Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                 

“Telekanallar “ədəbsiz insan yarat” təlimatını yerinə yetirə bilmədi” – Kamran Həsənli
Tarix: 17-11-2021, 08:35 | Çap et
“Telekanallar “ədəbsiz insan yarat” təlimatını yerinə yetirə bilmədi”
Ölkəmizdə “Youtube” kanalları günü-gündən populyarlaşır. Həmin kanallarda istər gündəmin müzakirəsi, istərsə də digər mövzulara həsr olunan verilişlərin auditoriyası formalaşmaqdadır. Buna paralel olaraq, “Televiziya kanallarımızı izləmirəm” deyənlərin sayı da artır.

AYNA vaxtilə televiziya kanalından milyonları efir qarşısına toplayan, hazırda isə “Youtube” kanallarında aparıcı kimi fəaliyyətini davam etdirən tanınmış teleaparıcı Kamran Həsənli ilə bu istiqamətdə həmsöhbət olub.

- Kamran bəy, hazırda hansısa televiziya kanalı ilə əməkdaşlığınız varmı?

- Xeyr, yoxdur. Hətta deyəsən, televiziyalar mənə qarşı “koalisiya” yaradıb, heç məni yaxın da buraxmırlar. İndi istəmirəm ki, “mən-mən” deyim. Bacım da rejissordur, bizim komandamız var idi və biz televiziyanın nə olduğunu 2000-ci illərin əvvəllərində göstərdik. Azərbaycan tamaşaçısı, efirə istər Hüseyn Dərya çıxsın, istərsə Elşad Xose və s. televiziyaya baxırdı. “Musiqili meydan”, “Sizin saat” verilişlərində yüzlərlə, minlərlə adam qapının ağzında dayanırdı, içəri keçib əyləşmək, verilişdə tamaşaçı qismində iştirak etmək istəyirdi. O verilişlər çox populyar idi.

- İndi belə verilişlər yoxdur. Bugünkü vəziyyətə necə gəlindi?

- 2005-2006-cı ildən sonra bizim televiziyanın mənzərəsi dəyişməyə başladı.

- Səbəb nə idi?

- Mənə elə gəlir ki, bu, həbs olunmamış, amma işdən çıxmış məmurların (adlarını çəkmək istəmirəm, onsuz da xalq bilir) istəyi ilə oldu. Onlar televiziyaya öz kadrlarını yerləşdirirdilər. Televiziyadan ədəbsizlik, milli dəyərlərimizin məhv olması, musiqi zövqünün korlanması üçün istifadə edirdilər.

- Bunu nə üçün istəyiblər, bu barədə fikriniz varmı?

- Mənə elə gəlir ki, onlar Rusiyanın buradakı inhisarçıları idilər və televiziyada da istəklərinə nail olurdular. Biz təkcə onlarla mübarizə aparmırdıq. Mənim verilişlərimi həmişə bağlayıblar. Bir neçə ay, bir ilə yaxın çəkib. Amma 2006-cı ilə kimi “Sizin saat”, “Musiqili meydan” verilişləri gedirdi. Heydər Əliyev rəhmətlik sağ idi, mən canlı efir aparırdım. Efirdə Turandan da, tükçülükdən də danışırdım. Reytinqlər yüksək idi, kifayət qədər populyarlıq var idi. Əgər mən təhlükəli adam olsaydım, iki canlı efir aparmazdım, verilişi elə o zaman bağlayardılar.

Televiziyaya təsir 2006-cı ildən başladı. Bu gün gördüyünüz televiziya o başlanğıcın nəticəsidir. Qeyri-peşəkarlar gətirildi, televiziyaya korrupsiya daxil oldu - müğənnidən tutmuş aparıcıya, redaktora qədər bu işə bulaşmağa başladılar. Bütün müğənnilər aparıcı oldu. İntellekti, musiqi və fəlsəfi biliyi, yumor hissi var ya yox - fərq etmirdi, əsas o idi ki, o müğənninin pulu var idi, o, televiziyaya aylıq nə qədərsə pul verirdi. Əslində isə aparıcı televiziyadan qazanmalıdır, burada isə aparıcı televiziyaya pul verirdi. Azərbaycanda dünyada olan televiziya konseptinin, görüntüsünün tam tərsini yaratdılar və televiziya düşüncələrini məhv elədilər. İndi də o adamlar – həmin kadrlar televiziyalarda oturublar. Təbii ki, onlar bizi yaxın buraxmazlar.

- İndi televiziyanı izləyən çox az adam var, baxanlar da baxdığını deməyə sanki utanırlar. Günü-gündən “Youtube” kanalları daha çox izlənir, nəinki televiziya kanalları. Sizin fikrinizcə, səbəb nədir?

- Çünki “Youtube” kanallarında azadlıq var. Burada yetərincə söz azadlığı var. Biz öz fikirlərimizi, düşüncələrimizi azad şəkildə deyə bilirik. 44 günlük savaşdan sonra bizim mentallığımızda daha çox dəyişiklik var, insanlarımız dünyanı görürlər. Bizim insanlar nəinki televiziyaya baxmırlar, kəskin də olsa, deyəcəm: insanlarımızın televiziyaya nifrəti var. Bir sorğu keçirsək, yüzdə doxsan nəfər deyəcək ki, “biz televiziya kanallarına baxmırıq”.

- Görəsən, həqiqətən baxmırlar?

- Bəli, baxmırlar. Mən bunu 2012-ci ildən hiss etməyə başladım. Məni məşhur verilişlərə qonaq çağırırdılar, orada maraqlı məqamlardan danışırdıq, amma sonra görürdüm ki, heç kim eşitməyib. Deməli, proqrama baxmayıblar. Başa düşdüm ki, insanlar daha televiziya verilişlərini izləmirlər. Daha çox türk serialları, Türkiyə verilişləri izlənir. Çünki rus dili bilən adamlar azdır, daha çox türkçə bilirlər deyə, Türkiyə kanalları izlənir.

Azərbaycan televiziyası da 2006-cı ildən onlara verilən tapşırığı – “zövqsüz, ədəbsiz insan məhsulu yarat” tapşırığını yerinə yetirə bilmir. İnsanlarımızın ədəbi də var, düşüncəsi də. Amma bu, Azərbaycan televiziyasının yaratdığı insan məhsulu deyil, Türkiyə kanallarının formalaşdırdığı insanlardır. Bu gün artıq “Youtube” kanallarının yaratdığı insan məhsulları var.

- Bu gün də adınızı çəkəndə türkçülüyün təbliği ilə yada düşürsünüz…

- Bəli, mənə “Türk oğlu türk” deyirlər. Təxəllüsümdür. 20 il televiziyada işləmişəm. Bu müddətdə də Turanı və türkçülüyü təbliğ etmişəm. Fikir verdinizsə, 44 günlük savaşımızda bizim verilişlərlə tərbiyə alan insanlar, gənclər bozqurd simvolu və turançı düşüncəsi ilə ölümə də getdilər, düşmən də öldürdülər. Onlar bizim verilişlərin yaratdığı insan məhsulu idilər. Biz istəyirdik ki, insanlarımız belə düşüncədə olsunlar. Demokratiyanı sevsinlər, başqa dindən olan insanlara hörmətlə yanaşsınlar. Çalışırdıq ki, gənclərimizə o azad düşüncəni təbliğ edək. Bugünkü televiziya isə tam əksini təbliğ edir.

Mən televiziyaçıyam. Buna görə mənə çox ağırdır. Təəssüf hissi ilə deyirəm ki, insanlarımız televiziyaya baxmırlar. Televiziyalarımız hələ də mənim icad etdiyim “Sizin saat” verilişində qalıblar: iki kreslo, iki qonaq, mövzu və musiqi. Baxın, təzə veriliş açırlar, yenə kreslo qoyurlar, müğənni dəvət edirlər və s. Mən o vaxt o formatı əlacsızlıqdan etmişdim. Çünki hələ böyük imkanlar yox idi. Təsəvvür edin ki, indi bizim “Pressklub TV”-dəki verilişlərimiz – “Babat debat”, “Üçbucaq” daha böyük formatda televiziyada yayımlansa, bu gün buradan minlərlə adam izləyirsə, televiziaydan milyonlara çata bilərik. Amma televiziya bizi yaxın buraxmır.

Bu gün əslində Azərbaycan televiziyası iki yerə bölünüb: keyfiyyətsiz televiziya və keyfiyyətli “Youtube” kanalı. İnsanlar da seçim qarşısında qaldıqda, təbii ki, “Youtube” kanallarını seçirlər. Özünüz də görürsünüz ki, “Youtube”-dan bizi minlərlə insan izləyir. Mən bilmək istəyirəm, indi televiziya kanallarımızdan hansındasa elə bir veriliş varmı ki bu gün minlərlə adam baxır?

- Televiziya bu tənəzzüldən necə çıxa bilər, çıxış yolunu nədə görürsünüz?

- Televiziya tənəzzüldə deyil, bu, artıq sondur. Bu isə bizə ağrı verir. Azərbaycanda televiziya sıfırdan başlamalıdır. Elan etməlidirlər ki, buraya qədər gəldiyimiz yol səhvdir. Olur belə şeylər. Böyük dövlətlər də getdiyi yolun səhv olduğunu anlayır, qəbul edir. Rasimin yerinə Məmmədi gətirməklə heç nə dəyişməyəcək. Konsept dəyişməlidir. Bunu da bacaran yəqin ki, televiziya peşəkarları olar. Açığı deyim ki, bu, bizim əlimizdən gələr. Elə televiziya yarada bilərik ki, tamaşaçı oturub kanallarımıza baxsın. Bizim tamaşaçı bu gün müzakirə, düşüncə istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru