Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                 

"Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir"
Tarix: 22-11-2021, 08:58 | Çap et
"Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir"
“Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir. Bilirsiniz nəyə görə? Ev sahibi hər zaman fikirləşib ki, birdən qar yağar, çovğun olar, insanlar gələ bilməzlər. Axı rayondan da toya gələnlər olur. Bu işin birinci tərəfidir. Həm də şəhidlərimiz var, toy etmək istəyənlər bu prossesi yubadırlar. Bu kimi şərtlər var. Bir də bu gün musiqiçi, müğənni çoxalıb. Əlinə musiqi aləti, mikrofon alan toya getmək istəyir. Onların da özlərinə görə kütlələri var. Sənətlə toya gedən çox az adam qalıb. İndi bir çoxu televiziya reklamı ilə, internetlə gündəmə gəlir. Həm də çoxlu toy maklerləri, toydan pul qazananlar var. Deyir ki, sən neynirsən filankəsi? Filan qrup mənim dostumdur, 3 min filankəsə verənə qədər mən deyərəm gəlib min manata oxuyarlar. Ucuz qiymətə onları danışır, öz pulunu da götürür. Ona görə də toylar səpələnir, azalır. Bu gün toyların az olmasının səbəbi təkcə pandemiya deyil, həm də bu sadaladığım faktlardır”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. O daha sonra əlavə edib.

“Bütün oliqarxların, nazirlərin, dövlət işçilərinin, hətta fəhlələrin də, kasıbların da toylarını Firuzə xanımla biz etmişik, amma nə imkanlıdan çox pul almamışıq, nə də kasıbdan. Standart qiymət 3000-3500 olub, bu məbləğ də 16 nəfər musiqiçinin arasında bölünüb. Mən şəhərdə 4500-5000 min manata toya getməmişəm. Kim deyirsə gedib, gəlib çıxsın üzümə!16 nəfərlə getmişəm toya 3500 manata, toy sahibi çıxarıb 4 min manat verib. Deyib ki, bunu mən sənə hədiyyə edirəm, 500 manat ana südü kimi halalındır! O pulu da bölmüşəm. Mən camaatı incitməmişəm, ona görə xalqımın, dövlətimin yanında alnım açıq, başım ucadır. 16 ildir biz Firuzə xanımla musiqimizə xidmət edirik.16 il bir sənətçi əməkdar artist kimi qalmalıdır?! Biz dövlət tədbirlərində, kəndlərdə-kəsəklərdə olmuşuq, dövlət bizi hara göndərib getmişik. 17 xarici ölkədə bizim konsertlərimiz, tədbirlərimiz olub. Siz mənə deyin görüm, hərbidə, vergidə, gömrükdə, polisdə və digər çiynində “paqon” daşıyan nazirliklərdə 16 il leytenant, kapitan qalan olur?! Əgər səhvin, qayda pozuntun yoxdursa 3 il ərzində sənə rütbə verilir, yox əgər varsa 5 il ərzində. 50 ildir səhnədəyik, hər ikimizin də 68 yaşı var. 18 yaşından mən səhnədəyəm, 16-17 yaşından da Firuzə xanım. Nə mən, nə də Firuzə xanım, gedib heç bir qapını döymürük! Mən sizdən xahiş edirəm ki, o qapını mənim də, Firuzə xanımın da yerinə siz döyəsiniz! Zəng edin Prezidentin humanitar siyasət məsələləri söbəsinin müdiri Fərəh Əliyevadan, yeni Mədəniyyət nazirimiz Anar Kərimovdan soruşun və onların cavablarını da dərc edin” deyə əməkdar artist bildirib.

Cavanşir Məmmədov bir məsələyə də münasibətini bildirib.

“O gün Nanə Ağamalıyeva Firuzə xanımı böyük sənətkarımız Süleyman Abdullayevlə birgə verilişə çağırıb. Səhəri günü də məni verilişə dəvət etdilər. Firuzə xanım dueti Süleyman müəllimlə yox, mənimlə oxuyub, o mənimlə birlikdə çağırılmalı idi. O verilişdə müzakirə aparılmamalı idi ki, Cavanşir müəllimin evi belə gəldi, maşını belə getdi. Həmin verilişdə Nanə xanım Firuzə xanımı mənim var-dövlətimlə yox, özününkü ilə müqayisə etməli idi. Və yaxud da Tolikin verilişində Tolikin özü ilə müqayisə edilməli idi Firuzə xanım. Çünki Firuzə xanım sənətkardır, onların aparıcılığı ilə sənət nümunəsi deyil. Aparıcılıq diktorluq demək deyil! Bizim Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Rafiq Hüseynov kimi səviyyəli diktorlarımız olub. Onlar diktordurlar və onların fəxri adları var. Amma yenə də onları bu günki aparıcılarla tərəzinin gözünə qoyanda onların sənəti tam fərqlənir. Hər hansısa bir aparıcı haqda veriliş hazırlananda orada 3 dəqiqədən artıq danışmaq mümkün deyil. Bu aparıcıdır da, televiziyada kimlərisə təqdim edib. O vaxtı Xan Şuşinskini də, Rəşid Behbudovu da, Müslüm Maqomayevi, Zeynəb Xanlarovanı da, üzü bu yana gələndə bizi də təqdim ediblər. O təqdim edən aparıcıların hansı yaddaşlarda qalıb? Ancaq sənət adamları yadda qalıb. Ona görə aparıcı heç vaxt özünü müğənni ilə bir səviyyəyə qoymalı deyil. Əgər müqayisəyə qoyursansa qoy görək, Firuzə xanımın var-dövləti çoxdur, yoxsa sənin?! Porşeni, qalinvageni sən nə ilə, hardan aldın?! Aparıcılıqla? 500-800 manatla, 1000 manatla?! Verilişdə Firuzə xanım dili ilə dedi ki, mənim əlimdə olanlar dağıldı, qızıllarımı apardılar, bağımı deputat əlimdən aldı. O ailəsinə, bacısına, qardaşına baxıb, övladını evləndirib, universitetdə oxudub, nəvəsinə baxıb. Elə bil ki, iraq olsun bir insanın evi yanıb, o da hər zaman dövlətə xidmət edib. Ona kim əyan durmalıdır?! Əlbəttə ki, dövlət! O da dövlətindən istəyir də. Nə Nanə xanım səndən istəmir, nə Tolik səndən istəmir, nə də ki, məndən! Bu insan deyir ki, mən 50 ildir dövlətimə xidmət etmişəm, indi də dövlət mənə kömək etsin! Çünki mənzil şəraiti ağır vəziyyətdədir, təqaüd almır. Firuzə xanım deyir ki, dövlət mənə təqaüd versə, gedib ipoteka ilə ev götürərəm, Cavanşir müəllimlə də getdiyim toylarda gündəlik çörəyimi qazanaram! Səhv demir ki, düz deyir də! Yaxşı, sən bunun nəyini mənimlə müqayisə edirsən?! Mənimlə müqayisə etmə! Mən yenə də müqayisəyə gəlirəm, heç nəyi dammıram, mənim kollektivimdə 16 nəfər musiqiçi var, hamısının da hər şeyi var. Bəs siz nə ilə aldınız o maşınları, ay aparıcı xanım, aparıcı qardaş?! Onları qoyun ortalığa, onların dərdini çəkək! Dövlətə nə vergi verdin, kənddə-kəsəkdə gedib ayağını hansı torpağa, palçıqa basıb veriliş apardın? Nə vaxt oldu bu? Reytinq xatirinə adam öz sənətkarını yerə vurmaz, kiminləsə qarşı-qarşıya qoymaz! Kömək etmək istəyən elə etmir axı! Kömək etmək istəyən Firuzə xanımın səsinə öz səsini, sənət dostlarının səsini qatır ki, ona kömək etmək lazımdır! Sən götürüb 25-30 yaşında uşağa təqaüd verirsən, amma sənətkarın qalıb kənarda! Təqaüd insanın sənət və yaşına görə verilir! Bu adamın 68 yaşı var, niyə ona təqaüd vermirlər?!” deyə sənətkar əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru