İTV-nin Yayım Şurasına yeni üzvlərin namizədliyi irəli sürülüb
Tarix: 5-10-2021, 09:36 |
Çap et
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin namizədlikləri irəli sürülüb.
APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci il 6 oktyabr tarixdə videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” daxil edilib.