“Əcəb eləyir rəqs edir, normal insandır...” - Şeyx Əbdül yeni nazir müavinini müdafiə etdi...
Tarix: 3-12-2021, 10:58 |
Çap et
“Bu hadisələr mənə çox pis təsir edir. O cür hərbçilərimizi itirdik, ordumuzun “qaymaqları” gedib. Bunun mütləq səbəbi bəlli olmalıdır. Heyf o igidlərimizdən. Hər şeyimizdə belədir. Heç ürəyimiz açılmır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül rəqsi ilə gündəmə gələn gənclər və idman nazirinin yeni təyin olunan müavini Mariana Totevanın məsələsinə də münasibət bildirib:
“Bunlar belə hara gedirlər? Mən də hər şeyi ürəyimə salıram, əsəbləşirəm və pis günə qalıram. O, bolqar əsilli qadındır. Gənclər və idman nazirinin birdən-birə iki qadını gətirib özünə müavin təyin etməsinin nə mənası var idi? Qadın rəqs edib, əcəb eləyir. Normal insandır, özü üçün restoranda istirahət edir. Biz bunu ona irad tutmalı deyilik. Günah onu vəzifəyə təyin edən nazirdədir. Bu dərəcədə xalqa zərbə vurmaq olmaz. Bunu kim edir, niyə edir, məqsədləri nədir, başa düşə bilmirlər. Bununla bir daha göstərirlər ki, biz beləyik, qəbul etsəniz də, etməsəniz də budur”.