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq .....                     Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb .....                     Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib .....                     Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi .....                     Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır .....                     Tanınmış xanəndənin ailəsi buna görə dağılıb .....                     Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır .....                     “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” .....                     Ter-Petrosyan hirsləndi: .....                     Sülh yaxınlaşdıca, təxribatçılar artır .....                     Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? .....                     Ərim komadadır, mən isə xərçəngəm .....                     Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb .....                     Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb .....                     Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər .....                     Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? .....                     Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? .....                     Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU .....                     Marqarita Simonyanda xərçəng aşkarlanıb .....                 

Televiziya və radio rəhbərlərini çağırıb fakt qarşısında qoymaq lazımdır - ETİRAZ
Tarix: 17-12-2021, 08:20 | Çap et
Televiziya və radio rəhbərlərini çağırıb fakt qarşısında qoymaq lazımdır
Son dönəmlər Azərbaycanın televiziya kanallarında keyfiyyətinə və ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər var. Bu da onu göstərir ki, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdir. Xüsusən, dövlət kanallarında milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramlarını görmək mümkündür. Lakin bu nümunələr heç də televiziya və radio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz. Televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır.

Efirlərimizdəki bəzi problemlər cəmiyyətdə zaman-zaman müzakirə mövzusu olur, media mütəxəssisləri, ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı fikir və təkliflərini səsləndirirlər. Lakin görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nöqsanların aradan qaldırılması və innovativ yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac var. İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərə yer verilməsidir. Vurğulanır ki, son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə də ciddi təsir göstərir. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Amma nəzərə almırlar ki, bu səpkili verilişlər heç bir ictimai əhəmiyyət kəsb etməməklə yanaşı, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına da istiqamət verir. Gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir.

Televiziya sahəsindəki problemlərdən söz düşərkən əsas diqqət Milli Televiziya və Radio Şurasına yönəlir. Ölkə ictimaiyyəti efirlərdəki nöqsanlara və qıcıq doğuran bayağı verilişlərə görə televiziyalarla yanaşı, Milli Televiziya və Radio Şurasına da tənqid edir.

Bildirirlər ki, qurum bu cür məsələlərdə daha sərt addım atmalıdır, müəyyən qadağalar tətbiq etməlidir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov mətbuata açıqlamasında vurğulayıb ki, televiziyalarda yayımlanan verilişlərlə bağlı daim monitorinq aparılır və verilişlərin qanunla müəyyən edilmiş normalara uyğun olub-olmadığı yoxlanılır. Amma İ.Səttarov bildirib ki, verilişlərin bayağı olub-olmamasını müəyyən etmək üçün qanunvericilik bazası yoxdur: “MTRŞ və ya digər qurumun bu müstəqil redaktor fəaliyyətinə müdaxiləsi qadağandır. Əks-halda bu, senzura amili olar. Yəni hər hansı bir verilişə bayağı deyərək onu bağlamaq qəbuledilməz bir yanaşmadır. Təbii ki, burada başqa bir məqam var. İctimai qınaq öz sözünü deyir və Şuranın da bu istiqamətdə tövsiyələri olur”.

Sədrin sözlərinə görə, bəzən sosial məzmunlu verilişlərdə konkret qanun pozuntuları qeydə alınır və o qanun pozuntularına görə də cərimələr tətbiq edilir:

“Tək sosial verilişlərdə deyil, digər verilişlərdə, o cümlədən xəbərlərdə də problemlər olur. Biz bunları müzakirə edirik, baş redaktorları, xəbər redaktorlarını, aparıcıları dəvət edirik. Bəzi ümumi məsələlər, mövzular var ki, onun ictimailəşdirilməsi, yayımı qadağan deyil, amma cəmiyyət tərəfindən çox pis qarşılanır və ona görə də bəzi mövzular var ki, onlara toxunmamaq məsləhət görülür. Aparıcılar da, redaktorlar da bunları anlayışla qarşılayırlar.

MTRŞ rəhbəri qeyd edib ki, həm qanunvericiliyin tələblərini pozmadan, həm də ictimai maraqları nəzərə alaraq bu cür halların qarşısını almağa çalışırlar:

“Bir misal gətirim. 11 yaşlı qızın zorlanması faktı çox geniş işıqlandırıldı. Ondan sonra bizim televiziya rəhbərləri, baş redaktorlarla müzakirələrimiz oldu ki, gələcəkdə belə hallar olanda təqdimat formasına diqqət yetirilsin. Yəni təqdimat cəmiyyəti narahat etməyəcək şəkildə olmalıdır. Məlumatı təqdim etmək formasından da çox şey asılıdır. Əgər sən o hadisədən böyük bir şou yaradırsan və yaxud hansısa doğru olmayan məsələləri ora əlavə edirənsə, bu, əlbəttə pozuntudur”.

DİA.AZ xəbər verir ki, televiziya kanallarının mövcud durumu ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist Azər Həsrət bildirib ki, MTRŞ-da rəhbərlik dəyişimindən və bəzi islahatlardan sonra müəyyən keyfiyyət dəyişikliyi baş verib. Lakin ekspertin fikrincə, ümumi yanaşma hələ də dəyişməyib:

“Bir neçə dəfə MTRŞ televiziya kanallarına efirlərin yasaqlanması kimi cəzalar tətbiq edib. Ancaq ümumi mənzərə qənaətbəxş deyil. Media eksperti olmaqla yanaşı, həm də tamaşaçı, dinləyiciyəm, informasiya istehlakçısıyam. Problemlərin niyə həll edilmədiyini bilmək istəyirəm. Gün ərzində radioları dinləsəniz, görərsiniz ki, çox bərbad dilləri var, adam dəhşətə gəlir. Hansısa mövzu ətrafında “mütəxəssis” dəvət edir, efirdə danışdırırlar. Dəvət etdikləri “mütəxəssislər” Azərbaycan dilinin “anasını ağladır”. Əksər sözləri rus dilində, küçə ləhcəsində, jarqon ifadələrdən ibarətdir. Bütün bunlar davamlı şəkildə, hər gün canlı efirə gedir. Niyə MTRŞ müdaxilə etmir, monitorinq aparıb televiziya kanalları ilə bağlı ölçü götürmür? Həmin “mütəxəssisləri” dəvət edən aparıcı da efirdə heç nəyə düzəliş etmir. Bəzən aparıcı özü efirlərdə bütöv xalqın adından danışır. Müsahibinə deyir ki, “mən sizi Azərbaycan xalqı adından təbrik edirəm”. Aparıcının buna haqqı çatmır”.

A.Həsrət vurğulayıb ki, MTRŞ-nin televiziya kanallarına müdaxilə etməməsi anlaşılan deyil:

“Demirik ki, MTRŞ senzura tətbiq etsin, siyasi məsələlərə qarışsın. Amma səviyyəsiz, ictimai rəyi ciddi şəkildə zədələyən, Azərbaycan xalqının milli mentalitetinə zidd olan verilişlərin baş alıb getməsinə imkan vermək olmaz. Yaxşı olar ki, MTRŞ daha məsuliyyətli davransın və deyilən problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görsün. Problemləri aradan qaldırmaq heç də çətin məsələ deyil. Televiziya və radio rəhbərlərini dəvət edərək onları fakt qarşısında qoymaq lazımdır. Televiziya kanalları ya tələblərə əməl etməli, ya da verilən cəzalara razı olmalıdır. Efirləri qısa müddətə qapatmaq yüngül cəzadır. Hesab edirəm ki, ən effektli üsul maliyyə cəzasıdır. Əgər hər kəs öz işinə məsuliyyətli və peşəkar yanaşsa, mövcud problemlər də aradan qalxar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Dünən, 20:21
Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01
Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59
Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56
“Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53
AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48
“Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19
Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04
Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02
Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59
“Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Dünən, 16:54
Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... - AÇIQLAMA
Dünən, 16:51
Şirkət 9 milyon manatlıq sifariş aldı – Ağdam şəhərində bina tikəcək
Dünən, 16:42
İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək - Cümşüd Nuriyev BELƏ DEYİR...
Dünən, 16:40
Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
Dünən, 16:38
Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb - DETALLAR
Dünən, 16:37
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:36
“Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ - GƏLİŞMƏ
Dünən, 16:35
"Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI
Dünən, 16:34
Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Dünən, 16:23
Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO
Dünən, 16:19
Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır
Dünən, 16:16
Tanınmış xanəndənin ailəsi buna görə dağılıb
Dünən, 16:14
Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Dünən, 16:09
“Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” - Deputat
Dünən, 15:26
Ter-Petrosyan hirsləndi: - Paşinyanın həyasızlığının həddi yoxdur!
Dünən, 15:22
Sülh yaxınlaşdıca, təxribatçılar artır - Hüquqdan bixəbər Bekker
Dünən, 15:21
Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? – ŞOK/FOTOLAR
Dünən, 15:16
Ərim komadadır, mən isə xərçəngəm - Marqarita Simonyan
Dünən, 15:12
Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb - Əliməmməd Nuriyev
Dünən, 15:08
Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb
Dünən, 15:03
Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər - Moskva Bakı ilə dil tapmağa çalışır
Dünən, 15:00
Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? - TƏFƏRRÜAT
Dünən, 14:57
Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Dünən, 14:49
Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və... Ağ Evdə verilən vəd
Dünən, 14:46
Marqarita Simonyanda xərçəng aşkarlanıb - “Telegram”
Dünən, 14:44
Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi
Dünən, 13:00
Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama - “İşlə təmin edirik, ailəsi ilə barışdırırıq...”
Dünən, 12:57
İranın nüvə rəhbəri Rusiyayadır
Dünən, 12:52
Simonyandan sonra Qriqoryan da Bakıya gəlir? - KİV
Dünən, 12:48
Azərbaycanda bu şirkət demək olar ki hər il adını dəyişir - İcazə verin, şübhələnək...
Dünən, 12:46
Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Dünən, 12:39
Arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:32
Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ
Dünən, 12:22
AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? - TƏFƏRRÜAT
Dünən, 12:20
Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi - NARAZILIQ VAR...
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru