172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                 

"Məhərrəmlikdən sonra ayda 10-15 sifariş almışam"
Tarix: 12-10-2021, 08:31 | Çap et
"Məhərrəmlikdən sonra ayda 10-15 sifariş almışam"
İyulun 1-də toyların keçirilməsi ilə bağlı qadağa aradan qaldırıldı. Hər masada maksimum 6 stul olmaqla, maksimum 150 qonaq qəbul etmək və ən əsası COVİD pasportunun olması şərtilə toy məclislərinin keçirilməsinə icazə verildi. Avqust ayında Məhərrəm ayının başlanması ilə Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salındı. Bir neçə gün öncə isə Səfər ayı başa çatdı. Bu o deməkdir ki, artıq toy şənliklərinin keçirilməsinə başlanıb.

Mövcud məhdudiyyətləri nəzərə alaraq, statistikaya nəzər salaq. Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublikanın digər ərazilərində şənbə və bazar günləri 167 toy şənliyində monitorinqlər keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər 133 şadlıq sarayında, 34 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 45 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.COVİD-19 pasportu olmadığına görə isə 444 nəfər toy şənliklərinə buraxılmayıb.

Pandemiyadan sonrakı toy mövsümü qiymətlərin olduqca yüksəlməsi ilə yadda qalmışdı. Menyu qiymətləri, sənətçilərin toy qonorarları xeyli yüksəlmişdi. Bəs görəsən, bir neçə gündür bərpa olunan toy sektorunda durum necədir?

İş adamı Mürvət Həsənli “Yeni Müsavat”a bildirdi ki, Məhərrəm ayının başlaması ilə toylar müvəqqəti dayandırıldı. Peyvəndləmə tam bitəndən sonra bütün məhdudiyyətlərin aradan qaldırılması gözlənilir: “Təhsil müəssisələri, iş yerləri fəaliyyətini bərpa edib. Ölkə əhalisinin yarıdan çoxu ikinci doza peyvənd olunub. Hazırkı qaydalara görə, toyda maksimum 150 nəfər qonağın iştirakına icazə verilir, sosial məsafə qorunmalıdır, ayda bir neçə dəfə dezinfeksiya işləri aparılmalıdır. Vaksin pasportu olmayan şəxslərin toyda iştirakına icazə verilmir. Xüsusilə, buna ciddi nəzarət olunur. İşçilərin hamısı peyvənd olunub”.

Məhərrəm ayı bitəndən toyların sayında azalma müşahidə olunur. M.Həsənli bildirdi ki, bu, şadlıq saraylarının fəaliyyətinə ciddi təsir edir: “Əgər əvvəl hər gün toy olurdusa, indi yalnız 5-ci gün və həftə sonları keçirilir. Məhdudiyyətlərin aradan qaldırılması ilə təxirə salınan toyların keçirilməsi müəyyən mənada yükü azaltdı. Bazarda hərəkətlilik yarandı. Azərbaycanda toyların keçirilməsi ilə bağlı formatın dəyişib-dəyişməyəcəyi zamanla bilinəcək. Məsələn, İsraildə toy məclisində 1000 qonaq olur, toy axşam 18:00-da başlayır, təxminən 12 saat davam edir”.

Bazarda tələbatın artması qiymətlərə təsirsiz ötüşməyəcək. Təklif azalıb, üstəlik, son günlər ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu amillər təbii ki, toy bazarına təsir edəcək: “Azərbaycanda toy qiymətlərinin qalxma ehtimalı var. Son bir ildə ərzaq qiymətlərində 50 faizdən çox artım olub. Məsələn, 1600 manatlıq günəbaxan yağı 2000 AZN-dir. 280 AZN-ə alınan buğda 519 AZN-ə satılır. Təbii ki, bu amillər toy bazarındakı qiymətlərə təsir edir. Bu gün toy bazarında menyunun orta qiyməti 35-55 AZN arasında dəyişir”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli toy bazarının iqtisadiyyata müsbət təsir edən amillərdən olduğunu bildirdi: “Sadəcə, müəyyən qadağaların olması bu sahənin hələ də tam gücü ilə işləmədiyini göstərir. Qonaqların sayında məhdudiyyətin tətbiq olunması, peyvənd pasportunun tələb olunması toy bazarına ciddi təsir göstərir. Amma istər-istəməz şadlıq evlərinin, restoranların yenidən fəaliyyətə başlaması minlərlə yeni iş yeri deməkdir. Foto-video çəkilişlər, paltarların kirayəsi, gözəllik salonları və s. toyun nə qədər böyük biznes sahəsi olduğunu göstərir. Azərbaycanda bütün məhdudiyyətlər aradan qalxdıqdan sonra iqtisadiyyatda ciddi müsbət dəyişikliklər müşahidə olunacaq”.

Fotoqraf Ramin Aslanovnın sözlərinə görə, əvvəlki illərlə müqayisədə çəkilişlərin sayı azalıb: “Sifarişlər azalıb. Qonaqların sayının az olması ev sahiblərini çətin duruma salıb. Toya dəvət olunanların sayının az olması şadlıq saraylarıını menyuda dəyişiklik etməyə vadar edib. Əgər əvvəl foto və videoçəkiliş menyuya daxil idisə, indi bu, ev sahibindən asılıdır. 50 AZN-ə təklif olunan masa ev sahibinə 70 AZN-ə başa gəlir. Artıma həm çəkiliş, həm də ansambllar daxildir. İnsanlar buna hazır deyillər. Fərdi foto və videoçəkilişlərin qiymətində dəyişiklik yoxdur”.

Bu gün restoranda fotoçəkiliş ev sahibinə 350-500 AZN-ə, videoçəkiliş isə 800-1200 AZN-ə başa gəlir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Yeni Müsavata” açıqlamasında təsdiq etdi ki, Məhərrəm ayından sonra toyların sayında azalma müşahidə olunur. Lakin tək səbəb məhərrəmlik deyil: “Bilirsiniz ki, bu günlər həm də şəhidlərimizin ildönümüdür. Sifarişlərin azalmasının səbəblərindən biri də budur. Pandemiya dövründə çox böyük sıxıntılarımız oldu. Bütün musiqiçilər maddi baxımdan əziyyət çəkdi. Amma vəziyyət yavaş-yavaş düzəlir. Bu gün ansamblla toyda iştirak üçün orta qiymət 3 min manatdır. Musiqiçilər toyda fərdi şəkildə iştirak üçün 300-500 AZN tələb edirlər”.

Müğənni Afət Fərmanqızı isə pandemiyadan sonra toy sifarişlərinin çox olduğunu, hər gün bir neçə məclisə dəvət aldığını bildirdi. Məhərrəmlikdən sonra isə durum nisbətən normaldır: “Məhərrəmlikdən sonra ayda 10-15 sifariş almışam. Pandemiyadan öncə behini aldığım sifarişlər var. Restoranlarda proqramlara tələbat azalıb. Əvvəl gündəlik 5 məclisə dəvət olunanlara indi gündə cəmi bir sifariş gəlir. Şadlıq evləri 150 nəfərə görə bir neçə müğənni çağırmaq istəmir. Məsələn, menyunun qiyməti 40 AZN-dirsə, 45 AZN yazılır ki, müğənninin də qonorarı ödənsin. Elə restoranlar da var ki, müğənniyə görə menyuya 20% əlavə ödəniş tələb edir”.

Məhərrəmlikdən sonra qiymətlərin artacağı ilə bağlı səslənən fikirləri şərh edən A.Fərmanqızı bildirib ki, bu, real görünmür. Əksinə, əhalinin vəziyyətini nəzərə alıb qiymətlərdə güzəşt olunmalıdır. A.Fərmanqızı toyda ansamblla birgə çıxış üçün 5-6 min AZN qonorar tələb edir.

İnfeksionistlər isə toylar başlayandan sonra COVİD-ə yoluxmaların artacağından narahatdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru