Bir müddət öncə boşanan müğənni Əbdül Xalid ikinci dəfə evlənib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Tam vaxtıdır" verilişində danışıb:
"Təklik yaxşı əlamət deyil. Tək qalmaq insanı uçuruma apara bilər. Müəyyən bir vaxt yaxşı olursan, sonra isə məhv olursan. Dörd il tək qaldım. İlk evliliyimdən Mədinə adlı qızım var. Bizə gəlir-gedir. Məndə elə bir şey var ki, keçmişi tez unuduram. Çox şükür yaxşıyam, xoşbəxtəm. Əsas hörmətdir. Sevgi anlamı mənim üçün yoxdur. Amma hörmət, biri-birinə qayğı, diqqət göstərmək hər şeydən üstündür".